Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

13 Fevral 2020, 11:22 (GMT +4)

Bakı, 13 fevral, SalamNews.Cari ilin ötən dövrü ərzində 12 ölkədə yüksək patogen quş qripinin (YPQQ) aşkarlanması nəzərə alınaraq bu ölkələrin xəstəlik baş verən ərazilərindən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Bildirib ki, quş və quşçuluq məhsulları yüksək riskli məhsullar qrupuna aid edildiyindən ölkəyə idxal edilən məhsulun hər bir partiyası laboratoriya müayinəsinə cəlb olunur.

SalamNews AQTA-ya istinadən xəbər verir ki, Ukraynanın xəstəlik qeydə alındığı Vinnitsa vilayətindən başqa digər vilayətlərdən də daxil olan məhsullar müayinə edilərkən quş qripi xəstəliyinin törədicisinin “H9” serotipi aşkarlandığı üçün ölkənin bütün ərazisinə müvəqqəti məhdudiyyət tətbiq olunub. Hazırda coğrafi baxımından xəstəlik dünyada çox geniş arealda yayılıb. Belə ki, Polşanın Şetsin və Lyubuske vilayətləri ilə sərhəddə yerləşən Almaniyanın Bradenbur vilayətində vəhşi quşlarda, Fransanın Strasburq vilayəti ilə sərhəddə yerləşən Almaniyanın Baden-Vurtemberq vilayətində isə ev təsərrüfatında YPQQ qeydə alınıb.  Bununla yanaşı, Ərəbistan yarımadasında baş vermiş xəstəliyin köçəri quşlar vasitəsilə ölkəmizə gətirilməsinə yüksək epizootoloji risk mövcuddur. AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu risklə bağlı əhaliyə birgə müraciət edərək vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa çağırıb. Eyni zamanda Agentlik sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb. Bununla yanaşı, yüksək patogen quş qripi və Nyukasl xəstəliklərinin qeydə alındığı bölgələrdən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Q.Təhməzli onu da diqqətə çatdırıb ki, yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib. Fevralın 10-dan 14-dək AQTA aidiyyəti qurumlarla birgə ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə növbəti epizootoloji monitorinqlər keçirir.

Həmçinin son vaxtlar Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan  koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini  gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Vəhşi heyvanlar vasitəsilə yayılma riski ölkəmiz üçün də mövcud olduğu üçün AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılmasının qətiyyətlə yolverilməz olması barədə birgə məlumat yayıb. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Ötən ay AQTA-ya 2376 müraciət daxil olub

AQTA və OIE-nin birgə regional seminarı öz işinə başlayıb

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqlayıb

AQTA-da növbəti "Açıq qapı"-laboratoriyaların qapıları vətəndaşların üzünə açılıb

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

AQTA və ETSN birgə məlumat yayıb

AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlayıb

AQTA ölkəyə quşçuluq məhsulları idxalı edən sahibkarlara müraciət edib

AQTA koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sahibkarlara müraciət edib

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

09 Aprel 2020, 14:17 (GMT +4)
"Brent" markalı neftin qiyməti artıb

09 Aprel 2020, 14:07 (GMT +4)
ƏƏSMN: Son günlərdə 13 minədək tənha yaşlıya ərzaq yardımı edilib

09 Aprel 2020, 13:51 (GMT +4)
"Kapital Bank" biznesə başlamaq istəyən şəxslərə dəstək göstərib 

09 Aprel 2020, 13:42 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb

09 Aprel 2020, 13:41 (GMT +4)
Serbiya prezidentinin oğlu koronavirusa yoluxub

09 Aprel 2020, 13:20 (GMT +4)
Sabah Bakıda 15 dərəcə isti gözlənilir

09 Aprel 2020, 12:45 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq yeni siyasətçinin adı rəsmən açıqlanıb

09 Aprel 2020, 12:45 (GMT +4)
Rusiyada koronavirusa yoluxanların sayı 10 mini keçib

09 Aprel 2020, 12:44 (GMT +4)
İşsizlər üçün birdəfəlik ödəmələrin kimlərə veriləcəyi açıqlanıb

09 Aprel 2020, 12:35 (GMT +4)
“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” adlı proqrama start verilir

09 Aprel 2020, 12:18 (GMT +4)
Tramp: Amerika istehsalçıları neftin istehsal həcmlərini azaldıb

09 Aprel 2020, 11:53 (GMT +4)
Baş nazir: Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var 

09 Aprel 2020, 11:51 (GMT +4)
İtaliyada son sutka 2099 nəfər koronavirusdan sağalıb 

09 Aprel 2020, 11:48 (GMT +4)
Koronavirus dünya dövlətləri və xalqları üçün bir sınaq və imtahandır – Ayətullah Xamenei

09 Aprel 2020, 11:46 (GMT +4)
“Gilavar” Azərbaycan Foto Klubu yeni layihə həyata keçirir

09 Aprel 2020, 11:39 (GMT +4)
Gender-əsaslı zorakılığa qarşı mübarizəyə dair layihə həyata keçirilir

09 Aprel 2020, 11:32 (GMT +4)
Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib

09 Aprel 2020, 11:10 (GMT +4)
Milli Məclisin iclası başlayıb

09 Aprel 2020, 11:06 (GMT +4)
AB Avropadan kənarda COVID-19 ilə mübarizə aparmaq üçün 20 milyard avro ayıracaq

09 Aprel 2020, 11:06 (GMT +4)
Xəlifə Haftarın ordusu Livayada Türkiyənin iki PUA-sını vurduğunu bildirib

09 Aprel 2020, 11:00 (GMT +4)
Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar

09 Aprel 2020, 10:45 (GMT +4)
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

09 Aprel 2020, 10:33 (GMT +4)
İran koronavirusa görə nüvə sahəsində 122 məhsulun təqdimatını təxirə salıb

09 Aprel 2020, 10:30 (GMT +4)
Azərbaycanda "Könüllü donor" kampaniyasına start verilib

09 Aprel 2020, 10:21 (GMT +4)
"Azərpoçt" Bakıətrafı qəsəbələrdə səyyar xidmətlərin göstərilməsinə başlayıb (FOTO)

09 Aprel 2020, 10:15 (GMT +4)
Türkiyə və Çin liderləri Covid-19 ilə mübarizə addımlarını müzakirə edib

09 Aprel 2020, 10:10 (GMT +4)
Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb

09 Aprel 2020, 10:00 (GMT +4)
Aİ COVID-19-la mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb

09 Aprel 2020, 09:53 (GMT +4)
Moskvada qocalar evində baş verən yanğında xəsarət alanların sayı 16-ya çatıb

09 Aprel 2020, 09:46 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66