Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Xaçmaz KOB evində 1 000-ci xidmət göstərilib

10 Mart 2020, 13:27 (GMT +4)

Bakı, 10 mart, SalamNews.Sahibkarlara dövlət-biznes (“G2B”) və biznes-biznes (“B2B”) xidmətlərinin vahid məkanda təqdim olunduğu Xaçmazdakı KOB evinə 1 000-ci müraciət daxil olub.

Bu barədə SalamNews-a İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Hazırda həmin KOB evində sahibkarlara İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "Azəriqaz" İB, "Azərsu" ASC və "Azərişıq" ASC tərəfindən 200-ə yaxın dövlət xidmətləri göstərilir. KOB evində həmçinin, sahibkarlıq subyeklərinə bank, sığorta, lizinq, logistika, broker, tərcümə, möhür kimi 100-dək zəruri biznes-biznes xidmətləri təqdim olunur.

Fəaliyyətə başladığı müddət ərzində Xaçmaz KOB evində sahibkarlara daha çox hazır sənəd təqdim edən dövlət qurumu mənşə sertifikatının verilməsi üzrə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olub. Növbəti yerlərdə “Azəriqaz” İB və biznes-biznes xidmətləri üzrə lizinq xidmətləridir.

Sahibkarlar tərəfindən Xaçmaz KOB evinə bir sıra xidmətlərin alınması üçün təqdim edilən sənəd qəbulu üzrə ilk üç yeri Kənd Təsərrüfatı Nazirliyi, “Azərpoçt” MMC və “Azəriqaz” İB tutur.

İnformasiya xidmətlərinin göstərilməsi üçün sahibkarlar daha çox dövlət qurumları üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə və Kənd Təsərrüfatı Nazirliyinə, biznes-biznes xidmətləri üzrə isə “Rabitəbank” ASC-yə müraciət ediblər.

Ümumilikdə, indiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara müxtəlif sahələr üzrə 528 hüquq müəyyənedici sənəd verilib, sənədlərin alınmasına və informasiya xidmətlərinin göstərilməsinə dair 472 müraciət daxil olub.

Sahibkarlara göstərilən xidmətlərin çeşidinə görə isə dövlət qurumları üzrə İqtisadiyyat Nazirliyi, o cümlədən Dövlət Vergi Xidməti, “Azəriqaz” İB və “Azərpoçt” MMC, biznes-biznes xidmətləri üzrə isə logistika və lizinq xidmətləri ilk yerləri tutur.

Xaçmaz KOB evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi tərəfindən indiyədək 29 mikro, kiçik və orta sahibkarlıq subyektinin iştirakı ilə biznes planın hazırlanması, effektiv işgüzar ünsiyyət, korporativ hüquq, marketinq, satış, sosial layihələr kimi 7 mövzuda 17 təlim təşkil edilib. KOB İnkişaf Mərkəzinin nəzdində Biznes İnkubasiya Mərkəzi də fəaliyyət göstərir ki, bura 28 sahibkar cəlb olunub.

Məlumat üçün bildirək ki, Xaçmaz KOB evi fevralın 7-dən etibarən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara xidmət göstərir. Əsasən idxal-ixrac əməliyyatları üzrə ixtisaslaşmış Xaçmaz KOB evinin əsas üstünlüyü KOB-ların vaxta və əməliyyat xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, dövlət və biznes-biznes xidmətlərinin bir məkanda göstərilməsi və KOB-lara təqdim olunan xidmət səviyyəsinin ölçülə bilən olmasıdır. Xaçmaz KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-də dövlət orqanları, 10-da isə özəl qurumlar sahibkarlara xidmət göstərir. Burada həmçinin, görüş otaqları və konfrans zalı, eləcə də müxtəlif bankların ATM-ləri və ödəmə terminalları var.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

KOBİA-nın dəstəyi ilə yeni layihənin icrasına başlanıb (FOTOLAR)

KOBİA və Caspian European Club ilk onlayn B2G forum təşkil edib

KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

18 Sentyabr 2020, 17:14 (GMT +4)
Əvvəl-axır Haftar məğlub olacaq - Ərdoğan

18 Sentyabr 2020, 17:13 (GMT +4)
İsveçrədə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar başlayıb

18 Sentyabr 2020, 17:07 (GMT +4)
ASA peşə fəaliyyəti ilə məşğul olanlara müraciət edib

18 Sentyabr 2020, 17:00 (GMT +4)
Nazirlikdə fındıq istehsalçıları ilə görüş keçirilib

18 Sentyabr 2020, 16:42 (GMT +4)
AMB bu il üçün inflyasiya proqnozunu yeniləyib

18 Sentyabr 2020, 16:30 (GMT +4)
Türkiyədə rusiyalıların olduğu avtobus aşıb

18 Sentyabr 2020, 16:25 (GMT +4)
Tofiq Yaqublu ev dustaqlığına buraxılıb

18 Sentyabr 2020, 16:23 (GMT +4)
Dövlət satınalmaları üzrə gözlənilən yeniliklər açıqlanıb

18 Sentyabr 2020, 16:20 (GMT +4)
Baş İdarə Musiqi Günü münasibətilə yeni videoçarxı təqdim edib (VİDEO)

18 Sentyabr 2020, 16:18 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

18 Sentyabr 2020, 16:17 (GMT +4)
İsrail BƏƏ-dən Hayfa dəniz limanına gəmi nəqliyyatını bərpa edir

18 Sentyabr 2020, 16:15 (GMT +4)
Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

18 Sentyabr 2020, 16:02 (GMT +4)
Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib (FOTO)

18 Sentyabr 2020, 15:42 (GMT +4)
Azərbaycanda daha 117 yeni yoluxma qeydə alınıb

18 Sentyabr 2020, 15:40 (GMT +4)
Qarabağın azərbaycanlı icmasının sədri diplomatlarla görüşüb

18 Sentyabr 2020, 15:27 (GMT +4)
Lavrov: Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq

18 Sentyabr 2020, 15:22 (GMT +4)
İsraildə bir günə koronavirusa 5,238 nəfər yoluxub

18 Sentyabr 2020, 15:02 (GMT +4)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək

18 Sentyabr 2020, 14:58 (GMT +4)
Rusiyada təxminən 6 min yeni COVID-19-a yoluxma aşkar edilib

18 Sentyabr 2020, 14:46 (GMT +4)
Mərkəzi Bank uçot dərəcəsini endirib

18 Sentyabr 2020, 14:39 (GMT +4)
İranda koronavirusa gündəlik yoluxmanın sayı yenidən üç mini keçib

18 Sentyabr 2020, 14:25 (GMT +4)
KİV: Çinli hakerlər İspaniyanın COVID-19 peyvəndi ilə bağlı məlumatları oğurlayıb

18 Sentyabr 2020, 14:20 (GMT +4)
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman preparatı aşkarlanıb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66