Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün müsəlmanların 9-cu imamının doğum günüdür

05 Mart 2020, 09:17 (GMT +4)

Bakı, 5 mart, SalamNews, Bu gün müsəlmanların 9-cu imamı Həzrət Məhəmməd Təqinin (ə) mövlud günüdür.

SalamNews-un məlumatına görə, həzrət İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə (miladi 811-ci il) Mədinə şəhərində dünyaya gəlib. Həzrət Məhəmməd Təqi (ə), həmçinin "Əbu Cəfər", "İbn əl-Rza" ləqəblərilə də çağırılıb. İmamın anasının adı barədə mənbələrdə müxtəlif məlumatlar gəlib çatıb. Belə ki, müsəlmanların doqquzuncu imamını dünyaya gətirmiş qadın Səbikə, Həbibi, Xeyzəran, Dürrə və sair adlarla tarixə keçib.

Atası Həzrət İmam Rzaya (ə) Abbasi xəlifəsi Məmun tərəfindən vəliəhdlik vəzifəsi təklif edilən zaman İmam dörd yaşlı oğlu - Həzrət Məhəmməd Təqini (ə) Mədinədə qoyaraq Məmunun yanına yola düşür. Bu zaman İmamın tərəfdarları arasında onun başına bir iş gələcəyi təqdirdə növbəti imamın kim olacağı barədə suallar yaranmağa başlayır. Bu şübhələrə cavab olaraq İmam Rza (ə) hər dəfə kiçik yaşında peyğəmbərlik məqamına çatmış Həzrət İsa (ə) peyğəmbərin əhvalatını xatırladaraq cavab verir.

Hələ uşaq ikən Həzrət Məhəmməd Təqi (ə) "Cavad" (alicənab) ləqəbini qazanır. Atası Mədinəni tərk etdikdən sonra sakinlər problem və dərdlərini bölüşmək üçün onun yaşadığı evə axın edir, ehtiyac və çatışmazlıqlarını ona bildirirlər.

Atası Həzrət İmam Rza (ə) Xorasanda xəlifə Məmun tərəfindən zəhərlənərək şəhid edildikdən sonra hələ uşaq ikən Həzrət Məhəmməd Təqi (ə) müsəlmanların imamı olur. Mənbələr bu zaman onun 7, yaxud 9 yaşında olduğunu yazır. Yaşının azlığına baxmayaraq, qeyri-adi bilik və əxlaqı ilə İmam Cavad (ə) bu ilahi vəzifənin öhdəsindən layiqincə gəlir. Bu səbəbdən yaşının azlığı ilə böyük ilahi missiyanı daşıması baxımından İmam Cavad (ə) Həzrət İsa Məsihə (ə) bənzədilir.

Atası İmam Rzanı (ə) şəhid etdikdən sonra xəlifə Məmun İmam Məhəmməd Təqiyə (ə) nəzarəti artırmaq üçün qızını ona ərə verir. Bu evlilikdən bir il sonra İmam Cavad (ə) həyat yoldaşı Ümmül-Fəzl ilə birlikdə Mədinə şəhərinə qayıdır və ömrünü ilahi risalətin təlim və təbliğinə həsr edir. Burada İmam əslən Şimali Afrikadan olan Sumanə adlı qadınla da evlənir və ondan gələcəyin imamı olacaq övladı - Həzrət Əliyyən-Nəqi əl-Hadi (ə) dünyaya gəlir.

833-cü ildə xəlifə Məmunun vəfatından sonra Mötəsim-billah Abbasi xilafətində hakimiyyəti ələ alır. İmam Məhəmməd Təqini (ə) sevməyən yeni xəlifə 835-ci ildə Həzrəti Bağdada çağırır. Oğlu Həzrət Əli əl-Hadini (ə) Mədinədə tərk edən İmam Cavad (ə) xanımı ilə birlikdə Bağdada köçür. Bir il Bağdadda yaşadıqdan sonra xəlifə Mötəsimin təkidi ilə arvadı Ümmul-Fəzl İmamı zəhərləyərək şəhid edir.

