Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib

20 Fevral 2020, 14:43 (GMT +4)

Bakı, 20 fevral, SalamNews. Azərbaycanda, bütövlükdə dünyada kənd təsərrüfatı və ərzaq sistemləri bu gün sektorun gələcəyinə təsir edən böyük dəyişikliklərlə üzləşir.

Aqrobiznes şirkətləri və qloballaşdırılmış tədarük zəncirləri kənd təsərrüfatını dəyişdirərkən, iqlim dəyişikliyinin nəticəsi kimi yeni meyllər formalaşır, təbii ehtiyatlar bazası tükənir, qeyri-sabit bazar dinamikası, qloballaşan ticarət, iqtisadiyyatın sürətli rəqəmsallaşdırılması təşəbbüsləri yeni risklər və imkanlar yaradır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçılarının ehtiyacları və maraqları dəyişir, qida və kənd təsərrüfatı istehsalında innovasiya proseslərinin tətbiqi tələb olunur. Belə şəraitdə aqrar məsləhət xidmətləri yeni yaranan çətinliklərin həllində ən yaxşı dəstəyi göstərmək və bu sahədəki imkanlardan faydalanmaq üçün yeni bir rol oynamaq potensialına malikdir. Aqrar xidmətlərinin əsas funksiyaları, alətləri, yanaşmaları, bu rolu yerinə yetirmək üçün hərtərəfli yenidən nəzərdən keçirilməli və yenidən qurulmalı və kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi üçün əsas sektorlardan biri kimi müəyyənləşdirilməlidir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas strateji prioritetlərinə uyğundur və ekoloji cəhətdən təmiz, effektiv və məhsuldar kənd təsərrüfatı istehsalı sisteminin qurulmasına xüsusi diqqət yetirir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək sözügedən iki illik layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı və davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi istiqamətində dəstək olmağı nəzərdə tutur. Bununla yanaşı, layihə çərçivəsində təlim, forum və platformaların təşkili Məsləhət Xidmətləri sahəsində potensialın inkişafına öz töhfəsini verəcək və kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Strateji Yol Xəritəsi” ndə müəyyən edilmiş strateji hədəflərinə (strateji hədəf 5, prioritetlər 5.1 və 5.3) və 2020, 2025, 2030-cu illərə dair hökumətin strateji prioritetlərinə nail olmağa töhfə verəcək.

Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov deyib ki, ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı şəkildə inkişaf etməkdədir: “Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir. Bu xidmətlərin vahid pəncərə prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəməyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcəkdir. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası, dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, cənab səfir Kestutis Jankauskas bildirib ki, layihənin icrasında məqsəd davamlı kənd təsərrüfatı sahəsində aqrar sektorun inkişaf etdirilməsi istiqamətində Azərbaycan həyata keçirdiyi siyasət yaxından köməklik etməkdir. Bu layihə Avropa İttifaqının ətraf mühit və iqlimə uyğun kənd təsərrüfatı təcrübələrini təbliğinə və həyata keçirilməsinə imkan verəcək. Cənab Jankauskas bildirib ki, Azərbaycan effektiv məsləhət sistemi üçün konkret həll yolu axtararkən digər ölkələrin təcrübələrindən, o cümlədən Aİ ölkələrinin aqrar məsləhət xidmətləri sahəsindəki təcrübələrindən faydalana bilər.

FAO-nun Baş qərargahının Aparıcı Texniki Mütəxəssisi xanım Nevena Aleksandrova isə qeyd edib ki, əsas məqsəd Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır. Nevena Aleksandrova vurğulayıb ki, kənd təsərrüfatında məsləhət xidmətlərinin keyfiyyətə nəzarəti təmin edən effektiv bir sistemə çevrilməsi vacibdir. Sözügedən layihə aqrar məsləhət xidmətlərinin rəqəmsallaşdırılması, bilik və bacarıqların artırılması üçün ölkə daxilində məsləhətçilər şəbəkəsini yaratmaqla məlumatları tənzimləyən mexanizmləri inkişaf etdirir.

Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın rəhbərliyi ilə həyata keçiriləcək. Xanım Çakmak bu layihənin fermerlər və kənd əhalisi üçün əhəmiyyətini vurğulayaraq məlumat və məsləhət xidmətlərinin vacibliyini önə çəkib. O, layihənin kənd yerlərində kiçik sahibkarlara, qadınlara və gənclərin informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aqrar Kredit və İnkişaf Agentliyi 11 ayda 65 milyon manat kredit verib

Bu il AKİA xətti ilə verilən aqrar kredit və güzəştlərdən 5623 fermer və sahibkar yararlanıb

Nazirlər Kabineti aqrar sığorta qaydalarını açıqlayıb

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

Aqrar sığorta ekspertləri üçün imtahanlar başlayır

Aqrar sektoru tam əhatə edəcək yeni televiziya kanalı açılıb

Aqrar Sığorta Fondu İsmayıllıda fermerlərlə görüşüb

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara üçtərəfli dəstək verilir

Azərbaycanda ilk dəfə Aqrar Sığorta Şirkəti yaradılıb

Azərbaycanda Müştərək Aqrar Sığorta Şirkəti yaradılır

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Ümumrespublika Forumu başlayıb

"Azəraqrartikinti" ASC-ə yeni mətbuat katibi təyin edilib (FOTO)

Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətləri artırılıb

Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib

Azərbaycan Türkiyə ilə aqrar sığortaya dair Niyyət Bəyannaməsi imzalayıb (FOTO)

Ölkədə aqrar sığorta məhsullarının tətbiq ediləcəyi tarix açıqlanıb

“Aqrar Tədarük və Təchizat” Qətər və Omanda təşviqat işləri aparacaq

Azərbaycanda aqrar sektorda işləyən 200-ə yaxın xanım texniki avadanlıq və təlimlərlə təmin ediləcək

Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə müraciət edib

04 Dekabr 2020, 18:03 (GMT +4)
Kəlbəcərin Yanşaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

04 Dekabr 2020, 18:00 (GMT +4)
Bərdədə COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 17:45 (GMT +4)
Bakıda məşhur mağazadan oğurluq edən şəxs tutulub

04 Dekabr 2020, 17:25 (GMT +4)
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib

04 Dekabr 2020, 17:21 (GMT +4)
Azərbaycan növbəti dəfə Fransaya nota verib, səfir XİN-ə çağırılıb

04 Dekabr 2020, 17:10 (GMT +4)
Azərbaycan və Latviya XİN başçıları arasında telefon danışığı olub

04 Dekabr 2020, 16:58 (GMT +4)
Türkiyə Prezidenti: Dekabrın 8-də Azərbaycana səfər edəcəm

04 Dekabr 2020, 16:45 (GMT +4)
Türkiyə İranla sərhəddə 81 km-lik beton divarın tikintisini başa çatdırıb (FOTO)

04 Dekabr 2020, 16:36 (GMT +4)
Kürdəmirdə yük avtomobili velosipedçini vuraraq öldürüb

04 Dekabr 2020, 16:28 (GMT +4)
Ərdoğan: Fransa artıq vasitəçi kimi etibarlılığını itirib

04 Dekabr 2020, 16:18 (GMT +4)
Kürdəmir və Ağsuda şəhidlərin xatirəsi anılıb

04 Dekabr 2020, 16:07 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

04 Dekabr 2020, 15:51 (GMT +4)
BƏƏ F35 hərbi təyyarələrini ala bilməyəcəyi təqdirdə digər dövlətlərə üz tutacağını bəyan edib

04 Dekabr 2020, 15:43 (GMT +4)
Bakıda daha bir COVID-19 xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 15:21 (GMT +4)
İlham Əliyev: "ÜST Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb"

04 Dekabr 2020, 15:10 (GMT +4)
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

04 Dekabr 2020, 14:58 (GMT +4)
Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:50 (GMT +4)
AQTA 43 obyektdə pozuntu aşkarlanıb

04 Dekabr 2020, 14:37 (GMT +4)
Məşədi Dadaş məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 14:24 (GMT +4)
İranın Bakıdakı səfirliyi Azərbaycan xalqı və hökumətinə başsağlığı verib

04 Dekabr 2020, 14:18 (GMT +4)
DİN: 17 nəfər koronavirus xəstəsinə cinayət işi başlanılıb

04 Dekabr 2020, 14:07 (GMT +4)
QMİ sədri: Bu gün Türkiyənin 90 min məscidində şəhidlərimizin ruhu yad edilir

04 Dekabr 2020, 13:57 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 4 nəfər ölüb

04 Dekabr 2020, 13:45 (GMT +4)
Şəhid Xudayar Yusifzadənin ailəsi üçün ev tikiləcək

04 Dekabr 2020, 13:24 (GMT +4)
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb

04 Dekabr 2020, 13:17 (GMT +4)
Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, Vəhdət namazı qılınıb

04 Dekabr 2020, 13:14 (GMT +4)
Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

04 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Dekabr 2020, 12:57 (GMT +4)
Səfir: Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır

04 Dekabr 2020, 12:45 (GMT +4)
Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66