Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Yəhya Babanlının təklifi Ramiz Mehdiyev tərəfindən dəstəklənib

13 Mart 2020, 15:25 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının 4 ay bundan əvvəl ölkə başçısı İlham Əliyevə həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə "Azərbaycançılıq" institutunun yaradılması ilə bağlı göndərdiyi təklif reallaşıb.

Bu barədə SalamNews-a məlumat verən Yəhya Babanlı bildirib ki, artıq AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb.

Y.Babanlı öz təklif məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının müstəqil dövlət siyasətinin ana xəttini təşkil edən və bütün azərbaycanlıları birləşdirən dəyərə çevrilən Ümummilli Lider Heydər Əliyevin milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyətli ideyasının "Azərbaycançılıq" fonemeninin elmi-nəzəri əsaslarının öyrənilməsi və praktiki olaraq düzgün istiqamətləndirilməsi məqsədi ilə institusional quruculuq fəaliyyətinin müəyyən edilməsi milli məkfurələrin mübarizəsi şəraitində yaşadığımız mürəkkəb dövrün tələbləri sırasındadır. Bu xüsusda Y. Babanlı ölkə başçısına Heydər Əliyev adına "Azərbaycançılıq" institutunun yaradılması təklifini irəli sürmüşdür.

Y.Babanlı qeyd edib ki, təklifin elmi tətqiqat əsaslı olduğu üçün akademik Ramiz Mehdiyev də göndərilmişdir:

"Əminəm ki, bu, dahi Heydər Əliyevin ümummilli ideologiyası dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəkdir. BDU-nun 100 illik yubileyində Dövlət Başçımızın qeyd etdiyi ideoloji boşluğu dolduracaqdır".

Məlumat üçün bildirək ki, ötən gün AMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib. Müşavirədə akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin siyasi-ideoloji çağırışlarının əsasında yaradılmış mərkəzin əhəmiyyətindən danışıb. O, azərbaycançılığın bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olduğunu, azərbaycançılıq ideologiyasının özündə xalqımızın milli maraqları və dövlətçilik mənafeyini əks etdirdiyini bildirib. Akademik  bu məfkurənin elmi cəhətdən araşdırılması üçün akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi qiymətləndirib. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yəhya Babanlının yeni kitabı çap olunur

Yəhya Babanlı deputatlığa namizədliyini irəli sürüb

Yəhya Babanlı FHN-nin mətbuat xidmətinə rəhbər təyin edilib

Təşkilatların tarixinə hörmətlə yanaşmaq gərəkdir - Yəhya Babanlı

Yəhya Babanlı: Strateji Yol Xəritəsi “Azərenerji”-nin inkişaf strategiyasıdır

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:02 (GMT +4)
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

19 Oktyabr 2020, 13:50 (GMT +4)
Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

19 Oktyabr 2020, 13:49 (GMT +4)
İraq baş naziri Avropaya ilk rəsmi səfərinə başlayıb

19 Oktyabr 2020, 13:40 (GMT +4)
Koronavirusun yeni simptomu aşkarlanıb

19 Oktyabr 2020, 13:24 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

19 Oktyabr 2020, 13:10 (GMT +4)
XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

19 Oktyabr 2020, 12:54 (GMT +4)
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19 Oktyabr 2020, 12:53 (GMT +4)
MN: Göygöldə mövqelərimiz atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66