Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Beynəlxalq ekspert azərbaycanlı tələbələr üçün online tədris keçir

19 Mart 2020, 11:40 (GMT +4)

Bakı, 19 mart, SalamNews. İdman Jurnalistikası Magistr Proqramı çərçivəsində dərslər online şəkildə davam etdirilir.

Məlum olduğu kimi hazırda bütün dünyada, o cümlədən, ölkəmizdə koronavirusla mübarizə və mühafizə məqsədilə çox ciddi tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də təlim-tədris müəssisələrində tədris prosesinin müvəqqəti olaraq dayandırılmasıdır.

Lakin internet dövründə yaşadığımızdan bir sıra sahələrdə olduğu kimi, tədris sahəsində də innovativ imkanlar mövcuddur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Jurnalistikası Magistr Proqramının tələbələri və müəllimləri də məhz bu imkanlardan faydalanaraq tədris prosesini davam etdirirlər. Belə ki, magistr proqramın rəhbəri, Britaniya Konsulluğu, Thomson Foundation və s. kimi bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik etmiş, media sahəsində tanınmış beynəlxalq ekspert Dan Mason magistrantlarla dərsləri online şəkildə, xüsusi tədris-kommunikasiya platformaları üzərindən həyata keçirir.

"İdman Jurnalistikası Magistr Proqramı yarandığı gündən rəqəmsallıq, innovativlik və mobillik onun əsasını təşkil edib. Hazırda koronavirus bütün dünya üçün böyük çətinliklər yaratsa da, online tədris texnologiyalarından istifadə edərək tələbələrimizin öyrənmək istəyini qarşılaya bilirik. Online tədris prosesini, əsasən, Google Classroom, Google Drive və Zoom platformaları üzərindən reallaşdırırıq" - deyə Dan Mason bildirib.

Dan Mason həmçinin qeyd edib ki, bu təhlükəsiz və inteqrasiya olunmuş kommunikasiya vasitələrindən, yeni media alətlərindən istifadə edərək, tələbələr kompüter, o cümlədən, mobil tətbiqetmələr vasitəsilə istənilən yerdən tədris prosesinə qoşula bilərlər.

İdman Jurnalistikası Magistr Proqramının meneceri Ellada Mustafayeva isə əlavə edib ki, hazırda tədrisi online şəkildə davam etdirirlər: "Bu həftə tələbələrimiz internet üzərindən canlı yayımlar həyata keçirib, podkast hazırlamağı, onlayn reportajlar yazmağı öyrəniblər. Biz təsadüfən #MediaAndMore həştəqini seçməmişik. Koronavirus bəlası ilə mübarizə dövrü nə qədər çətin olsa da, bu həm də yenilik və yaradıcı həllərin tətbiq olunması üçün bir zamandır" - deyə E.Mustafayeva bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman Jurnalistikası Magistr Proqramı 2017-ci ildən tədris olunmaqdadır. Bu proqram nəinki ölkəmizdə, o cümlədən, Qafqaz regionunda bir ilkdir. Yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində tələbələr PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Oktyabr 2020, 17:57 (GMT +4)
Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır

23 Oktyabr 2020, 17:46 (GMT +4)
Azərbaycan Ordusu Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın 2 kəndini işğaldan azad edib

23 Oktyabr 2020, 17:33 (GMT +4)
İlham Əliyev: "Qubadlının 4 kəndi işğaldan azad edilib"

23 Oktyabr 2020, 17:20 (GMT +4)
Yerdəyişmə etməyə hazırlaşan düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edilib (VİDEO)

23 Oktyabr 2020, 17:15 (GMT +4)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

23 Oktyabr 2020, 16:51 (GMT +4)
İsrail Azərbaycana humanitar yardım göndərib

23 Oktyabr 2020, 16:46 (GMT +4)
Ramin Quluzadə: “Erməni təxribatları İKT-nin inkişafına əngəl törədir”

23 Oktyabr 2020, 16:27 (GMT +4)
Səfir: “İran-Azərbaycan sərhədi iki qonşu xalq üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq”

23 Oktyabr 2020, 16:15 (GMT +4)
Ərdoğan: Qarabağdakı sülh prosesində iştirak etməyə Rusiya qədər Türkiyənin də hüququ çatır

23 Oktyabr 2020, 16:11 (GMT +4)
NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

23 Oktyabr 2020, 15:44 (GMT +4)
Azərbaycanda son sutkada 803 nəfər COVID-19-a yoluxub

23 Oktyabr 2020, 15:30 (GMT +4)
Milli Qəhrəman Şükür Həmidovun adı Qubadlı rayonunda əbədiləşdiriləcək

23 Oktyabr 2020, 15:25 (GMT +4)
Prezidenti İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun atasına zəng edib

23 Oktyabr 2020, 15:11 (GMT +4)
Politoloq: Türkiyə və Azərbaycan regionda sülhün bərqərar olunmasında əsas iştirakçılardır

23 Oktyabr 2020, 14:53 (GMT +4)
Qanada kilsənin dağılması nəticəsində 18 nəfər ölüb

23 Oktyabr 2020, 14:35 (GMT +4)
Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib (VİDEO)

23 Oktyabr 2020, 14:27 (GMT +4)
Azərbaycanda qızıl və gümüş ucuzlaşır

23 Oktyabr 2020, 14:10 (GMT +4)
Qubada alma yığımına start verilib

23 Oktyabr 2020, 13:57 (GMT +4)
MN: Düşmənin qüvvə və vasitələri darmadağın edilib, mövqelərinə zərbələr endirilib (VİDEO)

23 Oktyabr 2020, 13:44 (GMT +4)
İşğal altındakı torpaqlarda qanunsuz işləyən şirkətlər barədə tədbirlər görüləcək

23 Oktyabr 2020, 13:30 (GMT +4)
Neft yenidən ucuzlaşıb

23 Oktyabr 2020, 13:12 (GMT +4)
“Azərsığorta” Vətən Müharibəsinə görə ödəniş etməyə başlayıb

23 Oktyabr 2020, 12:53 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

23 Oktyabr 2020, 12:50 (GMT +4)
KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

23 Oktyabr 2020, 12:46 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 17 mini keçib

23 Oktyabr 2020, 12:30 (GMT +4)
"Qarabağ" UEFA reytinqində mövqeyini qoruyub

23 Oktyabr 2020, 12:23 (GMT +4)
MN: Ermənistana məxsus daha bir PUA məhv edilib

23 Oktyabr 2020, 12:10 (GMT +4)
ABŞ-da Tramp-Bayden final debatı sona çatıb

23 Oktyabr 2020, 12:09 (GMT +4)
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb

23 Oktyabr 2020, 11:50 (GMT +4)
Baş infeksionist əhaliyə müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66