Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsindən 28 il ötür

26 Fevral 2020, 01:37 (GMT +4)

Bakı, 26 fevral, SalamNews. Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 28 ili tamam olur.

SalamNews-un məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir.

Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib

İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anılıb

“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Xocalı faciəsinin 28-ci ildönümü - İNFOQRAFİKA

Bakıdakı məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

Xocalı dəhşəti - bir gecənin qanla yazılmış tarixi (FOTOLAR)

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Cəlilabadda Xocalı Soyqırımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

Prezident İlham Əliyev Xocalı abidəsini ziyarət edib

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

Məcburi köçkünlər “Xocalı - bu olub” tamaşasına baxıblar

Pakistanın Lahor Universitetində Xocalı qurbanları amılıb

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66