AB koronavirusla mübarizədə maliyyə vəsaitini artıracaq24 Fevral 2020, 14:50 (GMT +4) Bakı, 24 fevral, SalamNews. Avropa İttifaqı COVID-19 virusu epidemiyası ilə mübarizə üçün təxminən 230 milyon avro ayırmaq niyyətindədir. SalamNews TASS-a istinadla xəbər verir ki, bunu Avropa Böhranların İdarə Edilməsi üzrə Komissar Yanez Lenarçiç açıqlayıb.
Onun sözlərinə görə, belə bir böyük maliyyə vəsaiti "koronavirusla mübarizədə qlobal səylərə kömək etmək üçün lazımdır".
Koronavirusun yaratdığı xəstəlik 2019-cu ilin dekabr ayının sonunda qeydə alınıb. Çindən kənarda 30 ölkədə, o cümlədən Rusiyada infeksiyaya yoluxmalar aşkar edilib.
Bu günə qədər 2,6 mindən çox insan koronavirusun qurbanı olub, 80 minə yaxın insan virusa yoluxub.
|