Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İstanbul Texnik Universitetinin rektoru BANM-də olub

10 Mart 2020, 12:41 (GMT +4)

Bakı, 10 mart, SalamNews.Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun dəvəti ilə İstanbul Texnik Universitetinin (İTU) rektoru, professor Mehmet Karacanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.

Bu barədə SalamNews-a BANM-dən məlumat verilib.

Səfər çərçivəsində Bakı Ali Neft Məktəbinin rəhbərliyi və professor-müəllim heyəti ilə işgüzar görüşlər keçirilib, SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovla gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin əsas tədris korpusunu ziyarət edən qonaqlar burada yaradılan şəraitlə yaxından tanış olublar, onlara elmi-tədqiqat laboratoriyalarının, kitabxananın, idman və fitness zallarının, tələbə evinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra rektor Elmar Qasımovla görüş zamanı BANM ilə İTU arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda BANM-də yaradılması nəzərdə tutulan kompüter mühəndisliyi ixtisası üzrə İTU-nun təcrübəsinin öyrənilməsi, birgə akademik proqramların həyata keçirilməsi, professor-müəllim heyəti və tələbə mübadiləsi, ikili diplom, birgə innovasiya layihələrinin reallaşdırılması məsələləri müzakirə edilib.

E.Qasımov İstanbul Texnik Universitetinin mühəndislik sahəsindəki çoxillik effektiv fəaliyyətinin BANM üçün uğurlu təcrübə olacağını bildirib. O, bu baxımdan ikitərəfli əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini qeyd edib. E.Qasımov gənc Ali Məktəb olmasına baxmayaraq, BANM-in mühəndislik sahəsində yüksəkixtisaslı peşəkar mühəndis kadrların yetişdirilməsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb. Rektor ölkənin ən intellektual potensiallı gənclərinin də BANM-də təhsil aldığını qonaqların diqqətinə çatdırıb.

İTU rektoru, professor Mehmet Karaca isə öz növbəsində rəhbərlik etdiyi universitet barədə geniş məlumat verərək, 150 illik tarixi olan İTU-nun nüfuzlu məzunlarından, xarici əlaqələrindən, beynəlxalq reytinq cədvəllərindəki mövqeyindən danışıb. O, BANM ilə əlaqələrin genişlənməsinə maraqlı olduğunu qeyd edərək, bu görüşü gələcək əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirib.

Daha sonra BANM ilə İTU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Eyni zamanda BANM-in Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi ilə İTU arasında “Mevlana” Mübadilə Proqramı çərçivəsində əməkdaşlığa dair də müqavilə imzalanıb.

Qeyd edək ki, sözügedən proqramın məqsədi Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini həyata keçirməkdən ibarətdir.

Sonda Elmar Qasımov İTU rektoru Mehmet Karacaya BANM-in “Fəxri qonaq” plaketini təqdim edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BANM-də buraxılış işlərinin onlayn müdafiəsinə başlanılıb

BANM-də onlayn final imtahanları davam edir

BANM-ın MBA tələbələri qlobal biznes plaformasında fərqləniblər

Elmar Qasımov BANM-in Avropada təhsil alan tələbələri ilə onlayn görüş keçirib

BANM-in daha 6 tələbəsi diplomsuz işə qəbul olub

BANM-ın 2 komandası “CanSat” müsabiqəsinin əsas mərhələsinə vəsiqə qazanıb

BANM-in rektoru Yay Məktəblərinin pulsuz olmasını təklif edib

BANM-in əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara təşəkkür edib

BANM onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

BANM-in tələbələri qlobal distant təhsil proqramının sertifikatlarını qazanıb

BANM dinləyici qəbulu elan edib

BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

BANM-in tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

Mehmet Karaca: BANM tezliklə regionda söz sahibi olacaq (MÜSAHİBƏ)

