Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

SalamNews-un adı kimi xəbərləri də hər dildə əzbər olsun (TƏBRİK MƏKTUBLARI)

02 Mart 2020, 17:57 (GMT +4)

Bakı, 2 mart, SalamNews. SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı təbrik məktubları gəlməkdə davam edir.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov agentliyin fəaliyyətini yüksək qiymətləndirib:

"SalamNews İnformasiya Agentliyinin 10 illik yubileyi münasibətilə agentliyin rəhbərliyi və əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. Agentliyin daimi izləyicisiyəm. Burada Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, dini və milli dəyərlərin təbliği sahəsində səmərəli işlər görülür. Bölgədə müsəlman xalqlarının hüquqlarının qorunması və təmin edilməsi istiqamətində dərc edilən yazılar və çatdırılan xəbərlər təqdirəlayiqdir. Agentlik Gürcüstanda müsəlmanların vəziyyətini də işıqlandırır. Media sahəsində SalamNews-a davamlı uğurlar arzulayıram!"

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub agentliyin operativ, həmçinin milli-dini dəyərlərimizin təbliği istiqmətində böyük rol oynadığını bildirib:

"SalamNews İnformasiya Agentliyi peşə etikasına yiyələnmiş dürüst və operativ jurnalist kollevtivinin çalışdığı məkandır. Müşahidələrimə əsasən deyirəm, burada dövlətçiliyimiz, mili maraqlarımız, milli-dini dəyərlərimiz, müsəlman dünyasının qlobal problemləri və bütövlükdə qlobal ümumbəşəri dəyərlər prioritet kəsb edir. Bu təsadufi deyil. SalamNews yarandığı gündən bu günədək sadaladığımız istiqamətlərdə düşünən-daşınan, həmin dəyərlərə inanan ziyalı insanlar tərəfindən idarə edilir. SalamNews həm də ölkədə və qlobal məkanda cərəyan edən hadisələr haqda obyektiv təhlilləri ilə səciyyələnir. Bu gün ölkəmizdə bu xəbər və informasiya mərkəzinin öz yeri, öz dəsti-xətti var. Mən dəyərli dostlarımızı 10 illik yubiley münasibətilə təbrik edirəm, bu çətin, lakin şərəfli yolda onlara bol-bol uğurlar arzu edirəm!"

YAP Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyi Teymur Babayev agentlikdə çalışan bütün əməkdaşları təbrik edib:

"SalamNews İnformasiya Agentliyində çalışan bütün əməkdaşları səmimi qəlbdən təbrik edir, mediamızın inkişafı naminə fəaliyyətlərində daima uğurlar arzulayıram"!

TED.az saytının redaktoru Nicat Abdullayev agentliyin işinə uğurlar arzulayıb:

"SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 10 illiyi ilə bağlı təbrik edirik.  Adı kimi xəbərləri də hər dildə əzbər olsun!".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev:

"SalamNews gündəlik izlədiyimiz saytlardan biridir. Sayt hər zaman öz operativliyi ilə seçilib. Agentliyin 10 yaşı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.Əminəm ki, agentlik Azərbaycanın dövlətçiliyinin qorunmasında üzərinə düşən missiyanı bundan sonra da şərəflə daşıyacaq. Bir daha agentliyin kollektivini böyük səmimiyyətlə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram. Yolunuz hər zaman işıqlı olsun!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov SalamNews-un yol polisi tərəfindən mütamadi aparılan maarifləndirmə və təbliğat işlərinə hər zaman dəstək verdiyini bildirib:

SalamNews İnformasiya Agentliyi hər zaman öz xəbərləri ilə seçilib. Yol Polisi tərəfindən aparılan maarifləndirmə işlərinə öz dəstəyini verib. Əhalinin maarifləndirilməsi istiqmətində, həmçinin yollarda təhlükəsizliyin qorunması ilə bağlı öz dəstəyini verib. İnanırıq ki, bu dəstək bundan sonra da davam edəcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından agentliyin bütün dəyərli kollektivini təbrik edirik. Ad gününüz mübarək!"

SalamNews İnformasiya Agentliyinin kollektivi təbrik göndərən hər kəsə təşəkkürünü bildirir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vətən Müharibəsində xüsusi xidmət göstərən SalamNews İA-nın və İnterAz Tv-nin əməkdaşları mükafatlandırılıb

SalamNews-un əməkdaşı Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi tərəfindən təltif edilib

Bu gün 18 minədək şagird buraxılış imtahanı verəcək Bakı, 30 aprel, SalamNews.

