Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Gömrük Komitəsi yararsız məhsulları yandıraraq məhv edib

21 Fevral 2020, 10:53 (GMT +4)

Bakı, 21 fevral, SalamNews. Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a bildirilib ki, ümumilikdə 263 min 29 ədəd fişəng və pirotexniki vasitə, 47 min 322 ədəd müxtəlif adda dərman preparatı, 59 ədəd yararsız müxtəlif markalı telefon və aksesuarları, 5077 litr alkoqollu və kustar üsulla 4742 ədəd sərinləşdirici içki, 5255 kiloqram ərzaq və qeyri-ərzaq məhsulları, 3070 kiloqram yuyucu vasitə, 2167 kiloqram müxtəlif növ məişət malları məhv edilib.

Məhv edilən mallar fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul olunan və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda, istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalara aiddir. Məhv edilən mallar arasında Ermənistan istehsalı olan 324 ədəd suvenir, 40 qutu siqaret və 18 litr müxtəlif növ spirtli içkilər də olub. Müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən, məhvetmə prosesinə cəlb olunan mallar Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda DGK-nın müvafiq qurumlarının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejimində çalışacaq

Prezident Dövlət Gömrük Komitəsinə 4 milyon manat ayırıb

Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı aztəminatlı ailələrə yardım ediblər

DTX Gömrük Komitəsinin vəzifəli əməkdaşlarını həbs edib

Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Gömrük Komitəsinin sədri: Zərgərlər üçün HUB yaratmaq istəyirik

Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib (SİYAHI)

Dövlət Gömrük Komitəsinin Akademiyasını 8 yaşını qeyd edir

Gömrük Komitəsində Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib

Gömrük Komitəsi şirkəti cərimələyib

Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsi jurnalistlər üçün növbəti təlim təşkil edib (FOTOLAR)

Gömrük Komitəsinin ləğv olunması ilə bağlı yayılan məlumatlara rəsmi aydınlıq gətirilib

Dövlət Gömrük Komitəsi Çin şirkəti ilə əməkdaşlığa başlayır

Sərhəd Xidmətinin və Gömrük Komitəsinin rəhbərləri "Qırmızı körpü" sərhəd-keçid məntəqəsindəki vəziyyətlə tanış olublar

Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti İtaliyada səfərdədir

Gömrük Komitəsinin rəhbərliyi Masallı, Yardımlı və Lerikdə vətəndaşları qəbul edəcək

Gömrük Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib (FOTO)

Dövlət Gömrük Komitəsinin sədri Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66