Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

12 Mart 2020, 14:21 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib və nəticədə BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb.

İstanbul Texnik Universitetinin rektoru, professor Mehmet Karaca ilə müsahibəni təqdim edirik:

İlk olaraq Bakı haqqında təəssüratlarınızı bilmək istərdik?

Bu, mənim Bakıya dördüncü səfərimdir. Hər dəfə gələndə Bakını çox fərqli rakurslardan kəşf edirəm. Bakı min illər əvvəl əsası qoyulmuş qədim şəhər abu-havası ilə müasirliyin hormoniyasını özündə sintez edir. Məhz bu cəhəti ilə Bakı məni təsirləndirir. Həmçinin şəhər geniş küçələri, mədəni və gülərüz insanları ilə gözoxşayır. Düşünürəm ki, Bakıya növbəti gəlişimdə də yenə fərqliliklərin şahidi olacam.

İstanbul Texnik Universitetini uğurlu edən nədir?

İstanbul Texnik Universiteti təxminən 247 illik tarixə malik Türkiyənin ən qədim və mühəndislik sahəsində ən prestijli universitetlərindəndir. Burada ciddi bir universitet ənənəsi formalaşıb. İstanbul Texnik Universiteti yeni nəsil universitetlər üçün nümunə sayılacaq ali təhsil müəssisəsidir. Belə ki bizim universitet dünya trendlərinə ən tez uyğunlaşan və yeniliklərə ən çox açıq universitetlər siyahısında ən qabaqcıl ali təhsil müəssisələrindəndir. İstanbul Texnik Universiteti həm də Türkiyədə ciddi nüfuza sahib məzunların yetişdirilməsi ilə diqqət çəkir. Bizim məzunlar içərisində tanınmış şirkət rəhbərləri, Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynamış və Türkiyə xalqının vizyonunu formalaşdırmış liderlərdən Süleyman Dəmirəl, Turqut Özal, Nəcməddin Ərbakan kimi nüfuzlu məzunları var. Bundan əlavə, Türkiydə tikinti podratçılarının yetişdirilməsində bizim universitet mühüm rol oynayır: 10 podratçıdan 8-i bizim məzunların payına düşür.

Bakı Ali Neft Məktəbində təhsil üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz?

Öncə onu deyim ki, Ali Məktəbinizdə olmaqdan qürur və şərəf duyuram. Başda rektor Elmar Qasımov olmaqla, bizi qarşılayan bütün əməkdaşlarınızın qonaqpərvərliyindən çox məmnun qaldım. Buna görə rəhbərliyiniz başda olmaqla, bütün heyətə təşəkkür edirəm.
Onu xüsusi qeyd etmək istəyirəm ki, Bakı Ali Neft Məktəbi 8 ildə inanılmaz dərəcədə inkişaf edib, bir ali təhsil müəssisəsinin qazana biləcəyi uğurları çox qısa zamanda əldə edə bilib. Ən əsası, Ali Məktəb komandası ilə məni çox təsirləndirdi. Komandada olan insanlar qlobal düşüncəyə, vizyona sahibdir. Başda rektor olmaqla, bütün heyətin gözündə gələcəyə dair işıq gördüm, onların yeniliklər və inkişaf üçün açıq və həvəsli olduqlarını hiss etdim. Ali Məktəbin qoyduğu hədəflər və gözləntilər də böyükdür. Düşünürəm ki, komandadakı insanlar bu enerji ilə qoyulmuş hədəflərə də çatacaqlar. Azərbaycanın dünya standartlarına cavab verən, gələcəyin mühəndislərinin yetişdirilməsində BANM ölkə təhsilində ciddi rol oynayır. İnanıram ki, Bakı Ali Neft Məktəbi çox tezliklə regionda də söz sahibi olacaq.

İstanbul Texnik Universiteti Bakı Ali Neft Məktəbi ilə hansı istiqamətdə əməkdaşlıq edəcək?

Təbii ki əməkdaşlığımızın əsas ana xətti mühəndislik sahəsində olacaq. Bundan əlavə, bilgi texnologiyaları, süni zəka ilə bağlı işlər də planlaşdırılır.