Hicri 220-ci ilin (miladi 835-ci il) Zilqədə ayının sonuncu günündə 25 yaşında şəhid edilən İmam Cavadın (ə) cənazəsi babası İmam Muzeyi-Kazimin (ə) yanında torpağa tapşırılır. Bu iki imamın məzarı İraqda Kazimeyn adı ilə tanınır və bu gün müsəlmanların müqəddəs ziyarətgahlarından biridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şaban ayının beşi imam Səccadın (ə) mövlududur

Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

İslam dünyası İmam Əlinin (ə) mövlud gününü qeyd edir

Bu gün İmam Məhəmməd Baqirin (ə)mövlud günüdür

Mövlud Çavuşoğlu: Türkiyə nümayəndə heyəti fevralın 17-də Rusiyaya gedəcək

Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu “Dostluq” ordeni ilə təltif edib

Mövlud Çavuşoğlu İraqa səfər edib

Bu gün İsa peyğəmbərin (ə) mövlududur

Bu gün İmam Həsən Əskərinin (ə) mövlududur

Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

Bakı məscidlərində Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu qeyd edilib (FOTO)

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

Gürcüstanda Peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirilib (FOTOLAR)

Müsəlman dünyası Peyğəmbərin mövludu ilə bağlı vəhdət həftəsini qeyd edir

Bu gün müsəlmanların səkkizinci imamı həzrət Rzanın (ə) mövlud günüdür

Tbilisidə İmam Həsən (ə) mövludu qeyd olunub (FOTOLAR)

Bu gün imam Həsənin (ə) mövlud günüdür

Bu gün müsəlmanların 4-cü imamı həzrət Səccadın (ə) mövlududur

07 Aprel 2020, 12:18 (GMT +4)
ƏƏSMN işsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi ilə bağlı açıqlama yayıb

07 Aprel 2020, 12:06 (GMT +4)
İran Parlamenti koronavirusun yayılmasından sonra ilk toplantısını keçirib (FOTO)

07 Aprel 2020, 12:03 (GMT +4)
Rusiya rublunun dəyəri qalxıb

07 Aprel 2020, 11:36 (GMT +4)
Azərbaycan Ordusunun yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb

07 Aprel 2020, 11:32 (GMT +4)
Koronavirusdan müalicə üçün dərmanı gələn həftə Rusiyaya gətiriləcək

07 Aprel 2020, 11:17 (GMT +4)
Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi yenidən qurulur

07 Aprel 2020, 11:16 (GMT +4)
Taliban Kabildə hökumətlə danışıqları dayandıracağı ilə bağlı xəbərdarlıq edib

07 Aprel 2020, 11:04 (GMT +4)
"Toyota" qoruyucu maskaların istehsalına başlayacaq

07 Aprel 2020, 10:56 (GMT +4)
Xaçmazda karantində olanlara mənəvi dəstək göstərilib (FOTO)

07 Aprel 2020, 10:39 (GMT +4)
Ayətullah Xamenei koronavirusa görə Milli İnkişaf Fondundan bir milyard avronun götürülməsinə razılıq verib

07 Aprel 2020, 10:31 (GMT +4)
İcazəsi olmayan şəxslərin küçədə hərəkəti barədə qanunvericiliyə uyğun tədbirlər davam etdirilir 

07 Aprel 2020, 10:28 (GMT +4)
Meksikada koronavirusdan 24 saat ərzində 30-dan çox insan ölüb

07 Aprel 2020, 10:15 (GMT +4)
Xüsusi karantin qaydalarını pozan sürücü həbs edilib

07 Aprel 2020, 10:00 (GMT +4)
Səudiyyə ramazan ayında da məscidlərin bağlı qalması ehtimalı olduğunu bildirib

07 Aprel 2020, 10:00 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

07 Aprel 2020, 09:54 (GMT +4)
Çində son sutka ərzində COVID-19-dan ölən olmayıb

07 Aprel 2020, 09:50 (GMT +4)
Koronavirusa yoluxanların sayı 1,3 milyonu ötüb

07 Aprel 2020, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

07 Aprel 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

07 Aprel 2020, 09:21 (GMT +4)
Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

07 Aprel 2020, 09:16 (GMT +4)
Mütəxəssis Avstraliyada COVID-19-un müalicəsinin tapılması xəbərinə münasibət bildirib

07 Aprel 2020, 09:15 (GMT +4)
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

07 Aprel 2020, 09:12 (GMT +4)
Suriyanın şərqində hücum nəticəsində bir ABŞ zabiti ölüb

07 Aprel 2020, 09:00 (GMT +4)
ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66