Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İnam Kərimov AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüşüb

27 Fevral 2020, 17:30 (GMT +4)

Bakı, 27 fevral, SalamNews. Lənkəran rayonunda Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev və AMAL Akademiyası Qış Məktəbinə qoşulan 23 rayondan 46 gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7 faizdən çox artıb”.

Kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan birbaşa asılı olduğunu deyən nazir əlavə edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artırılmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır : “Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən digər sahələrdə olduğu kimi gənclərin aqrar sahəyə cəlbi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aqrar Məşğulluğun Artırılması Layihəsinin məqsədi də gənclərin aqrar sahəyə marağını artırmaqdır. Bu layihə gənclərin öz arzusuna çatması üçün bir vasitədir. AMAL Akademiyası Qış Məktəbi aqrar sahəyə ciddi maraq göstərən gənclərin gələcəkdə birgə fəaliyyətinin və şəbəkələşməsinin təmin edilməsi üçün uğurlu başlanğıcdır”.

Tədbirdə çıxış edən Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd edib ki, ölkədə bütün sahələrdə genişmiqyaslı yenidənqurma işləri aparılır. O bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasətinin məntiqi davamı kimi aqrar sahədə reallaşdırılan tədbirlər nəticəsində gənclərin aqrar sahəyə marağını artırıb.

AMAL Akademiyası Qış Məktəbinin iştirakçıları ilə aqrar sahənin inkişafı, gənclərin kənd təsərrüfatının inkişafında rolu barədə fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Səfər çərçivəsində tədbir iştirakçıları Lənkəran rayonunun Bürcəli kəndində AMAL layihəsi çərçivəsində salınmış sitrus meyvə baglarına baxış keçirib, gənc fermerlərlə görüşüblər. Bu meyvə bağı nümunəvi təsərrüfat modeli əsasında salınıb, gənclərin aqrar sahəyə marağının artırılması, AMAL layihəsinin iştirakçılarında peşəkar vərdişlərin formalaşdırılması məqsədi daşıyır.

Daha sonra “Lənkəranda çəltiyin müasir üsullarla istehsalı və emalı” dəyər zənciri layihəsinin təqdimatı keçirilib. Bildirilib ki, aqrobiznes dəyər zəncirlərinin yaradılması Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin aqrobiznesin inkişafı üçün investisiya və məsləhət dəstəyi sub-komponenti çərçivəsində innovativ fəaliyyətlərindən biridir.

Dəyər zənciri çərçivəsində Lənkəran, Astara və Masallı rayonlarından olan, 155 hektar sahəyə malik 11 fermerin “Faran” MMC emal müəssisəsi ilə əməkdaşlığı və onun vasitəsilə məhsulun bazara çıxışı nəzərdə tutulub. Emal müəssisəsinə alınmış müasir avadanlıq xətti sayəsində emal həcmi 8 dəfə artaraq 1 iş növbəsində 1 tondan 8 tona çatdırılıb. Müasir avadanlıq hesabına təmiz düyünün çıxışı 40%-dən 58%-ə çatıb. Qırıq düyünün çıxışı isə 30%-dən 8%-dək azaldılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib və son 2 il ərzində çəltikçilik sahəsinə yerli fermerlərin marağı artıb.Çəltik istehsalı ilə məşğul olan fermerlər bu sahənin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər, onların təklifləri qeydə alınıb. Dəyər zəncirləri layihəsi ölkədə ilk dəfə olaraq müqavilə əsaslı təsərrüfatçılığı həyata keçirir. Bu model emal müəssisəsi ilə müqavilə bağlamış fermerlərin məhsul satışı probleminin tam şəkildə aradan qaldırılmasına əsaslanır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

İnam Kərimov: Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir

İnam Kərimov Fransanın Yeni Akiten regionunun vitse-prezidenti ilə görüşüb

İnam Kərimov: «Bunun yalnız bir adı var - vəhşilik və barbarlıq»

Nazir İnam Kərimov İsmayıllıda vətəndaşları qəbul edib

İnam Kərimov və Xalid Əhədova yeni səlahiyyət verilib

İnam Kərimov: Ötən 2 gündə “Caspian Agro” sərgisini ziyarət edənlərin sayı 9 mini keçib

