Tramp maaşını koronavirusla mübarizə üçün nazirliyə bağışladı04 Mart 2020, 13:04 (GMT +4) Bakı, 4 mart, SalamNews. ABŞ prezidenti Donald Tramp keçən ilin dördüncü rübündə verilən bütün maaşını ölkənin Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin hesabına köçürüb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişam öz "Twitter" səhifəsində məlumat verib.
"Donald Tramp, prezident olduğu müddətdə maaşını bağışlamağı öhdəsinə götürüb. Sözünə əməl edərək və Amerika xalqının təhlükəsizliyi üçün, 2019-cu ilin dördüncü rübü üçün nəzərdə tutulan maaşını koronavirusla mübarizə səylərini dəstəkləmək üçün Səhiyyə və Sosial Xidmətlər Nazirliyinə bağışlayıb", məlumatda deyilir.
Qrişam Amerika lideri tərəfindən imzalanmış müvafiq çekin fotoşəklini məlumata əlavə edib.
|