Məzahir Pənahov: MSK hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradır15 Fevral 2020, 14:41 (GMT +4) Bakı, 15 fevral, SalamNews. Mərkəzi Seçki Komissiyasının fəaliyyəti göz qabağındadır, tam qanunidir və bizim heç kimdən çəkinəcəyimiz yoxdur. Biz hər kəsə öz fikrini ifadə etməsi üçün şərait yaradırıq.
SalamNews xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
Sədr bildirib ki, Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozuntusu olsaydı, beynəlxalq müşahidəçilər bunu dünyaya car çəkərdilər.
|