ABŞ prezidenti Hindistanın Əhmədabad şəhərinə gedib24 Fevral 2020, 13:55 (GMT +4) Bakı, 24 fevral, SalamNews. ABŞ prezidenti Donald Tramp iki günlük səfər çərçivəsində Hindistanın ən böyük beş şəhərindən biri olan Əhmədabada gəlib. Bu barədə "Reuters" xəbər verir. SalamNews xəbər verir ki, Trampla birlikdə onun həyat yoldaşı Melaniya, həmçinin ştatların rəsmi nümayəndə heyəti də Əhmədabada gəlib.
"Quartz India"nın verdiyi məlumata görə, ABŞ prezidenti Trampı Hindistanın Baş naziri Narendra Modi müşayiət edəcək.
|