Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Dəyəri 1 milyon 200 min dollarlıq narkotik vasitə dövriyyədən çıxarılıb

18 Mart 2020, 17:02 (GMT +4)

Bakı, 18 mart, SalamNews.Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən SalamNews-a verilən məlumata görə, Baş İdarəyə İrandan Azərbaycana narkotik vasitələrin keçirildiyi və narkotiklərin Arzuman adlı şəxs tərəfindən götürülərək realizə olunması məqsədi ilə respublikanın müxtəlif bölgələrinə aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən dərhal həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat tədbirləri həyata keçirilib. Peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arzuman Qocayev Bərdə-Ağcabədi yolunda hərəkətdə olan zaman polislər tərəfindən idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı ümumi çəkisi 43 kiloqram 195,396 qram heroin, 500 qram tiryək, 1 kiloqram 600 qram marixuana və 2 kiloqram 001,386 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Qeyd edək ki, həmin narkotik vasitə və psixotrop maddələrin “qara bazar”da qiyməti 1 milyon 200 min ABŞ dollarıdır.

Araşdırma zamanı müəyyən edilib ki, Arzuman Qocayev İran vətəndaşları şəxsiyyəti istintaqa məlum olmayan “Əsgər” və “Hüseyn” adlı şəxslərlə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələrin Azərbaycana gətirilməsini təmin edib. Həmin şəxslərlə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Arzuman Qocayev narkotik vasitələri əldə edəndən sonra İran vətəndaşlarının qeyd etdiyi yerlərə aparmalı imiş.

Qeyd edək ki, Arzuman Qocayev bir neçə dəfə həmin şəxslərin vasitəsi ilə bu yolla narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib. O, şübhə oyatmamaq üçün hər dəfə narkotik vasitələri kirayə götürdüyü müxtəlif markalı avtomobillərlə razılaşdırılan ərazilərdən götürüb. Sonuncu dəfə isə Arzuman Qocayev şəxsi avtomobili ilə külli miqdarda narkotik vasitələri əldə edən zaman saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Arzuman Qocayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib əməliyyat tədbirləri davam etdirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DİN xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb

Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

AZAL Polşanın “LOT” aviaşirkətinin Azərbaycana çarter reysi ilə bağlı məlumatlara aydınlıq gətirib

KİV: İtaliya AB-nin COVID-19-a dair sənədini rədd edib

Külli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb

DİN: Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib (FOTO)

Azərbaycanla İran arasında sərhədin bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılıb

MN: Düşmənin təxribat cəhdinin qarşısı alınıb

DİN: Koronavirusla bağlı yalan məlumat yayan 3 nəfər həbs edilib

Azərbaycanın dövlət sərhədini pozan iki İran vətəndaşı zərərsizləşdirilib

“Azərsun Holdinq”: Ölkədə qida təminatı ilə bağlı sıxıntı olmayacaq (FOTO)

İranda koronavirusa yoluxmuş 103 yaşlı qadın sağalıb

“Azersun Holding” növbəti sosial layihə həyata keçirib

"Palmali" Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimov həbs edilib

"Palmali" Holdinqin meneceri də saxlanılıb

İraqda ABŞ hərbi qərargahlarına hücum edən qrup adını açıqlayıb

DİN ağacları qanunsuz kəsən mütəşəkkil dəstəni zərərsizləşdirib (FOTOLAR)

31 Mart 2020, 00:00 (GMT +4)
Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

30 Mart 2020, 23:39 (GMT +4)
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66