Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakıda növbəti «HR Meetup» tədbiri keçirilib (FOTOLAR)

17 Fevral 2020, 12:07 (GMT +4)

Bakı, 17 fevral, SalamNews. Bakıda “Aktiv və peşəkar İR mütəxəssislərini birləşdirmək: təcrübə və bilik mübadiləsi" adlı növbəti "HR Meetup" keçirilib. Tədbir "SOCAR AQS" şirkətinin sponsorluğu ilə baş tutdu. Görüşün əsas məqsədi insan resurslarını və biznesi bir araya gətirmək, biznesin bu sahəyə dair gözləntilərini eşitmək idi.

SalamNews xəbər verir ki, görüşdə bank, sənaye, neft-qaz və digər sektorları əhatə edən şirkətlərin insan resursları üzrə menecerləri və şirkət rəhbərləri iştirak ediblər.

Tədbirin moderatorları "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev və "Opalus Partners Group" şirkətinin icraçı direktoru Çimnaz Qasımova oldular. Cəlal Qasımov, "Pasha Holdinq", Baş direktor; Elçin Qədimov, "Rabitəbank", İdarə heyətinin sədri; Ramin İsayev, "SOCAR AQS", Baş direktor və Zamin Əliyev, "Gemza Group",Baş direktor isə spikerlər qismində iştirak etdilər.

Çıxış edənlər qeyd ediblər ki, insan resursları sahəsi müasir biznesin ayrılmaz hissəsinə cevrilib. Peşəkar mütəxəssisləri cəlb etmək, işçilərə düzgün motivasiya vermək kimi məsələlər hər bir şirkətdə daim aktualdır və insan resursları üzrə menecerin əsas vəzifəsi sayılır. İnsan resursları üzrə menecer biznesin əsas alətlərindən biri olmalı, strategiya qurulmasında və dəyər yaradılmasında aktiv rol oynamalıdır.

Həmçinin qeyd olunub ki, tədbirin keçirilməsi insan resusları üzrə mütəxəssislər və şirkət rəhbərlərini bir araya gətirmək üçün gözəl imkandır. "HR Meetup" fikir və təcrübə mübadiləsi, eyni zamanda, şirkətlər arasında tərəfdaşlıq münasibətlərinin qurulması üçün çox vacib platformaya cevrilib.

Daha sonra, tədbir sual-cavab şəklində davam edib.

Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlayan “Opalus Partners Group” şirkəti insan resursları ilə bağlı məsləhət almaq və qərar qəbul etmək istəyən müəssisələrə xidmət göstərir. Bu, “Opalus Partners Group”a müraciət edən müəssisə və təşkilatlara daha yaxşı işgüzar qərarlar verməyə və daha yaxşı iş şəraiti yaratmağa imkan verir.

Şirkətin əsas məqsədi öz təcrübəsindən yararlanaraq digər təşkilatlara İR funksiyası startapı, İR strategiyası yaratmağa yardım etmək, əmək haqqının idarə edilməsi, motivasiya planının hazırlanması və digər sahələr üzrə bir sıra korporativ təlimlər keçirməkdir.

"Opalus Partners Group" şirkəti "HR Meetup" tədbirini 2020-ci ildə mütəmadi olaraq keçirməyi planlaşıdırır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Opalus Partners Group" şirkətinin növbəti "HR Meetup" tədbiri keçirilib

"Opalus Partners Group" şirkətinin ilk təlimi keçirilib

02 Aprel 2020, 21:30 (GMT +4)
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir

02 Aprel 2020, 21:01 (GMT +4)
Qərargah: Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

02 Aprel 2020, 20:17 (GMT +4)
Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

02 Aprel 2020, 19:00 (GMT +4)
Nazirlik: Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb

02 Aprel 2020, 18:30 (GMT +4)
Bakıda ticarət mərkəzləri və bazarlar dezinfeksiya edilir (FOTOLAR)

02 Aprel 2020, 18:15 (GMT +4)
Sabiq icra başçısı yeni vəzifəyə təyin edilib

02 Aprel 2020, 18:00 (GMT +4)
Bəhram Bağırzadənin təqdimatında müsabiqə keçiriləcək

02 Aprel 2020, 17:51 (GMT +4)
Vüsal Kərimli: Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır

02 Aprel 2020, 17:50 (GMT +4)
Sobyanin karantinin pozulmasına görə cərimələrin məbləğini təsdiqləyib

02 Aprel 2020, 17:44 (GMT +4)
“Regional İnkişaf” İctimai Birliyi və BDU birgə sosial aksiya keçirib

02 Aprel 2020, 17:38 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, pilotlar ölüb

02 Aprel 2020, 17:36 (GMT +4)
Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

02 Aprel 2020, 17:21 (GMT +4)
Taylandda at vəbası yayılıb

02 Aprel 2020, 17:19 (GMT +4)
“AtaBank” koronavirusla mübarizəyə dəstək olub

02 Aprel 2020, 17:19 (GMT +4)
DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

02 Aprel 2020, 17:00 (GMT +4)
Neftçalanın icra başçısı şəhidlərin məzarını ziyarət edib

02 Aprel 2020, 16:55 (GMT +4)
2020-ci ilin I rübündə Texniki Şuralara 519 müraciət daxil olub

02 Aprel 2020, 16:55 (GMT +4)
Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib

02 Aprel 2020, 16:54 (GMT +4)
Baş nazir: İtaliya hələ karantinin zəiflədilməsi barədə danışa bilməz

02 Aprel 2020, 16:48 (GMT +4)
DİN: “WhatsApp”da əhalini təşvişə salan məlumatlar yayan şəxs həbs edilib

02 Aprel 2020, 16:24 (GMT +4)
İsrailin Baş naziri karantinə yerləşdirilib

02 Aprel 2020, 16:20 (GMT +4)
TƏBİB: Maska məsələsi ən çox bizi narahat edir

02 Aprel 2020, 16:00 (GMT +4)
Oğuzda qanunsuz ağac kəsən şəxsin işi prokurorluğa göndərilib

02 Aprel 2020, 15:44 (GMT +4)
Putin Rusiya xalqına müraciət edəcək

02 Aprel 2020, 15:32 (GMT +4)
Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV

02 Aprel 2020, 15:26 (GMT +4)
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

02 Aprel 2020, 15:00 (GMT +4)
AMADA-nın rəhbəri daha bir vəzifəyə seçilib

02 Aprel 2020, 14:58 (GMT +4)
Azərbaycan vətəndaşlarının bir qismi Yekaterinburqdan xüsusi reyslə gətiriləcək

02 Aprel 2020, 14:45 (GMT +4)
BDYPİ: Karantin qaydalarını pozan 1243 nəfər cərimələnib

02 Aprel 2020, 14:30 (GMT +4)
Türkiyə turizm mövsümünün başlanğıc tarixini təxirə sala bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66