Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azercell transformasiya ilininin nəticələrini açıqlayıb

21 Fevral 2020, 19:21 (GMT +4)

Bakı, 21 fevral, SalamNews. Ötən il Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edən Azercell Telekom 2019-cu ildə ən son texnoloji yenilikləri ölkəyə gətirməklə yanaşı, 4.5 milyon nəfərdən çox abunəçinin seçimi və 49% bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu.

Artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib. Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib.

2019-cu ildə yenilənmiş brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

İyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi.
Yeni texnoloji imkanları və rəqamsal xidmətləri vətəndaşlara daha yaxşı tanıtmaq üçün Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” layihəsilə ölkənin 26 müxtəlif şəhər və bölgəsinə səfər edərək əhali üçün maarifləndirici və əyləncəli rəqamsal proqramlar təşkil etdi.

Rəqəmsal bağlantı erasına hazırlıq ərəfəsində Azercell yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. “Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.

Cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə Azercell-in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi oldu. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Saniyədə 1.1Gbit-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib.

5G-nin inkişafını sürətləndirmək məqsədilə Azercell ötən ilki Bakutel Telekommunikasiya sərgisi çərçivəsində Ericsson şirkəti ilə Azərbaycanda strateji tərəfdaşlığa başlanılması ilə bağlı Anlaşma Memorandumu imzaladı.

Abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərib. Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 558 mindən artıq, Ön masa ofislərində 1 milyon 48 mindən artıq, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 106 mindən artıq, Sosial Media vasitəsilə 58 min-dən artıq abunəçiyə xidmət göstərilib.

Ötən il Azercell xaricə səyahət edən abunəçiləri üçün sərfəli internet xidmətini təklif edib. Aylıq və Günlük Rominq İnternet Paketləri ölkə hüdudlarından kənarda olan hər bir Azercell abunəçisi üçün mobil interneti daha əlçatan və rahat edib.
Müştərilərin rahat şəkildə yaxınları ilə ünsiyyət saxlamaları üçün Azercell Aylıq İnternet Paketlərində Whatsapp əlavəsində pulsuz yazışma imkanı yaratdı. 2019-cu ildə təqdim olunmuş müxtəlif həcmli yeni Sərbəst tarifi isə özündə həm danışıq, həm internet paketi, həm də limitsiz yazışma imkanlarını birləşdirərək abunəçilər arasında böyük populyarlıq qazandı.

Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim etdi. Bundan əlavə, nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırıldı və nömrələrin satışı mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirildi.

Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək Azercell ötən ildə əyləncə və səmərəli istifadə üçün ivi, Zvuk, Azercell Kids və Bookmate mobil tətbiqlərini Azercell+ xidmətləri çətirinin altında birləşdirdi.

Eyni zamanda, korporativ abunəçilərin istifadəsinə daimi ünsiyyət üçün olduqca rahat “Biznesim Sosial Şəbəkələr” internet paketlərini verməklə Azercell ölkəmizdə iri/orta və kiçik sahibkarlığın inkişafına öz töhfəsini qatmş oldu.

Azercell-in təqdim etdiyi müxtəlif yeniliklər və sərfəli tariflər nəticəsində, hazırda Azercell abunəçilərinin 58.6%-i smartfon istifadəçiləridir.

Rəqəmsallığı, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasında əks etdirən Azercell təhsilin inkişafı, gənclərin inkişafı, uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslərini davam etdirdi. Yay aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsi çərçivəsində şirkət nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, həmçinin, uşaq evləri, internat məktəbləri, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr payladılar, onlar üçün Azercell Mobil Diş və Mobil Gös klinakalarında pulsuz müayinələr təşkil etdilər.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən Azercell-in Mobil Göz klinikasında da ötən il ərzində Bakı və bölgələrdən 901 nəfər pulsuz göz müayinəsindən keçib. 10 il ərzində kimsəsiz uşaqlara, sosial qayğıya ehtiyacı olan vətəndaşlara xidmət edən Mobil Diş Klinikasında isə son il ərzində 547 pulsuz diş müayinəsi və müalicəsi olub.

Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən Azercell onların rəqamsal mühitdə qorunmasına xüsusi diqqət yetirir. Ötən il ərzində şirkət “Rəqamsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində uşaqlar, valideyinlər və müəllimlər üçün xüsusi təlimlər təşkil etdi.
Azercell Azərbaycanda ilk dəfə olaraq Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, internetdən təhlükəsiz istifadə mövzuları ətrafında təşkil olunan layihələrdə fəal iştirak edib. 2019-cu il ərzində 588 şagird, 76 valideyn, 78 müəllim kibertəhlükəsizlik təlimlərindən yararlanmışdır. Layihə başlandığı zamandan indiyə qədər isə ümumilikdə 1250 şagird, 219 valideyn, 178 müəllim təlimlərdə iştirak edib.

Azercell-in himayəsi altında 2010-cu ildən etibarən fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidmətinə ötən il 3424, 10 il ərzində isə 33 minə yaxın müraciət daxil olub.

Azercell-in dəstəyilə keçirilən 5-ci Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə apardı.

Azercell-in “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “ 2019 Nəsimi ili”nə böyük töhfəsi oldu. Layihədə ökənin mədəniyyət xadimləri ilə yanaşı, respublikada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək, Azercell-in video çarxında Nəsiminin qəzəllərini müxtəlif dillərdə səsləndirdilər.

Ölkədə informasiya texnologiyalarına olan marağı yüksəltmək məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdi.

Güclü və işinə həvəsli İnsan Kapitalına xüsusi önəm verən Azercell Telekom 2019-cu il ərzində əməkdaşlarının inkişafına 973 min ABŞ dollarından artıq vəsait xərcləmişdir. Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanmış, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilmişdir.

Təbii haldır ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də Azercell-ə nüfuzlu mükafatlar qazandırdı. ABŞ-ın prestijli biznes mükafatı olan «Stevie» mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq gördü.

Azercell-in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçildi və Azercell Azərbaycan İnnovasiya Müküfatına layiq görüldü.

Day.az media portalının «İnsanların Seçimi» müküfatının «İlin ən yaxşı mobil operatoru» nominasiyasının qalibi də Azercell Telekom seçildi.

Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell ən son texnoloji yeniliklərin və innovativ həlllərin ölkədə tətbiqinə davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

“Azercell” 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir

“Azercell”in “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək mümkündür

“Azercell” bütün ölkə üzrə abunəçilərinin yüksəksürətli mobil internetə olan ehtiyacını ödəməyə hazırdır

Azercell 5728 aztəminatlı ailəyə dəstək olub

“Azercell” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ayırıb

Azercell abunəçilərini yeni təklifi ilə sevindirəcək

Azercell-dən rominqdə olan abunəçilərinə 50 manat pul yükləyib

Azercell koronavirus infeksiyası ilə bağlı xüsusi iş rejimi elan edib

“Azercell” ötən ili necə başa vurub?

“Azercell”lə mobil musiqi limitsiz olub

Azercell-dən Novruz hədiyyələri davam edir

Azercell idmançı qadınların simasında bütün xanımları təbrik edib

“Azercell”in prezidentinə ağır itki üz verib

“Azercell” gənclərə növbəti iş imkanı yardıb

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azercell fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir

Vahid Mürsəliyev: Bütün yeniliklər Azercell abunəçiləri üçün əlçatan olmalıdır

Azercell ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

28 Mart 2020, 15:46 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Yeni klinika”nın açılışında iştirak edib (FOTOLAR)

28 Mart 2020, 15:36 (GMT +4)
Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

28 Mart 2020, 15:29 (GMT +4)
ABŞ Suriya-İordaniya sərhədində koronavirus adı ilə silahlı birləşmələrə hərbi yardım göndərir – Rusiya

28 Mart 2020, 15:16 (GMT +4)
SOCAR prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub

28 Mart 2020, 15:02 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 1.7 milyon dollar ayırıb

28 Mart 2020, 14:58 (GMT +4)
Sabah Bakıda 17 dərəcə isti gözlənilir

28 Mart 2020, 14:45 (GMT +4)
Azay Quliyev QHT-lərə və tərəfdaş qurumlara müraciət edib

28 Mart 2020, 14:38 (GMT +4)
AB-nin fəaliyyətsizliyi İtaliyanı qəzəbləndirir

28 Mart 2020, 14:32 (GMT +4)
Ailə TV tibb işçilərini təmənnasız TV və İnternetlə təmin edəcək

28 Mart 2020, 14:27 (GMT +4)
Gənclər Fondu Prezidentin təşəbbüsünə qoşulub

28 Mart 2020, 14:26 (GMT +4)
İranda 35 min koronavirus xəstəsindən 11, 679-u sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66