Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu gün “Bakı Metropoliteni”nin 6 yaşı tamam olur

27 Fevral 2020, 09:29 (GMT +4)

Bakı, 27 fevral, SalamNews.Bu gün "Bakı Metropoliteni" QSC-nin yaradılmasından 6 il ötür.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla metro istismarçıları və inşaatçıları vahid ailə kimi bir təşkilatda cəm olunublar.

Amma Bakı metropoliteni işçiləri peşə bayramlarını noyabrın 8-də qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi müəyyənləşib.

2015-ci il dekabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olub. 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi» stansiyaları sərnişinlərin istifadəsinə verilib və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatıb.

Dövlət Proqramına görə, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Təkcə 2019-cu ildə qurum 30 vaqon yaxud 6 qatar alıb. Həmçinin ötən ilin oktyabrında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

2019-cu il “Bakı Metropoliteni” tarixində ilk dəfə funksional təlim-tədris mərkəzinin istifadəyə verilməsi ilə də yadda qalıb. Bundan əlavə ötən il metro tarixində ilk dəfə əlil arabası istifadəçilərinə metrodan istifadə etməyə şərait yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürüb

Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət edib (FOTO)

“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

Bakı Metropolitenində Nəsiminin 650 illik yubileyi çərçivəsində sərgi keçiriləcək

Bakının 20 saylı məktəbinin şagirdləri "Bakı Metropoliteni"nin qonağı olub 

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

Bakı metropolitenində baş vermiş qəzadan 24 il ötür

“Bakı Metropoliteni”nin Təlim-Tədris Mərkəzinin yeni binasını açılışı olub

"Bakı Metropoliteni" əhaliyə müraciət edib

“Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir

“Bakı Metropoliteni” QSC-nin səlahiyyəti artırılıb

"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

"Bakı Metropoliteni"nin deposunun elektrik təchizatı sistemi yenidən qurulub

"Bakı Metropoliteni" bir ay ərzində daha iki qatar gətirəcək

Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon ölkəyə gətirilib (FOTOLAR)

Bakı Metropolitenində uşaqlar üçün şənlik keçirilib (FOTO)

“Bakı Metropoliteni” QSC Rusiyadan 10 vaqon gətirəcək

“Bakı Metropoliteni” QSC daha bir sərgi reallaşdırır

ƏƏSMN ilə “Bakı Metropoliteni” QSC arasında Anlaşma Memorandumu imzalanıb

"Bakı Metropoliteni” vətəndaş qəbulu ilə bağlı vaxt məhdudiyyətini aradan qaldırır

28 Mart 2020, 13:40 (GMT +4)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

28 Mart 2020, 13:33 (GMT +4)
İran koronavirusla mübarizə məqsədilə ölkə büdcəsinin 20 faizi miqdarında pul ayırıb

28 Mart 2020, 13:20 (GMT +4)
ABŞ-da koronavirusa yoluxmuşların sayı 100 mini keçib

28 Mart 2020, 13:13 (GMT +4)
Çin Azərbaycana koronavirusla mübarizə üçün yardım təklif edib

28 Mart 2020, 13:02 (GMT +4)
"BakuBus" avtobuslarında sosial məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

28 Mart 2020, 12:45 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

28 Mart 2020, 12:28 (GMT +4)
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

28 Mart 2020, 12:19 (GMT +4)
ABŞ koronavirusla bağlı tələblərə baxmayaraq İranın dondurulmuş hesablarını açmaqdan imtina edib

28 Mart 2020, 12:15 (GMT +4)
Bolsonaru Braziliyada karantinə qarşı kampaniya hazırlayır

28 Mart 2020, 12:11 (GMT +4)
Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

28 Mart 2020, 11:57 (GMT +4)
Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

28 Mart 2020, 11:53 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 Mart 2020, 11:35 (GMT +4)
Ağcabədidə yük avtomobili yanıb

28 Mart 2020, 11:22 (GMT +4)
Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

28 Mart 2020, 11:18 (GMT +4)
ABŞ İraqda «İran» əleyhinə irimiqyaslı hərbi əməliyyat planlaşdırır - KİV

28 Mart 2020, 11:16 (GMT +4)
Bakıda karantin rejimini pozanlar cərimələnir

28 Mart 2020, 11:08 (GMT +4)
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 101 il ötür

28 Mart 2020, 10:54 (GMT +4)
Sabahdan ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək

28 Mart 2020, 10:38 (GMT +4)
Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

28 Mart 2020, 10:35 (GMT +4)
Son 9 ildə ilk dəfə olaraq BƏƏ vəliəhdi Bəşər Əsədə zəng vurub

28 Mart 2020, 10:33 (GMT +4)
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq

28 Mart 2020, 10:20 (GMT +4)
FHN sərhəd məntəqələrində çadırların sayını artırıb

28 Mart 2020, 10:12 (GMT +4)
Türkiyə koronavirusa görə xarici ölkələrlə uçuşlarını dayandırıb

28 Mart 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

28 Mart 2020, 10:00 (GMT +4)
Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

28 Mart 2020, 09:58 (GMT +4)
İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

28 Mart 2020, 09:06 (GMT +4)
Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

27 Mart 2020, 21:09 (GMT +4)
Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib

27 Mart 2020, 21:05 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

27 Mart 2020, 20:10 (GMT +4)
Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66