Hələlik üç istiqamət müəyyən etmişik:

İlk istiqamət olaraq Bakı Ali Neft Məktəbində Kompüter mühəndisliyi ixtisasını formalaşdırmaq və onun icrası ilə bağlı bütün detallar üzərində işləməyi düşünürük.
İkinci istiqamət kimi ortaq layihələr, birgə fəaliyyət imkanları, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi nəzərdə tutulur.

Üçüncü isə istiqamət odur ki, BANM-dəTexnoparkla bağlı Startap Mərkəzi qurmağı hədəfləyirik.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

BANM koronavirus əleyhinə dezinfeksiya edilib

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

BANM-də Gənclər günü keçirilib

02 İyun 2020, 12:17 (GMT +4)
Tokioda koronavirus infeksiyasına yoluxma hallarına görə kəskin artış qeydə alınıb

02 İyun 2020, 12:15 (GMT +4)
Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılmasına 6 milyon manat ayrılıb

02 İyun 2020, 12:05 (GMT +4)
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib

02 İyun 2020, 12:00 (GMT +4)
Qətər maye qaz daşıyan 100 gəminin istehsalı üçün 19 milyard dollarlıq sifariş verib

02 İyun 2020, 11:50 (GMT +4)
Rusiyada koronavirusun yoxlanması üçün 11.1 milyondan çox test keçirilib

02 İyun 2020, 11:46 (GMT +4)
Azərbaycan Qazaxıstana alüminium profil ixracına başlayıb

02 İyun 2020, 11:30 (GMT +4)
Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

02 İyun 2020, 11:29 (GMT +4)
“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

02 İyun 2020, 11:18 (GMT +4)
ABŞ-da hava bazasında atışma baş verib, iki hərbçi ölüb 

02 İyun 2020, 11:16 (GMT +4)
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb

02 İyun 2020, 11:00 (GMT +4)
Azərbaycan XİN İtaliyanı təbrik edib

02 İyun 2020, 10:59 (GMT +4)
ABŞ-ın sərbəst buraxdığı iranlı alim ölkəsinə dönüb

02 İyun 2020, 10:54 (GMT +4)
Tramp: ABŞ-dakı iğtişaşlar terror aktı kimi qəbul edilməlidir

02 İyun 2020, 10:45 (GMT +4)
AFFA I Divizion və Gənclər Liqası ilə bağlı qərarını açıqlayıb

02 İyun 2020, 10:30 (GMT +4)
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

02 İyun 2020, 10:22 (GMT +4)
İraqda üç mindən çox İŞİD üzvü edamını gözləyir

02 İyun 2020, 10:20 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı ilə bağlı son məlumatlar açıqlanıb

02 İyun 2020, 10:15 (GMT +4)
Nazirlik: 9 işəgötürən barədə hüquq-mühafizə orqanlarına müraciət edilib

02 İyun 2020, 10:00 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

02 İyun 2020, 09:55 (GMT +4)
Keçmiş dünya çempionu Corc Floydun cənazə mərasinin xərclərini ödəyəcək

02 İyun 2020, 09:45 (GMT +4)
İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"

02 İyun 2020, 09:36 (GMT +4)
Corc Floydun ekspertizasının nəticəsi məlum olub

02 İyun 2020, 09:30 (GMT +4)
Prezident İlham Əliyev: "Düşünürəm ki, biz bu vəziyyətin öhdəsindən gələ biləcəyik"

02 İyun 2020, 09:22 (GMT +4)
Nyu-Yorkda da komendant saatı elan edilib, Tramp ordunu yeritməklə bağlı xəbərdarlıq edib (VİDEO)

02 İyun 2020, 09:20 (GMT +4)
Nyu-Yorkda aksiya iştirakçıları dükanları qarət edir

02 İyun 2020, 09:16 (GMT +4)
Şəmkirdə top mərmisi aşkarlanıb

02 İyun 2020, 09:02 (GMT +4)
Venesuela prezidenti tezliklə İrana səfər edəcəyini bildirib

02 İyun 2020, 09:01 (GMT +4)
Azexport portalına sifarişlər 20%-dən çox artıb

01 İyun 2020, 18:40 (GMT +4)
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

01 İyun 2020, 18:10 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66