Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Fevralın 23-də magistraturaya qəbul imtahanı keçiriləcək

21 Fevral 2020, 09:37 (GMT +4)

Bakı, 21 fevral, SalamNews.Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirəcək.

DİM-dən SalamNews-a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Qeyd olunub ki, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3‑dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15 738 bakalavr ərizə təqdim edib. Onlardan 14 434 nəfəri Azərbaycan bölməsi, 1 304 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 7 139 nəfəri oğlan, 8 599 nəfəri isə qızlardır. Bakalavrlardan 8 352-si cari ilin, 7 386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 40, Gəncədə 4, Naxçıvan və Mingəçevirdə 2, Lənkəranda 1 binada təşkil olunacaq. Bakıda 13 347, Naxçıvanda 488, Gəncədə 1 189, Mingəçevirdə 428, Lənkəranda 286 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 154 imtahan rəhbəri, 1 580 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 22-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

Türkiyə agentliyi Azərbaycanda iki min ehtiyacı olan ailəyə humanitar yardım verib 

Astara gömrük postunun əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı ediblər

Məşədi Dadaş məscidi yardım aksiyası keçirib (FOTO)

Çin Azərbaycana tibbi humanitar yardım göndərib

Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib

Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı ediblər (FOTO)

Tramp Rusiyadan gələn tibbi yardımı "Putinin gözəl jesti" adlandırıb

Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Daha bir şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardim edib

DİM-in vəzifələri artırılıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

A-Qroup tənha yaşlılara yardım edib

Dövlət əmlakı ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb

Tramp İtaliyaya 100 milyon dollarlıq tibbi yardım göndərəcəyinə söz verib

Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir (VİDEO)

08 Aprel 2020, 22:39 (GMT +4)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

08 Aprel 2020, 21:35 (GMT +4)
Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

08 Aprel 2020, 19:25 (GMT +4)
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırılıb

08 Aprel 2020, 19:05 (GMT +4)
DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

08 Aprel 2020, 18:51 (GMT +4)
Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

08 Aprel 2020, 17:59 (GMT +4)
ÜST Belarusun COVID-19 ilə mübarizə üsullarını qiymətləndirəcək

08 Aprel 2020, 17:53 (GMT +4)
Azərbaycanda karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

08 Aprel 2020, 17:47 (GMT +4)
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

08 Aprel 2020, 17:41 (GMT +4)
Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

08 Aprel 2020, 17:38 (GMT +4)
Putin "koronavirus infeksiyası" üzərində qələbə vəd edib

08 Aprel 2020, 17:35 (GMT +4)
“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:31 (GMT +4)
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08 Aprel 2020, 17:20 (GMT +4)
“AccessBank” tender elan edib

08 Aprel 2020, 17:12 (GMT +4)
ÜST Trampın vəsaitin dayandırılmasının mümkünlüyü barədəki fikirlərinə münasibət bildirib

08 Aprel 2020, 17:08 (GMT +4)
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib

08 Aprel 2020, 17:07 (GMT +4)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

08 Aprel 2020, 17:04 (GMT +4)
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

08 Aprel 2020, 16:57 (GMT +4)
Kreml Putinin böyük çıxışının anonsunu verib

08 Aprel 2020, 16:44 (GMT +4)
Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:37 (GMT +4)
Misir koronavirusa görə komendant saatı rejiminin müddətini artırıb

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66