Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan ilə Gürcüstan arasında daha bir protokol imzalanıb

18 Fevral 2020, 16:10 (GMT +4)

Bakı, 18 fevral, SalamNews. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası 17-18 fevral tarixlərində Bakı şəhərində keçirilib.

Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstan nümayəndə heyətinə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.
Həbib Həsənov paytaxtda və respublikanın digər ərazilərində qeyri-qanuni sərnişin daşınmasını həyata keçirən Gürcüstan avtobuslarının fəaliyyətinin qarşısının alınması məsələsinə diqqət çəkərək, bu prolemin birgə tədbirlər nəticəsində daha tez həll olunacağı və bu sahədə Gürcüstanın aidiyyatı qurumlarının da məsələyə müdaxiləsinin ümumi işin xeyrinə təsir edəcəyini vurğulayıb.

Eyni zamanda yerli yük daşıyıcılarının həcminin Gürcüstan tərəfin daşıyıcıları ilə müqayisədə artmasını nəzərə alaraq "İcazə"lərin mübadilə sayının 2020-ci il üçün artırılması ilə bağlı təklif müzakirə edilib.

Mixeil Xmaladze 3-cü ölkəyə yük aparmaq məqsədilə Azərbaycan Respublikasına Gürcüstandan boş gələn yük avtomobillərinin sərhəd-keçid məntəqələrindən buraxılmasında hər iki ölkənin Gömrük orqanları tərəfindən eyni şəraitin yaradılması məsələsinin geniş müzakirə edilməli olduğunu iclas iştirakçılarının nəzərinə çatdırıb.

Daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq, nəticədə müvafiq Protokol imzalanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DANX İrana gedən avtobuslarla bağlı məlumat yayıb

DANX monitorinqlərə başlayıb

DANX: Daşıyıcı şirkətlər sabahdan qış rejiminə keçəcək

DANX: Sərnişin və yük daşımalarında qaydalar dəyişdirilir

DANX Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı açıqlama yayıb

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

DANX sürücülər üçün ekstremal şəraitdə sürmə təlimi təşkil edir

DANX gücləndirilmiş iş rejiminin vaxtını uzadıb

DANX: Yeni tariflər vətəndaşlara daha yüksək və keyfiyyətli xidmət göstərilməsinə gətirib çıxaracaq

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

Son 3 gündə Avtovağzaldan 49044 sərnişin daşınıb - DANX

Ramazan bayramı günlərində xəttə əlavə 200 avtobus buraxılacaq - DANX

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66