SalamNews Ramazanda “İsraf və dəbdəbədən uzaq, sadə iftar süfrəsi!” aksiyasını bu il də davam etdirir

SalamNews oxucularını Novruz bayramı münasibətilə təbrik edir

Rusiya Dövlət Dumasının millət vəkili Dmitri Savelyev SalamNews xəbər agentliyini təbrik edib

Dövlət Gömrük Komitəsi SalamNews xəbər agentliyini ad günü münasibətilə təbrik edib

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 11 il ötür

SalamNews İnformasiya Agentliyi növbəti mükafata layiq görülüb (FOTO)

SalamNews-un əməkdaşı AzTU rektoru tərəfindən təltif edilib

SalamNews İA və İnterAz telekanalının saytları növbəti dəfə erməni hakerlərin hücumuna məruz qalıb

SalamNews oxucularını Novruz bayramı münasibətilə təbrik edir

Dövlət və özəl qurumlar SalamNews-un 10 illik fəaliyyətini yüksək qiymətləndiriblər

SalamNews İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

SalamNews-un əməkdaşı təltif edilib (FOTO)

SalamNews-un əməkdaşı ADU tərəfindən mükafatlandırılıb (FOTOLAR)

Dövlət Komitəsi SalamNews-un əməkdaşını təltif edib

SalamNews Azərbaycan İlahiyyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

27 İyul 2021, 18:02 (GMT +4)
Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlanıb

27 İyul 2021, 18:01 (GMT +4)
Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Tokioya yollanıb - (FOTOLAR)

27 İyul 2021, 17:54 (GMT +4)
Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıb

27 İyul 2021, 17:53 (GMT +4)
Stoltenberq: NATO Əfqanıstanı dəstəkləməyə davam edəcək

27 İyul 2021, 17:49 (GMT +4)
Sahil Babayev: Serbiya Zəngəzur dəhlizinə maraq göstərir

27 İyul 2021, 17:42 (GMT +4)
Rusiya Əfqanıstanla sərhədə min nəfərdən ibarət hərbi qüvvə göndərir

27 İyul 2021, 17:29 (GMT +4)
Tokio-2020: Çin ABŞ və Meksikanı qabaqlayıb

27 İyul 2021, 17:25 (GMT +4)
Ukraynada son sutkada 700-ə yaxın COVID-19-a yoluxma aşkar edilib

27 İyul 2021, 17:15 (GMT +4)
COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb

27 İyul 2021, 17:05 (GMT +4)
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var

27 İyul 2021, 16:55 (GMT +4)
Şəhid Rövşən Ağamalıyevin anım günü qeyd olunub

27 İyul 2021, 16:51 (GMT +4)
NATO baş katibi ilə Əfqanıstan prezidenti arasında telefon danışığı olub

27 İyul 2021, 16:47 (GMT +4)
Badmintonçumuz Tokio-2020-yə qələbə ilə başlayıb

27 İyul 2021, 16:45 (GMT +4)
Kreml: ABŞ-ın İraqdakı hərbi missiyasını bitirmə qərarı diqqətə layiqdir

27 İyul 2021, 16:39 (GMT +4)
Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib

27 İyul 2021, 16:26 (GMT +4)
Ağdaşda COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıb

27 İyul 2021, 16:15 (GMT +4)
MN Kəlbəcər rayonunun Günəşli kəndindən görüntülər yayıb (VİDEO)

27 İyul 2021, 16:07 (GMT +4)
Tokio-2020-də qəribə hadisə baş verib

27 İyul 2021, 16:05 (GMT +4)
Gürcüstanda son sutkada 3600-dan çox koronavirusa yoluxma aşkar edilib 

27 İyul 2021, 15:56 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb

27 İyul 2021, 15:46 (GMT +4)
Suriyanın Dəra şəhərindəki qruplaşma silahlarını orduya təhvil verir

27 İyul 2021, 15:37 (GMT +4)
Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

27 İyul 2021, 15:30 (GMT +4)
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri məlum olub

27 İyul 2021, 15:28 (GMT +4)
KİV: Almaniyanın qərbində güclü partlayış baş verib

27 İyul 2021, 15:25 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 İyul 2021, 15:15 (GMT +4)
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb

27 İyul 2021, 15:05 (GMT +4)
Vətən müharibəsi iştirakçılarından rüşvət alan vəzifəli şəxslər saxlanılıb

27 İyul 2021, 14:57 (GMT +4)
Çinin Henan əyalətində daşqınlar zamanı ölənlərin sayı artıb

27 İyul 2021, 14:55 (GMT +4)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

27 İyul 2021, 14:52 (GMT +4)
"Soçi" klubu Bakıda məşqə çıxmayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66