Ərdoğan və Putin İdlib mövzusunu müzakirə edib13 Mart 2020, 09:20 (GMT +4) Bakı, 13 mart, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı keçirib.
SalamNews -un "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının açıqlamasında bildirilir.
Məlumata görə, tərəflər İdlib deeskalasiya zonasında vəziyyətin sabitləşməsinə dair martın 5-də imzalanan protokol çərçivəsində əldə olunan razılaşmalarla bağlı prosesləri müzakirə ediblər.
|