Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

15 Fevral 2020, 14:29 (GMT +4)

Bakı, 15 fevral, SalamNews.Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

“Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

SalamNews xəbər verir ki, bu il konqresin mövzusu autizmdir. “Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizmli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.
Keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq, bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün “Fərqli Fərdlər”də Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin əməkdaşlarının fəaliyyət göstərdiyi stendlər yaradılıb.

Bu il konqresin işinə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də kömək edirlər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edirlər.

"Fərqli Fərdlər" Konqresinin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyi də yer alır. “Caspian Event Organisers” şirkəti üçün "Fərqli Fərdlər" Konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində yığılmış bütün vəsaitlər autizmli uşaqlara dəstək məqsədilə “Birgə və Sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi saytında ianə vasitəsilə autizmli uşaqların reabilitasiyasına dəstək olmaq üçün xüsusi xana yaradılıb (https://ferqliferdler.az/az-makedonation/).

“Fərqli Fərdlər” Konqresinin baş tərəfdaşı qismində “BP” şirkəti çıxış edir. Tədbir, həmçinin “Holcim Azerbaijan”, “BestComp Group”, “ACE Group Consultants”, “Art Trio”, “Credo Group”, “CTS Translation”, “Maxoffset”, “Konfrans Services”, “158taxi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən dəstəklənir.

II "Fərqli Fərdlər" Konqresi fevralın 16-da bitəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

Heydər Əliyev Mərkəzi İrana dəstək naminə bayrağı ilə işıqlandırılıb (VİDEO)

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində ikona sənəti sərgisi açılacaq

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüş olub

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzinin memarının yeni əsəri əl-Vəkra stadionunun açılışı olub (VİDEO)

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib (FOTOLAR)

Özbəkistanin portalı Heydər Əliyev Mərkəzində açılan kukla sərgisinə dair videomaterial yayımlayıb

Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilib

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın ərgisi açılıb

Şəkidə Heydər Əliyev Mərkəzinin açılışı olub

04 Dekabr 2020, 12:10 (GMT +4)
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir

04 Dekabr 2020, 12:04 (GMT +4)
Azərbaycanda Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

04 Dekabr 2020, 12:00 (GMT +4)
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib (VİDEO)

04 Dekabr 2020, 11:58 (GMT +4)
Bayden: Trampın andiçmə mərasimində iştirakı ölkə üçün vacib olardı

04 Dekabr 2020, 11:45 (GMT +4)
Prezident: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib”

04 Dekabr 2020, 11:37 (GMT +4)
BMT: Fransada təhlükəsizlik qanunları insan haqlarını pozur

04 Dekabr 2020, 11:30 (GMT +4)
Azərbaycan Prezidenti: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib

04 Dekabr 2020, 11:15 (GMT +4)
Prezident İlham Əliyev Vətən müharibəsində şəhid olanlarla bağlı paylaşım edib

04 Dekabr 2020, 11:04 (GMT +4)
Budapeşt NATO-nun Ukrayna ilə dialoqunu əngəlləməyə davam edəcək

04 Dekabr 2020, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti 50 dollara yaxınlaşıb

04 Dekabr 2020, 10:45 (GMT +4)
Vüsal Qasımlı almanlara Qarabağın inkişaf strategiyasından danışıb

04 Dekabr 2020, 10:43 (GMT +4)
Co Bayden iranlı nüvə aliminə qarşı terrora münasibət bildirib

04 Dekabr 2020, 10:30 (GMT +4)
XİN: Fransa parlamentinin bu addımı vasitəçilik mandatına zərbə vurur

04 Dekabr 2020, 10:28 (GMT +4)
ABŞ Müdafiə büdcə layihəsi S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar təklif edir

04 Dekabr 2020, 10:15 (GMT +4)
Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışının tam mətni

04 Dekabr 2020, 10:12 (GMT +4)
Livan İsrail tərəfindən ölkənin hava məkanının intensiv pozulmasına görə BMT-ə çağırış edib

04 Dekabr 2020, 10:00 (GMT +4)
ƏƏSMN: Bu il sosial təminat üzrə 5 milyard manatdan çox ödəmə edilib

04 Dekabr 2020, 09:45 (GMT +4)
Azərbaycan “OPEC plus”un gündəlik hasilatın artırılması qərarını dəstəkləyib

04 Dekabr 2020, 09:40 (GMT +4)
ABŞ İranın daha bir şirkətinə sanksiya tətbiq edib

04 Dekabr 2020, 09:40 (GMT +4)
Fransa Milli Assambleyası qondarma "DQR"nin tanınmasına dair qətnaməni qəbul edib 

04 Dekabr 2020, 09:30 (GMT +4)
Azərbaycan banklarının birgə bankomat şəbəkəsi isifadəyə verilib

04 Dekabr 2020, 09:19 (GMT +4)
Türkiyə prezidenti İranın nüvə aliminə qarşı terroru pisləyib

04 Dekabr 2020, 09:16 (GMT +4)
Dünyada COVID-19-dan ölənlərin sayı 1,5 milyonu keçib

04 Dekabr 2020, 09:15 (GMT +4)
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında çıxış edib

04 Dekabr 2020, 09:00 (GMT +4)
Bu gün Azərbaycanda şəhidlərin xatirəsi anılacaq

03 Dekabr 2020, 17:56 (GMT +4)
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar

03 Dekabr 2020, 17:50 (GMT +4)
Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub

03 Dekabr 2020, 17:44 (GMT +4)
Azərbaycanın XİN başçısı Rusiya və Türkiyəyə təşəkkür edib

03 Dekabr 2020, 17:35 (GMT +4)
BANM-də Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı davam edir

03 Dekabr 2020, 17:20 (GMT +4)
Rusiya Qarabağda ikinci hərbi hospital yaradır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66