İnam Kərimov İzmirdə keçirilən toplantıda iştirak edir

İnam Kərimov: Məhsul yığılmamışdan əvvəl biz artıq ilkin müsbət nəticəni görürük

İnam Kərimov: 14 rayonda qadın biznes kollektivi yaradılıb

Nazir İnam Kərimov: Kooperativlərin yaradılmasını ilk gündən dəstəkləmişik

Nazir İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov Fransada səfərdədir

Nazir İnam Kərimov dövlət qulluqçuları ilə görüşüb

Nazir İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

Nazir İnam Kərimov pambıqçılığa həsr olunmuş müşavirə keçirib 

Nazir İnam Kərimov İmişlidə vətəndaşlarla görüşəcək

İnam Kərimov: Yeni zavodlar istifadəyə veriləcək

Nazir İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

İnam Kərimov Salyanda vətəndaşları qəbul edib

31 Mart 2020, 17:10 (GMT +4)
Qazaxıstan Rusiyadan yanacaq idxalına müvəqqəti olaraq qadağa qoyur

31 Mart 2020, 17:00 (GMT +4)
“Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilib

31 Mart 2020, 16:50 (GMT +4)
Lukaşenko prezident seçkilərini təxirə salmaq üçün səbəb olmadığını bildirib

31 Mart 2020, 16:48 (GMT +4)
Bakı metrosu bu gün saat 22.00-dan bağlanacaq

31 Mart 2020, 16:45 (GMT +4)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadılıb

31 Mart 2020, 16:40 (GMT +4)
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:30 (GMT +4)
İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

31 Mart 2020, 16:23 (GMT +4)
Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

31 Mart 2020, 16:20 (GMT +4)
İraqda ABŞ qüvvələrinin olduğu qərargaha iki raket atılıb, havadan müdafiə cavab verib

31 Mart 2020, 16:15 (GMT +4)
BANM nüfuzlu qlobal distant təhsil proqramının lisenziyasını əldə edib

31 Mart 2020, 16:13 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 298-ə çatıb, 5 nəfər vəfat edib

31 Mart 2020, 16:12 (GMT +4)
İndoneziya xaricilər üçün ölkəyə girişi bağlayır

31 Mart 2020, 15:56 (GMT +4)
Rusiyada əcnəbilərin vizası 90 gün müddətinə uzadılacaq

31 Mart 2020, 15:54 (GMT +4)
Prezident İlham Əliyev İqtisadiyyat nazirini qəbul edib

31 Mart 2020, 15:45 (GMT +4)
Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

31 Mart 2020, 15:42 (GMT +4)
Rusiyada son sutka ərzində 500 koronavirusa yoluxma halı qeydə alınıb

31 Mart 2020, 15:42 (GMT +4)
Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

31 Mart 2020, 15:39 (GMT +4)
Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:36 (GMT +4)
Koronavirusa görə İsrail polisi ilə radikal yəhudi qrupları arasında qarşıdurma baş verib (VİDEO)

31 Mart 2020, 15:18 (GMT +4)
Banklar xüsusi rejim dövründə fəaliyyət göstərəcək

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

31 Mart 2020, 14:26 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 44 mini keçib, 2898 ölü var

31 Mart 2020, 14:18 (GMT +4)
Tramp İtaliyaya 100 milyon dollarlıq tibbi yardım göndərəcəyinə söz verib

31 Mart 2020, 13:48 (GMT +4)
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

31 Mart 2020, 13:44 (GMT +4)
Pentaqon ABŞ ordusunda koronavirusdan ilk hadisəsinin qeydə alındığı açıqlayıb

31 Mart 2020, 13:38 (GMT +4)
İran koronavirus görə fövqəladə vəziyyət və sosial təcrid rejimini aprelin 10-a qədər uzadıb

31 Mart 2020, 13:31 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 Mart 2020, 13:13 (GMT +4)
Almaniyada gün ərzində təxminən 130 nəfər koronavirusdan ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66