Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dünya Bankı “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiqləyib

09 Mart 2020, 11:32 (GMT +4)

Bakı, 9 mart, SalamNews.Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) SalamNews-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq proqramın genişləndirilməsi istiqamətində Dünya Bankı ilə əməkdaşlığın həyata keçirilməsi üçün ötən dövrdə məqsədyönü işlər aparılıb. Bununla əlaqədar ƏƏSMN tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər keçirilərək müzakirələr aparılıb. “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.

Təsdiq edilən layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.

Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, o cümlədən Nazirliyin peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və s. daxildir.

Dəyəri 100 mln. ABŞ dolları olan və 2020-2025-ci illəri əhatə edəcək layihə həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.

Dünya Bankı və Azərbaycan Hökuməti adından ƏƏSMN tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏƏSMN işəgötürənlərə xəbərdarlıq edib

ƏƏSMN-də elektron arayış xidmətlərinin sayı artırılır

ƏƏSMN: 142 - Çağrı Mərkəzi tərəfindən 165 mindən çox müraciət cavablandırılıb

ƏƏSMN: 230 min şəxsə 190 manat ödənilib

ƏƏSMN: Ödənişli ictimai iş yerlərinin sayı 37 mindən 90 minə çatdırılır

ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

ƏƏSMN vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

ƏƏSMN: 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial məişət xidmətləri göstəriləcək

ƏƏSMN-də daha 15 növdə elektron arayış xidməti yaradılır

ƏƏSMN növbəti “DOST xonçası” kampaniyasına start verir

ƏƏSMN-də xüsusi monitorinq qrupu yaradılacaq

ƏƏSMN: Ötən il 30 mindən çox vətəndaş fərdi qaydada qəbul edilib

ƏƏSMN-nin tabeliyində yeni agentliklər və fond yaradılıb

Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

ƏƏSMN: Bu il 107,7 min vətəndaşa peşəyönümü məsləhət xidməti göstərilib

ƏƏSMN 6 yeni “e-arayış” xidmətini təqdim edib

ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

24 May 2020, 21:16 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq İranın neft tankerləri Venesuela sahillərinə yaxınlaşır

24 May 2020, 21:01 (GMT +4)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

24 May 2020, 16:26 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 140 nəfərdə yoluxma aşkarlanıb, 101 nəfər sağalıb

24 May 2020, 10:16 (GMT +4)
Birinci vitse-prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

24 May 2020, 10:00 (GMT +4)
"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib

23 May 2020, 22:18 (GMT +4)
Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

23 May 2020, 17:00 (GMT +4)
Mingəçevirdə civə satan şəxs saxlanılıb

23 May 2020, 16:26 (GMT +4)
İctimai işlərə cəlb olunan şəxslərin əməkhaqqı kartları ilə bağlı yoxlamalar başlayıb

23 May 2020, 15:59 (GMT +4)
Azərbaycanda daha 127 nəfərdə koronavirus aşkarlanıb, 107 nəfər sağalıb

23 May 2020, 13:41 (GMT +4)
Ramazan bayramı günündə Bakının hava proqnozu açıqlanıb

23 May 2020, 13:35 (GMT +4)
Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

23 May 2020, 13:15 (GMT +4)
Güclü külək elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub (FOTO)

23 May 2020, 12:38 (GMT +4)
İranın Bakıdakı səfiri Respublika Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib

23 May 2020, 12:32 (GMT +4)
Millət vəkili həkimlərin həyat sığortasının tətbiqi üçün AMB və TƏBİB-ə müraciət edib

23 May 2020, 12:17 (GMT +4)
Azərbaycanda dəmir yolu ilə yük və sərinişin daşımaları artıb

23 May 2020, 11:30 (GMT +4)
XİN: Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

23 May 2020, 11:19 (GMT +4)
Bakıda Ramazan yarmarkası keçirilir (FOTO)

23 May 2020, 10:34 (GMT +4)
Azərbaycan və Oklahomanın Kənd Təsərrüfatı nazirləri arasında onlayn görüş keçirilib

23 May 2020, 09:20 (GMT +4)
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

23 May 2020, 00:45 (GMT +4)
Hacı İlqar İbrahimoğlu: Beynəlxalq Qüds günü İslam ümmətinin əhyasıdır (VİDEO)

23 May 2020, 00:05 (GMT +4)
İlin müstəsna mənəvi fürsəti bitməkdədir - Ramazanın 29-cu gününün duası

22 May 2020, 22:41 (GMT +4)
Qazax rayonuna dolu düşüb

22 May 2020, 18:01 (GMT +4)
Eastnews.org saytının əməkdaşı beynəlxalq telemitinqdə ölkəmizi təmsil edib

22 May 2020, 17:42 (GMT +4)
Corc Soros: Koronavirus pandemiyası AB-nin qurtuluşu üçün təhlükədir

22 May 2020, 17:27 (GMT +4)
Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

22 May 2020, 17:24 (GMT +4)
Yaponiya Olimpiya Oyunlarını 2021-ci ildə keçirməyi planlaşdırır

22 May 2020, 17:00 (GMT +4)
Azərbaycanlı alimlərin elmi məqaləsi nüfuzlu beynəlxalq nəşriyyatın hazırladığı kitabda dərc olunub

22 May 2020, 16:58 (GMT +4)
Putin Rusiyada koronavirusla bağlı vəziyyətin stabilləşdiyini açıqlayıb

22 May 2020, 16:54 (GMT +4)
Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışacaq

22 May 2020, 16:48 (GMT +4)
Fələstin Polisi İsrail qüvvələrinin olduğu bəzi qəsəbələri tərk edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66