Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək

27 Fevral 2020, 10:40 (GMT +4)

Bakı, 27 fevral, SalamNews.Fevralın 28-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasına hazırlıq işləri yekunlaşıb və toplantıda 13 ölkənin iştirakı təsdiqlənib.

SalamNews-un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə Energetika naziri Temenujka Petkova iştirak edəcək.

ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı isə Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək.

Bu ilki tədbirdə Serbiyanı Mədən və Energetika naziri Aleksandar Antiç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan təmsil edəcək.

Xorvatiyanın Ətraf Mühitin Mühafizəsi və Energetika nazirinin köməkçisi Domagoy Validziç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet də iştirakçılar sırasındadır.

Tədbir iştirakçıları arasında BP, SGC, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, "Fluxys", İCGB AD, "Transgaz", "SNGN Romgaz SA", "UNİPER Global", "Bulgargaz EAD", SACE, "Plinacro" şirkətləri geniş tərkibdə yer alıb.

Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra iki plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada “Cənub Qaz Dəhlizi”nə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları nəzərdə tutulub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı isə 2019-cu il fevralın 20-də keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Cənub Qaz Dəhlizi haqqında kitab təqdim olunub

Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

Prezident: “Cənub Qaz Dəhlizi layihəsi əsasında əməkdaşlığın nadir formatı yaradılıb”

İlham Əliyev: "Əminəm ki, bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi tam istismara veriləcək"

Azərbaycan Prezidenti: “Əminəm ki, Cənub Qaz Dəhlizi gələn il tam işə düşəcək”

Prezident: "Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır"

İlham Əliyev: Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi layihəsinin gətirəcəyi gəlirlər ədalətli şəkildə bölüşdürüləcək

Nazir: Macarıstan Cənub Qaz Dəhlizi layihəsində iştirakda maraqlıdır

Azərbaycan Prezidenti: Cənub Qaz Dəhlizi istiqamətində davamlı olaraq irəliləmişik və bu gün bu layihənin icrası artıq reallıqdır

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir

Günter Ottinger: “Cənub Qaz Dəhlizi” Aİ üçün strateji vacib layihədir

Nazir: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında iştirakçı ölkələrin sayı artıb 

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı keçirilir (FOTOLAR)

Bakıda Cənub Qaz Dəhlizinin həyata keçirilməsi  müzakirə olunacaq

Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi”nin icrası yekun mərhələyə daxil olub

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyəti açıqlanıb

Macarıstan “Cənub Qaz Dəhlizi" layihəsində iştirak etmək istəyir

Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb etdiyi maliyyə vəsaitləri açıqlanıb

Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi və TANAP-la bağlı BMT baş katibinə məktub ünvanlayıb

24 Oktyabr 2020, 15:54 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

24 Oktyabr 2020, 11:33 (GMT +4)
MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 11:25 (GMT +4)
Ermənistan ordusunun Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə vəfat edib

24 Oktyabr 2020, 11:17 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak olub

24 Oktyabr 2020, 11:14 (GMT +4)
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

24 Oktyabr 2020, 11:12 (GMT +4)
Prezident Qarabağla bağlı gələcək planından danışıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66