Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb

20 Fevral 2020, 17:47 (GMT +4)

Bakı, 20 fevral, SalamNews. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlardan biri kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılır.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

SalamNews xəbər verir ki, bu barədə Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.

Məlumata görə, Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir.

Bu tədbirlərlə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun Kollecin direktor müavini İlqar Dursunovun vasitəsilə tələbələrin qış imtahan sessiyasından müvəffəqiyyətlə keçməsi, dərslərdə iştirak etməyənlərin davamiyyətinin nizama salınması, tələbələrin aylıq pul müqabilində dərslərdən buraxılması, digər təhsil müəssisələrindən köçürülməsi və sair hallarla bağlı kütləvi şəkildə rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun xidməti otaqlarında məhkəmə qərarı ilə axtarış aparılmış, Kollecin tələbələrinə məxsus tələbə biletləri və diplomlar, tələbələrdən alınmış müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair qeydlər və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı toplanmış ilkin sübutlarla Xaləddin Ələkbərovun və İlqar Dursunovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları Kollec tələbələrinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Təhsil Nazirliyi bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə məlumat vermələrini xahiş edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

05 Aprel 2020, 22:12 (GMT +4)
Qeyri-ciddi SMS-lər göndərənlər barədə ciddi məsuliyyət tədbirləri görüləcək

05 Aprel 2020, 19:37 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat edib

05 Aprel 2020, 18:14 (GMT +4)
Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 17:21 (GMT +4)
Azərbaycanda yarım milyona yaxın insan evdən çıxmaq üçün SMS göndərib

05 Aprel 2020, 15:31 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 584-ə çatıb

05 Aprel 2020, 15:24 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 63 nəfərdə koronavirus aşkarlanıb

05 Aprel 2020, 15:15 (GMT +4)
Elvin Abbasov: İT şirkətlərinin əməkdaşlarına hərəkət məhdudiyyəti qoyulmamalıdır

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66