Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək

24 Fevral 2020, 10:40 (GMT +4)

Bakı, 24 fevral, SalamNews.Bununla bağlı xəbər Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan tərəfindən Türkiyənini Antalya şəhərində öz işinə başlamış III Beynəlxalq Etnoidman Forumu çərçivəsində verilib.

SalamNews xəbər verir ki, forum zamanı Beyəlxalq Etno İdman Federasiyasının prezidenti Bilal Ərdoğan, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin Gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Kot-d`İvuar Respublikasının İdman naziri Paulin Claude Danho, Mali Respublikasının Gənclər və idman naziri Arouna Modibo Touré, Pakistan Respublikasının Yerli İcma Koordinasiyası naziri Fehmida Mirza, Fələstin Dövlətinin Ali Məclisinin Gənclər və idman naziri Jibril Rajoub, Samoli Respublikasının Federal Dövlətinin gənclər və idman naziri Khadija Mohamed Diriye, Özbəkistan Respublikasının Bədən Tərbiyəsi və idman naziri Dilmurod Nabiyev, Saxa (Yakutiya) Respublikasının Bədən Tərbiyəsi və idman naziri Innokentiy Grigoriev etno idmanının dünyada daha geniş yayılması və tanıdılmasına dair birgə Bəyanat imzalayıblar .

Forum zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov 2021-ci ildə IV Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın verilməsini ölkəmizin bundan öncəki illərdə bir sıra mühüm idman yarışları və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsi olduğunu qeyd etdi. Etno idmanının inkişafına dair birgə sənədin imzalanmasını çox önəmli addım adlandıran nazir, bundan sonra milli idman növlərinin daha da inkişafına, digər dövlətlərin bu idman növlərinin tanıdılıb, geniş yayılmasına cəlb olunması və ümumilikdə, birgə əməkdaşlığın əhəmiyyətinə yeni imkanlar açacağını vurğulayıb.

Çıxışı zamanı nazir III Beynəlxalq Etnoidman Forumunun xaqların zəngin və çoxəsrlik mədəni irslərinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, milli idman növlərinin inkişafında, daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağını bildirib. Çövkanın 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınmasını Azərbaycanın böyük uğuru adlandırıb.

Məlumat üçün bildirəkl ki, forumda “milli idman və oyunların hökumətlər tərəfindən dəstəklənməsinin əhəmiyyəti”, “dövlət qurumlarının bu sahələrə diqqətinin yönəldilməsi yolları”, “milli idman və oyunlar vasitəsi ilə gənc nəsli gücləndirilməsini təmin etmək və gənclərin vaxtlarının səmərəli keçirməsinə şərait yaratmaq”, “nəsillər və mədəniyyətlər arasında əlaqələrin qurulmasında etnoidmanın rolu”, “milli idman növləri ilə bağlı məlumatların və sənədlərin toplanmasında universitetlərin, federasiyaların və klubların əməkdaşlıqlarının vacibliyi” və sair mövzular müzakirə mərkəzindədir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2020, 10:00 (GMT +4)
Cəbhəyanı ərazilərdə partlamış mərmi qalıqları aşkar olunub

22 Oktyabr 2020, 09:50 (GMT +4)
Çexiya koronavirus səbəbiylə sərt məhdudiyyətlər tətbiq edib

22 Oktyabr 2020, 09:46 (GMT +4)
Müdafiə Nazirliyi: Ermənistan Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

22 Oktyabr 2020, 09:41 (GMT +4)
MN: Düşmən mövqelərimizi atəşə tutur

22 Oktyabr 2020, 09:40 (GMT +4)
Hikmət Hacıyev: “Ermənistan PKK-çıları da orduya cəlb edir”

22 Oktyabr 2020, 09:35 (GMT +4)
İran Ordusunun generalı Qarabağ döyüşləri fonunda Xudafərinə gəlib

22 Oktyabr 2020, 09:28 (GMT +4)
Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

22 Oktyabr 2020, 09:20 (GMT +4)
Fuat Oktay: Bakıdan müraciət gələrsə Türkiyə tərəddüd etmədən qoşun göndərəcək

22 Oktyabr 2020, 09:16 (GMT +4)
ABŞ Sudanın İsraillə əlaqələri tezliklə rəsmiləşdirəcəyinə ümidvar olduğunu bildirib

22 Oktyabr 2020, 09:13 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmənin müdafiə sahəsinə ciddi zərbələr endirilib

22 Oktyabr 2020, 09:10 (GMT +4)
Ermənilərin yüksək rütbəli hərbçiləri məhv edilib

22 Oktyabr 2020, 09:00 (GMT +4)
Cəbhədə son vəziyyət: Düşmən vacib yüksəklik və mövqelərdən geri çəkilib

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66