Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Tovuz ABAD Factory"də 3 istehsal xətti qurulub (FOTO)

06 Mart 2020, 14:03 (GMT +4)

Bakı, 6 mart, SalamNews.  4 mart 2020-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ASAN Həyat” kompleksinin açılışı zamanı kompleks daxilində fəaliyyət göstərəcək yeni “ABAD” müəssisələri ilə də tanış olub. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev yeni müəssisələr barədə dövlət başçısına ətraflı məlumat veriblər.

Diqqət çəkən yeniliklərdən biri "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabriki olub. Dövlət başçısına bildirilib ki, bu Fabrik “Qazax Sement Zavodu” MMC və “Fito Life” MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib. Fabrikin ərazisi 3000 m2 təşkil edir. Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və laboratoriyası var.

Fabrikdə 3 istehsal xətti qurulub:

- meyvələrin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və paketlənməsi;
- dərman bitkilərinin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və kisələrə doldurulması;
- emaldan keçmiş dərman bitkilərinin üyüdülərək hazır çay məhsulunun istehsalı.

Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ABAD” regional mərkəzi və Tovuz “ABAD Məktəbi” Təlim Mərkəzinin də fəaliyyəti ilə yaxından tanış olub.
Tovuz “ABAD” regional mərkəzi sayca 6-cı “ABAD” mərkəzidir. Digər Mərkəzlərdə olduğu kimi bu mərkəzin də əsas təyinatı Gəncə-Qazax iqtisadi rayon üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin etmək və rəqabətə davamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların formalaşdırılmasına əlavə töhfə verməkdir.

İki mərtəbəli mərkəz binası “ABAD” xidmətlərindən yararlanmaq üçün müraciət edəcək vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün bütün zəruri şəraitlə təmin edilib.
Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.

Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdi


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Türkiyə Xəzər dənizi üzrə Bakı-Aşqabad razılaşmasını alqışlayır

Cəlilabad sakini taksidə 4 kiloqram heroinlə tutulub

Sabirabadda “LADA” yanıb

COVID-19 xəstələri olan Cəlilabad sakinləri saxlanılıb

Fələstin məsələsi həll edilməyincə Pakistan İsraili tanımayacaq – Rəsmi İslamabad

Cəlilabadda evdə yanğın olub, 81 yaşlı qadın ölüb

Cəlilabad RİH-nin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub

Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Cəlilabad icra hakimiyyətinin binasında əməliyyat keçirilir

Cəlilabad və Masallıda COVID-19 xəstələri yaşayış yerini tərk edib

Əlcəzair səfiri: “Dağılmış Füzuli şəhərinin abadlaşdırılmasının vaxtı çatıb”

İsraili tanımaq üçün İslamabada təzyiqlər edilir – Pakistanın baş naziri

Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

Cəlilabadda «Veteranlar evinin» problemləri həll edilib

Prezident İlham Əliyev Balaxanıda aparılan abadlıq işləri ilə tanış olub

“ABAD”ın yaradılmasından 4 il ötür

"ABAD" dönər biznesinin sağlamlaşdırılmasına dəstək olacaq

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib

Astara və Cəlilabadda yeni məktəb binaları açılıb

Cəlilabadda bir hektar sahədə quru ot və ağac kötükləri yanıb

25 Yanvar 2021, 18:00 (GMT +4)
Bakıda evlərdən oğurluq edən şəxslər tutulub

25 Yanvar 2021, 17:50 (GMT +4)
Ötən il İraq həbsxanalarından və uşaq evlərindən qayıtmış 194 uşaq-dan 83-ü dövlət qeydiyyatına alınıb

25 Yanvar 2021, 17:47 (GMT +4)
Putin yetkinlik yaşına çatmayanların icazəsiz aksiyalara cəlb edilməsinə münasibət bildirib

25 Yanvar 2021, 17:45 (GMT +4)
Şəhid ailəsi üzvlərinin bir hissəsi azadlığa buraxılıb

25 Yanvar 2021, 17:39 (GMT +4)
"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85%-i ötüb

25 Yanvar 2021, 17:32 (GMT +4)
Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib

25 Yanvar 2021, 17:23 (GMT +4)
XİN Ceyhun Bayramov və Cavad Zərifin görüşünə dair məlumat yayıb

25 Yanvar 2021, 17:17 (GMT +4)
Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladılıb, yaralananlar var

25 Yanvar 2021, 17:17 (GMT +4)
MN Füzuli rayonunun Kürdlər kəndindən videogörüntülər hazırlayıb

25 Yanvar 2021, 17:11 (GMT +4)
Putin Gəlincikdəki "saray" ilə bağlı aparılan araşdırmanı şərh edib

25 Yanvar 2021, 17:06 (GMT +4)
Ağstafa sakinindən narkotik vasitə götürülüb

25 Yanvar 2021, 17:00 (GMT +4)
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

25 Yanvar 2021, 16:53 (GMT +4)
NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

25 Yanvar 2021, 16:42 (GMT +4)
Putin Rusiyada epidemioloji vəziyyətin sabitləşdiyini açıqlayıb

25 Yanvar 2021, 16:42 (GMT +4)
Şəmkir sakinlərindən silah aşkarlanıb

25 Yanvar 2021, 16:31 (GMT +4)
Ötən il 2 072 məhkum cəzadan şərti azad edilib

25 Yanvar 2021, 16:21 (GMT +4)
Azərbaycan XİN rusiyalı deputatın adını «qara siyahı»ya salıb

25 Yanvar 2021, 16:15 (GMT +4)
Bağdad partlayışından sonra onlarla İŞİD üzvü barədə edam hökmü çıxarılıb

25 Yanvar 2021, 16:14 (GMT +4)
Çavuşoğlu: Dəniz quldurları tərəfindən öldürülən azərbaycanlının nəşi Qabona gətirilib

25 Yanvar 2021, 16:05 (GMT +4)
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

25 Yanvar 2021, 15:58 (GMT +4)
İngiltərə ölkəyə gələnlər üçün karantini sərtləşdirməyi planlaşdırır

25 Yanvar 2021, 15:53 (GMT +4)
Azərbaycan Qarabağda vuruşan 17 muzdlu döyüşçü barəsində axtarış elan edib

25 Yanvar 2021, 15:40 (GMT +4)
Qəbələdə evi tərk edən koronavirus xəstəsi saxlanılıb

25 Yanvar 2021, 15:30 (GMT +4)
Ötən il ali dövlət mükafatları ilə təltif edilən prokurorluq işçilərinin sayı açıqlanıb

25 Yanvar 2021, 15:20 (GMT +4)
Avstriya sakinləri maska yerinə respirator taxmağa məcbur edilir

25 Yanvar 2021, 15:20 (GMT +4)
Milli Depozit Mərkəzi yeni strateji planını açıqlayıb

25 Yanvar 2021, 15:10 (GMT +4)
Astarada narkotik alverçisi tutulub 

25 Yanvar 2021, 15:00 (GMT +4)
Bağdadda 32 nəfərin ölümünə səbəb olan kamikadzelərin kimliyi müəyyənləşib

25 Yanvar 2021, 15:00 (GMT +4)
Prezident: Azad edilmiş ərazilərin yenidən qurulmasında İran şirkətlərini görməyə çox şad olarıq

25 Yanvar 2021, 14:55 (GMT +4)
İran XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulmasından sonra artıq normal vəziyyət mövcuddur”

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66