Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vətəndaşlarla görüşüb

12 Mart 2020, 08:31 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə martın 11-də Göygöl rayonunda sakinləri fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Göygöl Suvarma Sistemləri İdarəsinin inzibati binasında rayondan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi üçün yeni boru xətlərinin çəkilməsi, nasos stansiyaların tikintisi, subartezian quyularının Cəmiyyətin balansına götürülməsi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması və digər məsələləri əhatə edib.

Hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Samux rayonunda, Zakir Quliyev isə Goranboy rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 3,3 milyon manat ayrılıb

Meliorasiya və su təsərrüfatı sahəsində qarşıdakı illərdə görüləcək işlər açıqlanıb

Meliorasiya və Su Təsərrüfatı ASC 5 350 aztəminatlı ailəyə ərzaq yardımı edib

Meliorasiya və Su Təsərrüfatı ASC-də videoiclas keçirilib

Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb

Meliorasiya və Su Təsərrüfatı ASC Prezidentin çağırışına qoşulub

Meliorasiya və Su Təsərrüfatı ASC vətəndaş qəbullarını onlayn həyata keçirəcək

Meliorasiya və Su Təsərrüfatı ASC-də anım mərasimi keçirilib

Meliorasiya və Su Təsərrüfatı ASC-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri İmişlidə vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-ninsədr müavinləri vətəndaşlarla görüşüblər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Lənkəranda vətəndaşlarla görüşüb

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-ə 300 min manat ayrılıb

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Sabirabadda vətəndaşlarla görüşüb

Ulu Öndərin doğum günü Meliorasiya və Su Təsərrüfatı ASC-də qeyd olunub

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Bərdədə vətəndaşlarla görüşüb

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66