Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DİM kolleclərə tələbə qəbulu elan edib

21 Fevral 2020, 17:39 (GMT +4)

Bakı, 21 fevral, SalamNews.Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzdən SalamNews-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin aşağıdakı xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2020-ci il martın 29-da və iyulun 5-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər.

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdikdən (etdirdikdən) sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan dili (dövlət dili kimi) fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə fənn kurikulumu əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan iki dəfə - mayın 3-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, mayın 31-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2019-cu ildə həmin imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Azərbaycan Respublikasının tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin buraxılış imtahanı çərçivəsində verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanından nisbi balı ən azı 50 olduğu halda, onların həmin nəticələri əsas götürülür və “məqbul” almış hesab olunurlar. Həmin imtahan üzrə nisbi balı 50-dən az olan abituriyentlər isə “qeyri-məqbul” almış hesab olunurlar və Azərbaycan dili (dövlət dili kimi) fənnindən yenidən imtahan verirlər. Bu halda abituriyentlər imtahanda iştirak etmək üçün müvafiq qaydada ödəniş edirlər.

İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər buraxılırlar.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev: Paşinyana dedim ki, sənin 7 şərtini zibil yeşiyinə atıram

Prezident İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib

Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı uşağa yardım ayırıb

Rusiya Şuşa və Xankəndinə humanitar yardım göndərib (VİDEO)

ABŞ İranın Sosial yardım fonduna da sanksiya tətbiq edib

Azərbaycan XİN Vladimir Putinin Dağlıq Qarabağla bağlı fikirlərinə münasibət bildirib

Azərbaycana hərbçi göndərilməsi ilə bağlı layihə TBMM-yə təqdim olunub

Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi ev təqdim edilib

Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın istənilən addımını dəstəkləyəcək

Co Bayden Trampın məğlubiyyətini etiraf etməməsini utancverici addım adlandırıb

İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Xaricdəki aztəminatlı azərbaycanlılara sosial yardım ediləcək

İranın Qum şəhərində təhsil alan tələbələr ordumuza yardım sovqatı göndəriblər

Paşinyan yardım göstərilməsi ilə bağlı Putindən məsləhətləşmələr aparılmasını istəyib

İlham Əliyev İzmirə görə Ərdoğana zəng edib:"Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

Təhsil naziri: Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib

“Qarabağı bərpa etməyə cümlə hazırız” videoçarxı təqdim edilib (VİDEO)

26 Noyabr 2020, 13:00 (GMT +4)
Efiopiya hökuməti ölkənin şimalında separatçılara qarşı irimiqyaslı hücum əmri verib

26 Noyabr 2020, 13:00 (GMT +4)
Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə müraciət edib

26 Noyabr 2020, 12:45 (GMT +4)
Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub

26 Noyabr 2020, 12:44 (GMT +4)
Gürcüstanda 3 801 yeni koronavirusa yoluxma aşkar edilib 

26 Noyabr 2020, 12:30 (GMT +4)
Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

26 Noyabr 2020, 12:15 (GMT +4)
İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26 Noyabr 2020, 12:08 (GMT +4)
Türkiyə XİN Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsinə münasibət bildirib

26 Noyabr 2020, 12:00 (GMT +4)
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

26 Noyabr 2020, 11:50 (GMT +4)
Livanlı məzunlar Azərbaycan prezidenti və xalqını təbrik ediblər

26 Noyabr 2020, 11:48 (GMT +4)
Biden XXI əsrin "Amerika əsri" olacağına inanır

26 Noyabr 2020, 11:45 (GMT +4)
Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərir

26 Noyabr 2020, 11:30 (GMT +4)
Beyləqanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

26 Noyabr 2020, 11:24 (GMT +4)
Dünyada COVID-19-dan sağalanların sayı 42 milyonu keçib

26 Noyabr 2020, 11:15 (GMT +4)
Şamaxıda COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb

26 Noyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti bahalaşmaqda davam edir

26 Noyabr 2020, 10:45 (GMT +4)
AMB: Azərbaycan manatının effektiv məzənnələri artıb

26 Noyabr 2020, 10:41 (GMT +4)
Fransada məhkəmə polis zorakılığında hökuməti təqsirləndirib

26 Noyabr 2020, 10:31 (GMT +4)
Səudiyyə Ərəbistanı sahilində bir neft tankeri partlayışa məruz qalıb

26 Noyabr 2020, 10:30 (GMT +4)
AFFA türkiyəli futbolçular üçün TFF ilə danışıqlar aparır

26 Noyabr 2020, 10:15 (GMT +4)
Cəbhəyanı ərazilərdə onlarla tank və piyada əleyhinə mina, bombacıqlar aşkarlanıb

26 Noyabr 2020, 10:00 (GMT +4)
Azərbaycan XİN: Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur

26 Noyabr 2020, 09:49 (GMT +4)
İran bir İsrail «cəsusu» qarşılığında üç vətəndaşını azad etdiyini bildirib

26 Noyabr 2020, 09:47 (GMT +4)
Maradonnanın oğlu reanimasiyaya düşüb

26 Noyabr 2020, 09:45 (GMT +4)
Bu gün Milli Məclisin iclası keçiriləcək

26 Noyabr 2020, 09:30 (GMT +4)
Xocavənd rayonunun Tsakuri kəndi Hünərli kəndi adlandırılıb

26 Noyabr 2020, 09:18 (GMT +4)
Tramp seçkilərdə qazandığını açıqlayıb

26 Noyabr 2020, 09:15 (GMT +4)
Hikmət Hacıyev: Fransa Senatının qətnaməsi kağız parçasından başqa bir şey deyil

26 Noyabr 2020, 09:00 (GMT +4)
MN işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb (VİDEO)

26 Noyabr 2020, 08:50 (GMT +4)
Azərbaycanın xarici işlər naziri iranlı həmkarına təşəkkür edib

25 Noyabr 2020, 22:17 (GMT +4)
Fransa Senatı “Dağlıq Qarabağ”ı tanımağa çağıran qərarı qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66