Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"AzerGold" 3 il ərzində ölkə iqtisadiyyatına 400 mln. manata yaxın vəsait cəlb edib

24 Fevral 2020, 12:08 (GMT +4)

Bakı, 24 fevral, SalamNews."AzerGold" QSC ötən il 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib.

SalamNews-un məlumatına görə, bunu "AzerGold"un sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən ildə 2018-ci il ilə müqayisədə qızıl hasilatında 21,3%, gümüş hasilatında isə 33,2% artım qeydə alınıb.

"Ötən ildə 50 min unsiya qızılın istehsalı nəzərdə tutulsa da, ilin yekununda 10,4% artıq olmaqla 55,2 min unsiya qızıl istehsal edilib. Eyni şəkildə, il ərzində 87,4 min unsiya gümüşün istehsalı planlaşdırılıb, halbuki faktiki 17,9% artıq olmaqla 103 min unsiya gümüşün istehsalına nail olmuşuq. Məlumat üçün bildirim ki, 2019-cu ilin hasilat rəqəmləri Çovdar mədəninin fəaliyyəti dövründə qeydə alınan rekord göstəricidir", - deyə Z. İbrahimov qeyd edib.

Sədr onu da əlavə etdi ki, QSC-nin ötənilki ixrac əməliyyatları da çox uğurlu olub. Belə ki, "AzerGold" tərəfindən 2019-cu ildə 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Qızılın satışından 141,9 mln. manat, gümüşün satışından isə 3 mln. manatdan çox gəlir əldə edilib və ümumilikdə ölkə iqtisadiyyatına 145 mln. manat məbləğində vəsait daxil olub. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, qızılın satışında 33%, gümüşün satışında isə 47% artım qeydə alınıb. 2020-ci il üçün isə qızıl və gümüşün satışına dair QSC-nın hədəfi 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür.

"İxraca başladığımız 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızılın ixracını həyata keçirdi. Sevindirici haldır ki, bu göstəriciyə məhz "AzerGold" QSC-nin hesabına nail olunub. Belə ki, ixrac edilən bu həcmin 60,3 min unsiyası Cəmiyyətimiz tərəfindən ixrac edilmişdir. Beləliklə, QSC ölkədə il ərzində ən çox qiymətli metal ixracı həyata keçirən şirkət kimi tarixə düşüb", - deyə Z. İbrahimov bildirib.

O həmçinin əlavə edib ki, ümumilikdə, "AzerGold" QSC 3 il ərzində 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 mln. manata yaxın həcmdə vəsait cəlb edib. Bundan başqa, bu əməliyyatlar nəticəsində ölkə büdcəsində 30,6 mln. manatdan artıq məbləğdə vergi və rüsumlar ödənilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerGold” Çovdar yatağı üzrə resursların ciddi artımına nail olub

“AzerGold” növbəti irihəcmli ixracını həyata keçirib

“AzerGold” QSC və tərəfdaşları ucqar kənd ailələrinə yardım edib

“AzerGold” QSC qanvermə aksiyası keçirib

“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

“AzerGold” və tərəfdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edib

“AzerGold” QSC-də Müşahidə Şurasının növbəti toplantısı keçirilib

“AzerGold” QSC-nin nümayəndələri MATSA mədəni ilə tanış olublar

"AzerGold" ötən il 47 min metrdən çox buruq-qazma işləri aparıb

Zakir İbrahimov: "Dünya bazarlarında qızılın bahalaşması "AzerGold”a əlavə mənfəət gətirəcək"

"AzerGold" gələn il iki sahəni istismara verəcək

BDU tələbələri “AzerGold”-da təcrübə keçəcək

BDU ilə “AzerGold” QSC arasında Əməkdaşlıq Protokolu imzalanıb

“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

INNOLAND və “AzerGold” QSC startapları müəyyənləşdirib

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

“INNOLAND” “AzerGold” ilə birgə Akselerasiya Proqramına başlayıb

01 İyun 2020, 09:03 (GMT +4)
Tramp Ağ Evdə yeraltı sığınacağa aparılıb - New-York Times

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

31 May 2020, 17:12 (GMT +4)
Qüdsdə əl-Əqsa və Mədinədə Peyğəmbər məscidi iki aydan sonra yenidən açılıb (VİDEO)

31 May 2020, 17:11 (GMT +4)
Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

31 May 2020, 17:08 (GMT +4)
Azərbaycanda daha 248 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66