Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nazirlər Kabineti: Süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək

10 Mart 2020, 17:32 (GMT +4)

Bakı, 10 mart, SalamNews. Martın 10-da Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov və Baş Nazirin köməkçisi Fəxri İsmayılov iştirak ediblər.

Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.

Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir.

Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.

Qeyd edək ki, dünyada baş verən neqativ iqtisadi meyillər fonunda belə Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayış etdirir, iqtisadiyyatimiz inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Belə ki, yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7 faiz, ÜDM isə 2,8 faiz artıb.

Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100 faizini ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir.

Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar vardır. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək.

Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.

Vurğulanmalıdır ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur.

Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq.

Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edilib

Nazirlər Kabineti yanında Qərargah vətəndaşlara müraciət edib

Nazirlər Kabineti vergi və gömrük güzəştlərin tətbiqi qaydasını izah edib

Nazirlər Kabinetində müşavirə keçirilib

Nazirlər Kabinetində su ehtiyatlarının səmərəli idarə olunması müzakirə edilib

Nazirlər Kabinetində yeni kadr təyinatları olub

Nazirlər Kabinetində yeni təyinat olub

Nazirlər Kabineti: 1000 peşə üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması tələb olunacaq

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib

Azər Əmiraslanov Nazirlər Kabinetinin İqtisadiyyat şöbəsinin müdiri təyin edilib

Nazirlər Kabinetində yeni yaradılan şöbələrin adları açıqlanıb

Prezident: Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaq

Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən ayrılıb

Moldova Parlamenti yeni Nazirlər Kabinetini formalaşdırıb 

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

05 Aprel 2020, 22:12 (GMT +4)
Qeyri-ciddi SMS-lər göndərənlər barədə ciddi məsuliyyət tədbirləri görüləcək

05 Aprel 2020, 19:37 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

05 Aprel 2020, 18:14 (GMT +4)
Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 17:21 (GMT +4)
Azərbaycanda yarım milyona yaxın insan evdən çıxmaq üçün SMS göndərib

05 Aprel 2020, 15:31 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020, 15:24 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 63 nəfərdə koronavirus aşkarlanıb

05 Aprel 2020, 15:15 (GMT +4)
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66