Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Aİİ rektoru tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb

18 Fevral 2020, 17:27 (GMT +4)

Bakı, 18 fevral, SalamNews.Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb.

SalamNews xəbər verir ki, İnstitut rəhbəri tədris və elmi-pedaqoji təcrübələrin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu vurğulayıb. Tələbələrə uğurlar arzulayan rektor onlara təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.

Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən səmərəli fəaliyyət barədə düşünməli olduğunu vurğulayıb.

C.Məmmədov qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin cəmiyyət və dövlət qarşısında böyük məsuliyyəti və öhdəliyi mövcuddur. Aİİ-də Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin etmək qarşıda duran əsas vəzifələrdəndir.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris və elmi-pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında məlumat verib. Bildirib ki, elmi-pedaqoji fəaliyyət tələbələr üçün böyük önəmkəsb edir. M.Mürsəlov təcrübələrin mahiyyətindən, keçirilmə qaydalarından, eyni zamanda, tələbələrə qazandırdığı bacarıqlardanda bəhs edib.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat üzrə təhsil alan tələbələri tədris, magistratura səviyyəsində təhsil alan tələbələri isə elmi-tədqiqat təcrübəsinə başlayıblar. Təcrübələr fevral ayının 17-dən aprelin 13-dək davam edəcək.

Tədbirdə tədris və elmi-pedaqoji təcrübənin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Aİİ tələbələrinin iştirak etdikləri Bursa “Yay məktəbi” başa çatıb

Aİİ tələbələrinin Türkiyədə təşkil olunan “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başlayıb

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Aİİ tələbələrinin Bursada “Yay məktəbi” davam edir (FOTO)

Aİİ-nun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb

Aİİ-nin “Din araşdırmaları” jurnalı dərc olunub

Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

Aİİ-nin 30 tələbəsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun təqaüdü verilib

Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib 

Aİİ “Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar keçirib

Aİİ-də Fələstinin Azərbaycandakı səfiri ilə görüş keçirilib

Fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Aİİ-də mühazirə oxuyub

Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Aİİ-nin kafedra müdiri beynəlxalq simpoziumda iştirak edib

Aİİ Rusiya universitetləri ilə əlaqələr qurmağı planlaşdırır

Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Aİİ-də “Multikulturalizmin Azərbaycan modeli”mövzusunda seminar keçirilib

29 Mart 2020, 17:33 (GMT +4)
Azərbaycanda daha 27 nəfər koronavirusa yoluxub

29 Mart 2020, 16:51 (GMT +4)
Bakıda avtobus tuneldə idarəetmədən çıxaraq yol qəzası törədib (FOTO)

29 Mart 2020, 16:20 (GMT +4)
Nazirlik: Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə təmizlənib

29 Mart 2020, 16:00 (GMT +4)
Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur

29 Mart 2020, 15:45 (GMT +4)
Səbail rayon icra başçısı şəxsən özü sakinlərə çağırış edib (FOTO, VİDEO)

29 Mart 2020, 11:30 (GMT +4)
Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

29 Mart 2020, 11:00 (GMT +4)
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb

29 Mart 2020, 10:58 (GMT +4)
Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

29 Mart 2020, 10:45 (GMT +4)
İsmayıllı sakinindən silah götürülüb

29 Mart 2020, 09:02 (GMT +4)
Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

29 Mart 2020, 08:25 (GMT +4)
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib

28 Mart 2020, 21:30 (GMT +4)
İlham Əliyev: Dövlət bütün xərcləri öz üzərinə götürüb

28 Mart 2020, 20:50 (GMT +4)
Prezident: Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!

28 Mart 2020, 20:40 (GMT +4)
Prezident: Karantinə alınan insanlar dörd və beş ulduzlu otellərdə saxlanılır

28 Mart 2020, 20:30 (GMT +4)
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda dezinfeksiya işləri aparılıb

28 Mart 2020, 20:01 (GMT +4)
ƏƏSMN: Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb

28 Mart 2020, 19:50 (GMT +4)
Azərbaycanda koronavirusa görə 25 mindən artıq test edilib

28 Mart 2020, 19:44 (GMT +4)
Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:12 (GMT +4)
“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

28 Mart 2020, 18:51 (GMT +4)
Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür

28 Mart 2020, 18:45 (GMT +4)
Məktəblilərin gündəlik gigiyenik tələbləri (VİDEO)

28 Mart 2020, 17:40 (GMT +4)
Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

28 Mart 2020, 17:36 (GMT +4)
Nazirlik: Birinci sinfə elektron qeydiyyata yenidən start verilir

28 Mart 2020, 17:15 (GMT +4)
Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

28 Mart 2020, 17:04 (GMT +4)
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib

28 Mart 2020, 16:52 (GMT +4)
Rusiyada gün ərzində 228 yeni koronavirusa yoluxma qeydə alınıb

28 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycan dənizçiləri "Evdə qal" aksiyasına qoşulublar

28 Mart 2020, 16:31 (GMT +4)
İspaniyada son sutkada koronavirusdan 832 nəfər həyatını itirib

28 Mart 2020, 16:23 (GMT +4)
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

28 Mart 2020, 16:05 (GMT +4)
Şimali Makedoniya NATO-ya qoşulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66