Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb

21 Fevral 2020, 15:21 (GMT +4)

Bakı, 21 fevral, SalamNews. "Bakı Metropoliteni" QSC-də Çində yayılan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə başlanılıb.

SalamNews-un məlumatına görə, “Bakı Metropoliteni”nin mətbuat xidməti vəzifəsini Bəxtiyar Məmmədov bildirib ki, tədbirlər insanların daha çox təmasda olduğu stansiya və qatarlarda aparılacaq.

Onun sözlərinə görə, sərnişin axınının intensivliyi, sıxlığı, müntəzəm təmas şəraiti, təbii ventilyasiyanın qeyri-intensivliyi, günəş şüalarının daxil olmaması metropolitendə ehtiyat tədbirlərinin gücləndirilməsini tələb edir: "Bu məqsədlə "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Ardıcıl tədbirlərə bu gündən "Nərimanov" elektrik deposunda qatarlarda başlanılıb. İş gününün qrafikinə uyğun olaraq bütün vaqonlar mərhələli şəkildə tam həcmdə dezinfeksiya olunacaq. Bu tədbirlər stansiyalarda gecə növbəsində təşkil ediləcək. İşlər hər bir stansiyada, ayda iki dəfə olmaqla, keçidlərdə, vestibüllərdə, platformalarda və yollarda görüləcək. Qatarlarda və stansiyalarda görüləcək tədbirlərin də qrafiki artıq müəyyən olunub".

B. Məmmədov qeyd edib ki, bundan savayı, sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənəcək: "İctimaiyyətin tam məlumatlı olması üçün onu da qeyd edək ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək".

Bəxtiyar Məmmədov həmçinin qeyd edib ki, "Bakı Metropoliteni" QSC sərnişinlərini metropolitendə sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə, bu məsələlərdə fəal mövqe tutmağa dəvət edir: "Stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və s. bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmaması, yapışdırılmaması və digər bu kimi hallara yol verilməməsi mühüm əhəmiyyət kəsb edir. Unutmayaq ki, xəstəliklərin yayılmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi, metropolitendə təmizliyin qorunması, ilk növbədə, hər bir sərnişinin sağlamlığı baxımından çox vacibdir". Bəxtiyar Məmmədov əlavə edib ki, ölkəmiz üçün sosial əhəmiyyəti nəzərə alınaraq, koronavirusla bağlı "Bakı Metropoliteni" QSC-nin fəal ictimai mövqe tutması əsassız deyil. Çünki metro paytaxtın əsas ictimai nəqliyyat növlərindən biridir: "Bu səbəbdən yaxın günlərdə sərnişinlərin müfəssəl məlumat əldə etməsi və maariflənməsi, təbliğatın daha geniş kütlə arasında yayılması məqsədilə koronavirusla bağlı daha bir mühüm korporativ sosial məsuliyyət proqramı reallaşdırılacaq". Virusla bağlı səngimə olana qədər profilaktik tədbirlər davamlı şəkildə aparılacaq.

"Bakı Metropoliteni" QSC-nin Sağlamlıq, əməyin təşkili və ətraf mühitin mühafizəsi şöbəsinin gigiyena üzrə həkimi Gülər Hümbətova deyib ki, Bakı metropolitenində sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir: "Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar və tikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinseksiya, deratizasiya və profilaktik məqsədlə dezinfeksiya tədbirləri müntəzəm surətdə həyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqi aparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır".

Onun sözlərinə görə, bu tədbirlər zamanı yeraltı şəraitdə istifadəsi məqsədəuyğun hesab olunan dərman vasitələrdən istifadə olunur: "Dərman maddələrinin insan orqanizminə və ətraf mühitə zərərli təsirinin olmamasına xüsusilə diqqət yetirilir. Əlavə olaraq, müvafiq laboratoriya ən müasir ölçmə cihazları vasitəsilə stansiya, tunel və qatarlarda, həmçinin xidməti otaqlarda mikroiqlim şəraitini gündəlik qrafik əsasında yoxlayır. Bütün tədbirlər metropoliten işçilərinin normal fəaliyyət göstərmələri üçün sanitar-gigiyenik normalara uyğun sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasını təmin etməklə bərabər, metrodan istifadə edən paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının da rahat şəkildə daşınmasına xidmət edir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Mart 2020, 11:57 (GMT +4)
Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

28 Mart 2020, 11:53 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 Mart 2020, 11:35 (GMT +4)
Ağcabədidə yük avtomobili yanıb

28 Mart 2020, 11:22 (GMT +4)
Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

28 Mart 2020, 11:18 (GMT +4)
ABŞ İraqda «İran» əleyhinə irimiqyaslı hərbi əməliyyat planlaşdırır - KİV

28 Mart 2020, 11:16 (GMT +4)
Bakıda karantin rejimini pozanlar cərimələnir

28 Mart 2020, 11:08 (GMT +4)
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 101 il ötür

28 Mart 2020, 10:54 (GMT +4)
Sabahdan ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək

28 Mart 2020, 10:38 (GMT +4)
Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

28 Mart 2020, 10:35 (GMT +4)
Son 9 ildə ilk dəfə olaraq BƏƏ vəliəhdi Bəşər Əsədə zəng vurub

28 Mart 2020, 10:33 (GMT +4)
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq

28 Mart 2020, 10:20 (GMT +4)
FHN sərhəd məntəqələrində çadırların sayını artırıb

28 Mart 2020, 10:12 (GMT +4)
Türkiyə koronavirusa görə xarici ölkələrlə uçuşlarını dayandırıb

28 Mart 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

28 Mart 2020, 10:00 (GMT +4)
Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

28 Mart 2020, 09:58 (GMT +4)
İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

28 Mart 2020, 09:06 (GMT +4)
Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

27 Mart 2020, 21:09 (GMT +4)
Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib

27 Mart 2020, 21:05 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

27 Mart 2020, 20:10 (GMT +4)
Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

27 Mart 2020, 20:00 (GMT +4)
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

27 Mart 2020, 19:43 (GMT +4)
Nar pandemiya ilə əlaqədar mobil tətbiqindən yararlanmağa çağırıb

27 Mart 2020, 19:21 (GMT +4)
“İrəli” karantin müddətini “Rəqəmsal ay” elan edib

27 Mart 2020, 19:07 (GMT +4)
"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

27 Mart 2020, 19:00 (GMT +4)
Təhsil Nazirliyinin #birteshekkur adlı onlayn fləşmobu davam edir

27 Mart 2020, 18:55 (GMT +4)
Azercell koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb

27 Mart 2020, 18:49 (GMT +4)
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxub

27 Mart 2020, 18:41 (GMT +4)
Musiqi məktəbləri dərsləri internet üzərindən davam etdirir

27 Mart 2020, 18:20 (GMT +4)
Baş İdarə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

27 Mart 2020, 18:00 (GMT +4)
Prezident İlham Əliyev Rauf Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66