Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub

28 Fevral 2020, 12:24 (GMT +4)

Bakı, 28 fevral, SalamNews.26-27 fevral 2020-ci il tarixində Nepal Daxili İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, həyata keçirilən layihələr və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə Azərbaycana səfər edib.

SalamNews xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlarla görüşü zamanı cari ilin yanvar ayında Dövlət Agentliyinin nümayəndə heyətinin Nepala səfərini diqqətə çatdırıb. Həmçinin Nepal nümayəndə heyətinin ölkəmizə səfərinin müvafiq sahələr üzrə davam edən əməkdaşlığa daha da təkan verəcəyi bildirilib.

Həmçinin qonaqlara dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası barədə məlumat verilib və Nepal tərəfinin müvafiq təşkilata qoşulması ilə əlaqədar müzakirə aparılıb.

Görüşdə dövlət idarəetməsi sahəsində son dövrdə Prezident İlham Əliyev tərəfindən reallaşdırılan islahatlar, ASAN təcrübəsinin həyata keçirilməsi, dövlət xidmətlərinin göstərilməsi, habelə elektron hökumət sahəsindəki uğurlu fəaliyyətin BMT tərəfindən mükafatlandırılması və digər beynəlxalq səviyyəli mükafatlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində nümayəndə heyəti “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət, ASAN Radio, ASAN Təlim- Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara Elekton Hökumətin İnkişafı Mərkəzində Dövlət Agentliyinin müxtəlif elektron layihələri, o cümlədən “ASAN Viza”, “MyGov”, “ASAN Ödəniş”, “E-Agro”, “E-Satınalma” layihələri barədə geniş təqdimat edilib. Tərəflər arasında “ASAN Viza” təcrübəsinin öyrənilməsi və bu sistemin Nepalda tətbiqi ilə əlaqədar ilkin razılıq əldə olunub.

Nepaldan olan nümayəndə heyəti, eyni zamanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə tanış olub.

Qonaqlar dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və bu qabaqcıl təcrübələrin Nepalda tətbiqinə dair maraqlarını ifadə ediblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

"ASAN xidmət" Prezidentin çağırışına qoşularaq 200 min manat yardım edir

"ASAN Xidmət"in əməkdaşları evdən işləyəcək

"ASAN xidmət” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır

Prezident: “ASAN xidmət”də korrupsiya və rüşvətxorluğa sıfır dözümlülük var

"ASAN xidmət" mərkəzlərində dezinfeksiya işləri həyata keçirilib

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTOLAR)

Səyyar “ASAN xidmət” Qazaxda sakinlərə xidmət göstərir

“ASAN xidmət” mərkəzlərinin 4 mindən çox əməkdaşı var

Prezident: “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verilib

Əfqanıstan nümayəndə heyəti “ASAN xidmət”də olub

Koreyanın səfiri “ASAN xidmət”də olub

Almaniya səfiri “ASAN xidmət”də olub

Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzi tikiləcək

Öz fəaliyyətində fərqlənən “ASAN xidmət”in əməkdaşları təltif ediliblər (FOTOLAR)

“ASAN xidmət” işçilərinin peşə bayramı qeyd olunur

Səfir “ASAN xidmət” mərkəzində işlərini asanlaşdırıb (VİDEO)

Şamaxı “ASAN xidmət” mərkəzi bu gün ilk vətəndaşlarını qəbul edir (FOTOLAR)

Bazar ertəsi “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 15 dərəcə isti gözlənilir

09 Aprel 2020, 12:45 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

09 Aprel 2020, 12:45 (GMT +4)
Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09 Aprel 2020, 12:44 (GMT +4)
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlanıb

09 Aprel 2020, 12:35 (GMT +4)
“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” adlı proqrama start verilir

09 Aprel 2020, 12:18 (GMT +4)
Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

09 Aprel 2020, 11:53 (GMT +4)
Baş nazir: Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var 

09 Aprel 2020, 11:51 (GMT +4)
İtaliyada son sutka 2099 nəfər koronavirusdan sağalıb 

09 Aprel 2020, 11:48 (GMT +4)
Koronavirus dünya dövlətləri və xalqları üçün bir sınaq və imtahandır – Ayətullah Xamenei

09 Aprel 2020, 11:46 (GMT +4)
“Gilavar” Azərbaycan Foto Klubu yeni layihə həyata keçirir

09 Aprel 2020, 11:39 (GMT +4)
Gender-əsaslı zorakılığa qarşı mübarizəyə dair layihə həyata keçirilir

09 Aprel 2020, 11:32 (GMT +4)
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

09 Aprel 2020, 11:10 (GMT +4)
Milli Məclisin iclası başlayıb

09 Aprel 2020, 11:06 (GMT +4)
AB Avropadan kənarda COVID-19 ilə mübarizə aparmaq üçün 20 milyard avro ayıracaq

09 Aprel 2020, 11:06 (GMT +4)
Xəlifə Haftarın ordusu Livayada Türkiyənin iki PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 11:00 (GMT +4)
Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar

09 Aprel 2020, 10:45 (GMT +4)
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

09 Aprel 2020, 10:33 (GMT +4)
İran koronavirusa görə nüvə sahəsində 122 məhsulun təqdimatını təxirə salıb

09 Aprel 2020, 10:30 (GMT +4)
Azərbaycanda "Könüllü donor" kampaniyasına start verilib

09 Aprel 2020, 10:21 (GMT +4)
"Azərpoçt" Bakıətrafı qəsəbələrdə səyyar xidmətlərin göstərilməsinə başlayıb (FOTO)

09 Aprel 2020, 10:15 (GMT +4)
Türkiyə və Çin liderləri Covid-19 ilə mübarizə addımlarını müzakirə edib

09 Aprel 2020, 10:10 (GMT +4)
Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

09 Aprel 2020, 10:00 (GMT +4)
Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

09 Aprel 2020, 09:53 (GMT +4)
Moskvada qocalar evində baş verən yanğında xəsarət alanların sayı 16-ya çatıb

09 Aprel 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

09 Aprel 2020, 09:41 (GMT +4)
Əfqanıstan hökuməti Talibanın 100-dən çox üzvünü azad edib (FOTO)

09 Aprel 2020, 09:30 (GMT +4)
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

09 Aprel 2020, 09:28 (GMT +4)
ABŞ-da son gün ərzində koronavirusdan 1973 nəfər ölüb

09 Aprel 2020, 09:15 (GMT +4)
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66