Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTOLAR)

22 Fevral 2020, 12:04 (GMT +4)

Bakı, 22 fevral,SalamNews.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fevralın 21-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Komitədən SalamNews-a bildiriblər ki, əvvəlcə Dövlət Komitəsinin və Xocalı Rayon İcra Hakimiyyətinin rəhbərləri, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər Xocalı abidəsini ziyarət ediblər.

Sonra qəsəbədəki Mədəniyyət Evində anım tədbiri keçirilib.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritdiyi, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutduğu həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimizin, o cümlədən 106 qadının, 63 uşaq və 70 qocanın həlak olduğu, 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qaldığı xatırladılıb.

Həmçinin o zamankı iqtidarın öz konstitusion vəzifələrinin icrasına cinayətkar laqeydliyinin, ardı-arası kəsilməyən siyasi çəkişmələrin, respublikada yaranmış anarxiya və başıpozuqluğun bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratdığı qeyd edilib.
Bildirilib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması barədə qərar, 1995-ci ildə dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib.

Bu gün Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verildiyi, dünyanın bir sıra ölkələrinin, beynəlxalq təşkilatların, habelə ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanının Ermənistanı işğalçı dövlət kimi tanıdığı vurğulanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyasının bütün dünyanı əhatə etdiyi qeyd olunub.

Bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi zamanı Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdiyi, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığı vurğulanıb.

“Dünyada nüfuzu durmadan artan Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək gücündədir və bunu mütləq edəcəkdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinin işğaldan azad olunan torpaqlarımızda yad ediləcəyi gün uzaqda deyildir”, - deyə Komitə sədri bildirib.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxış edərək, soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, rayon sakinlərinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib.

Daha sonra çıxış üçün söz Xocalıda hər iki valideynini itirmiş şəxslərə və faciə zamanı həyatını itirmiş şəhidlərin ailə üzvlərinə verilib. Onlar da bu faciə ilə heç bir zaman barışmayacaqlarını, bu soyqırımın bütün dünyaya çatdırılması istiqamətində işlər aparacaqlarını diqqətə çatdırıblar.

Tədbirin sonunda “Qırmızı nitq” filmi nümayiş edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən məktəbin ibtidai siniflərində təhsil alan şagirdlərə 110 gödəkçə, aztəminatlı ailələrdən olan məcburi köçkünlərə 80 kostyum, 60 palto və 110 yataq dəsti paylanılıb.

Bundan sonra isə Xocalı soyqırımı zamanı həlak olanlar üçün ehsan süfrəsi təşkil olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İstanbulda Xocalı Soyqırımının ildönümnə həsr olunmuş panel təşkil edilib

Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

“Azərsun” Xocalı soyqırımı qurbanlarını silsilə tədbirlərlə anıb

Bakıdakı məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Cəlilabadda Xocalı Soyqırımına həsr olunmuş Quran gecəsi keçirilib (FOTOLAR)

İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

İstanbulda Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçirilib

İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bağlanacaq küçələr açıqlanıb

Siyəzən polis şöbəsində Xocalı soyqırımının anım mərasimi keçirilib

Leyla Həsənova: Hər kəs Xocalı soyqırımını təbliğ etməlidir

Dövlət Reklam Agentliyində Xocalı soyqırımı anılıb 

Bosniya və Herseqovinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

"Yeni Üfüq” Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirib

PA rəhbəri Xocalı soyqırımının ildönümünün keçirilməsinə dair tədbirlər planını təsdiq edib

09 Aprel 2020, 18:01 (GMT +4)
DİN növbəti dəfə vətəndaşlara müraciət edib

09 Aprel 2020, 17:47 (GMT +4)
Fransada karantini pozduğuna görə 570 mindən çox insanı cərimələnib

09 Aprel 2020, 17:36 (GMT +4)
DYP karantin rejimində avtomobillərə verilən etibarnamələrin müddətinə dair məlumat yayıb

09 Aprel 2020, 17:23 (GMT +4)
BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib

09 Aprel 2020, 17:18 (GMT +4)
Peşə təhsili üzrə teledərsin sabaha olan cədvəli açıqlanıb

09 Aprel 2020, 17:12 (GMT +4)
Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

09 Aprel 2020, 17:07 (GMT +4)
“Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb

09 Aprel 2020, 17:01 (GMT +4)
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi növbəti aksiya keçirib

09 Aprel 2020, 16:57 (GMT +4)
Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib

09 Aprel 2020, 16:50 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb

09 Aprel 2020, 16:35 (GMT +4)
Agentlik: Qohum dəfninə icazə alaraq başqa məqsəd üçün evdən çıxanlar var

09 Aprel 2020, 16:32 (GMT +4)
Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib

09 Aprel 2020, 16:26 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-ya çatıb

09 Aprel 2020, 16:24 (GMT +4)
Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

09 Aprel 2020, 16:21 (GMT +4)
ABŞ ÜST-ün maliyyələşdirilməsinin həcmi məsələsinə yenidən baxır

09 Aprel 2020, 16:14 (GMT +4)
Çaylarda yaz-yay gursululuq dövründə gözlənilən sululuq açıqlanıb

09 Aprel 2020, 15:52 (GMT +4)
Pakistan Hindistanla sərhəddə qarşı tərəfin bir PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 15:44 (GMT +4)
Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlanıb

09 Aprel 2020, 15:41 (GMT +4)
CNN: Berni Sanders ABŞ prezidentliyinə namizədlikdən vaz keçib

09 Aprel 2020, 15:17 (GMT +4)
Tramp: Ölkə koronavirusla bağlı vəziyyətin normala dönməyə başladığı ana yaxınlaşıb

09 Aprel 2020, 15:01 (GMT +4)
Nazirlik: Daha üç rayon üzrə pensiyalar hesablara köçürülüb

09 Aprel 2020, 14:48 (GMT +4)
AB üzv ölkələrə Şengen bölgəsinə giriş qadağalarını uzatmağa çağırıb

09 Aprel 2020, 14:48 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 4 mini keçib

09 Aprel 2020, 14:31 (GMT +4)
“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:22 (GMT +4)
Nuran Abdullayev: Hər bir Azərbaycan vətəndaşı virusla mübarizədə dəstək olmalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66