BANM Rusiyada II Beynəlxalq Akademik Neft Konqresində təmsil olunub 

BANM Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib

BANM koronavirus əleyhinə dezinfeksiya edilib

BANM Tallin Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb

BANM-də Gənclər günü keçirilib

04 İyun 2020, 14:14 (GMT +4)
İranda bir günə 3,574 nəfərin koronavirusa yoluxması qeydə alınıb

04 İyun 2020, 14:13 (GMT +4)
Nazirlər Kabineti həftəsonu məhdudiyyətlərin siyahısını açıqlayıb

04 İyun 2020, 14:03 (GMT +4)
Lukaşenko ölkəyə yeni baş nazir təyin edib 

04 İyun 2020, 14:00 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi tətbiq olunub

04 İyun 2020, 13:52 (GMT +4)
XI sinif şagirdlərinin onlayn Azərbaycan dili imtahanının sınaq versiyası hazırlanıb

04 İyun 2020, 13:41 (GMT +4)
DGK: Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olunub

04 İyun 2020, 13:30 (GMT +4)
Etirazçılar ABŞ Konqres binasının qarşısına toplanıb

04 İyun 2020, 13:25 (GMT +4)
Yəmənin sabiq səhiyyə naziri koronavirusdan ölüb

04 İyun 2020, 13:11 (GMT +4)
Könüllülərin növbəti əlaqələndirmə görüşü keçirilib

04 İyun 2020, 13:10 (GMT +4)
Rusiyada COVID-19 virusuna yoluxanların sayı 441 138-ə çatıb

04 İyun 2020, 13:01 (GMT +4)
DSX və Hərbi Prokurorluğun generalları Ermənistanla sərhəddə olublar

04 İyun 2020, 12:44 (GMT +4)
İran prezidenti ABŞ-dakı etirazlara münasibət bildirib

04 İyun 2020, 12:40 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyətin pisləşdiyini açıqlayıb

04 İyun 2020, 12:25 (GMT +4)
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək

04 İyun 2020, 12:07 (GMT +4)
Tramp Putini bu il G7 sammitinə dəvət etməyi məqsədəuyğun hesab edir

04 İyun 2020, 12:00 (GMT +4)
Azercell uşaqlar üçün “Mobil TV” xidmətini istifadəyə verib

04 İyun 2020, 11:59 (GMT +4)
ABŞ-ın sabiq müdafiə naziri Trampı ölkə ictimaiyyətini parçalamaqda ittihamlandırıb

04 İyun 2020, 11:48 (GMT +4)
Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçib

04 İyun 2020, 11:43 (GMT +4)
Türkiyədə koronavirusdan sağalmış xəstələrin sayı 130 mini keçib

04 İyun 2020, 11:30 (GMT +4)
"ABAD"ın sayca beşinci "food hall"-u açılıb (FOTOLAR)

04 İyun 2020, 11:23 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

04 İyun 2020, 11:21 (GMT +4)
ABŞ-ın təzyiqlərinə baxmayaraq İran-İraq elektrik enerjisi müqaviləsinin müddəti uzadılıb

04 İyun 2020, 11:10 (GMT +4)
AP: Floydun qətlində daha üç polis əməkdaşı ittiham olunur

04 İyun 2020, 11:01 (GMT +4)
DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

04 İyun 2020, 10:45 (GMT +4)
Təhsil Nazirliyinin tabeliyində 5 yeni lisey yaradılıb

04 İyun 2020, 10:42 (GMT +4)
"İçərişəhər" ziyarətçiləri üçün xüsusi aksiya keçirilib

04 İyun 2020, 10:40 (GMT +4)
Dünyada COVID-19-a yoluxanların sayı 6,5 milyonu keçib

04 İyun 2020, 10:38 (GMT +4)
İran prezidenti koronavirusla bağlı sabiq məhdudiyyətin yenidən tətbiq ediləcəyi xəbərdarlığını verib

04 İyun 2020, 10:30 (GMT +4)
Prezident İlham Əliyev: "Ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır"

04 İyun 2020, 10:15 (GMT +4)
Azərbaycanda bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66