Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Tovuzda gənc müəllimlər üçün təlimlər keçirilib

20 Fevral 2020, 13:01 (GMT +4)

Bakı, 20 fevral, SalamNews. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə Tovuz rayonunun fəal gənclərindən olan Qurbanova Fatma Rauf qızı tərəfindən icra edilən “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz rayonu və ətraf kəndlərdə fəaliyyət göstərən gənc müəllimlər üçün təlim təşkil edilib. Təlim Tovuz Gənclər Evində 15 və 16 fevral 2020-ci il tarixlərində həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 25 nəfər gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fatma Qurbanova Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların layihədən əldə edəcəkləri bilik və bacarıqları diqqətə çatdırıb.

Tədbirdə iştirak edən Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb. O, gənc müəllimlərin cari təhsil sistemimizdəki önəmli rolundan və bunun gətirəcəyi üstünlüklərdən bəhs edib. 10 ildən artıq təcrübəyə malik karyera məsləhətçisi, təlimçi və kouç Toğrul Ələkbərov təlimin 1-ci və 2-ci günü "Formal və qeyri-formal təhsil metodlarının fərqi", "Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi", "Təhsil sistemi və əmək bazarı", "Şagirdlərin dərsə olan marağının artırılması", "Dərs prosesinin effektiv idarə edilməsi", "İnnovativ tədris metodları ilə tanışlıq", "İnnovativ tədris metodlarının üstünlüyü" kimi mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Orxan Əhmədov, Səhər İmamverdiyeva, Azər Babayev, Türkanə Alıyeva və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər. Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib. Bu layihənin məqsədi gənc müəllimlərə formal təhsil sistemində qeyri-formal təhsil sistemi metodlarının tətbiq edilməsinin mümkün aspektlərini nümayiş etdirmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər əldə etmələrini təmin etməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Müəllimlərin daimiləşmə müsabiqəsində elektron sənəd qəbulunun müddəti uzadılıb

Azərbaycanda müəllimlərin işə qəbulu başlayır

Tovuzda gənc müəllimlər üçün təlim proqramı keçirilib

Naxçıvan Müəllimlər İnstitutuna rektor təyin edilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qeydiyyat yekunlaşır

Gənc müəllimlər assosiasiyaya böyük maraq göstərirlər

Təhsil naziri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb

Təhsil naziri Şəkidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Abşeronda gənc müəllimlərlə görüşüb (FOTOLAR)

Azərbaycan müəllimləri “STEAM” təlimində iştirak edirlər

Gənc müəllimlərlə görüş keçirilib

Təhsil naziri müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması haqqında əmr imzalayıb

Təhsil naziri Sabirabadda gənc müəllimlərlə görüşüb

Fiziki tərbiyə müəllimləri üçün TOPs təlimləri davam etdirilir

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına qeydiyyat davam edir

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərin fəaliyyəti monitorinq olunacaq

Nazirlik: Müəllimlərdən pul yığan məktəb direktoru işdən kənarlaşdırılıb (VİDEO)

Səbail rayonunun müəllimləri fəxri fərmanla təltif olunublar

Vaqif Əsədov: Müəllimlərin zəhməti unudulmamalıdır

02 Aprel 2020, 09:42 (GMT +4)
Bloomberg: Rusiya neft hasilatını artırmaqdan imtina edib

02 Aprel 2020, 09:37 (GMT +4)
Taliban nümayəndələri ilk dəfə olaraq Kabilə gedərək, hökumətlə danışıqlara başlayıblar

02 Aprel 2020, 09:29 (GMT +4)
Kəlbəcərin işğalından 27 il keçir

02 Aprel 2020, 09:20 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 5,1 min nəfəri keçib

02 Aprel 2020, 09:11 (GMT +4)
Tramp İraqdakı ABŞ qüvvələrinə hücumla bağlı İrana xəbərdarlıq edib

02 Aprel 2020, 09:00 (GMT +4)
Nazirlər Kabineti: Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

01 Aprel 2020, 18:00 (GMT +4)
Bu il ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01 Aprel 2020, 17:51 (GMT +4)
Londonda koronavirusdan Somalinin sabiq baş naziri vəfat edib

01 Aprel 2020, 17:48 (GMT +4)
Sərhədyanı və dağlıq ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək

01 Aprel 2020, 17:40 (GMT +4)
Gürcüstan hökuməti 3 ay ərzində vətəndaşların kommunal borclarını ödəyəcək

01 Aprel 2020, 17:34 (GMT +4)
Göygöldə subartezian quyularının qazılmasına 700 min manat ayrılıb

01 Aprel 2020, 17:27 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 1720-ə çatıb

01 Aprel 2020, 17:23 (GMT +4)
Tramp koronavirus haqqında məlumatları gizlədiyini etiraf edib

01 Aprel 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

01 Aprel 2020, 17:00 (GMT +4)
UNEC onlayn idarəetməyə keçib

01 Aprel 2020, 16:38 (GMT +4)
İraqda koronavirusa görə 600 məhbus azad edilib

01 Aprel 2020, 16:38 (GMT +4)
Rusiya alimləri COVID-19-u məhv etmək üçün üsul tapıb

01 Aprel 2020, 16:30 (GMT +4)
Nazirlik: Mənbəyi bəlli olmayan məlumatları sosial şəbəkələrədə bir-birinizə ötürməyin

01 Aprel 2020, 16:20 (GMT +4)
Tramp Rusiya və Səudiyyə Ərəbistanının neftlə bağlı danışıqlar keçirəcəyini açıqlayıb

01 Aprel 2020, 16:17 (GMT +4)
İsmayıllıda vətəndaşların dərmana olan ehtiyyacları təmin edilir

01 Aprel 2020, 16:11 (GMT +4)
“ASAN xidmət” vətəndaşlara pozitiv mesaj ötürüb (VİDEO)

01 Aprel 2020, 16:00 (GMT +4)
Dövlət Neft Fondu mart ayında satılan vəsaitin həcmini açıqlayıb

01 Aprel 2020, 15:50 (GMT +4)
Rumıniyada koronavirusa yoluxan 85 nəfər ölüb

01 Aprel 2020, 15:30 (GMT +4)
Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

01 Aprel 2020, 15:24 (GMT +4)
Əfqanıstanda partlayış nəticəsində 8 nəfər həyatını itirib

01 Aprel 2020, 15:10 (GMT +4)
Ermənistanda koronavirusdan ölənlərin cəsədlərin yarılması qadağan edilib

01 Aprel 2020, 15:07 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

01 Aprel 2020, 14:43 (GMT +4)
Mart ayı ərzində 278 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

01 Aprel 2020, 14:35 (GMT +4)
BMT inkişaf etməkdə olan ölkələrin koronavirusdan bərpası üçün ehtiyac olan vəsaitin məbləğini açıqlayıb

01 Aprel 2020, 14:21 (GMT +4)
Koronavirus Azərbaycanda: son 24 saatda 61 yeni yoluxma olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66