Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Rafiq Hüseynov ikiqat Avropa çempionu olub

13 Fevral 2020, 10:25 (GMT +4)

Bakı, 13 fevral, SalamNews.Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

SalamNews-un məlumatına görə, 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.

Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.

Bu, Azərbaycanın yunan-Roma güləşi tarixində Avropa çempionatlarında medal sayında ən yüksək göstərici olub. Əvvəlki rekord 2011 (1 qızıl, 4 bürünc) və 2018-ci illərdə (1 qızıl, 2 gümüş, 2 bürünc) qeydə alınıb.

Avropa çempionatı

60 kq

Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya) - 2:1

1/4 final. Murad Bazarov - Gevorq Qaribyan (Ermənistan) - 0:8

Təsəlliverici görüş. Murad Bazarov - Avqustin Boyanov Spasov (Bolqarıstan) - 9:1

Bürünc medal görüşü. Murad Bazarov - Helari Maeqisalu (Estoniya) - 9:0

67 kq

Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan) - 7:8

72 kq

1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan) - 6:1

1/4 final. Ülvü Qənizadə - Frank Ştebler (Almaniya) - 0:8

Təsəlliverici görüş. Ülvü Qənizadə - Anatoli Popov (Moldova) - 8:0

Bürünc medal görüşü. Ülvi Qənizadə - Adam Kurak (Rusiya) - 3:1

82 kq

1/8 final. Rafiq Hüseynov - Tirone Sterkenburq (Niderland) - 8:0

1/4 final. Rafiq Hüseynov - Boqdan Kurinnoy (İsveç) - 3:2

1/2 final. Rafiq Hüseynov - Çiro Russo (İtaliya) - 7:1

FİNAL. Rafiq Hüseynov - Daniel Tixomirov Aleksandrov (Bolqarıstan)

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa) - 0:9


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq artisti Rafiq Hüseynov dəfn olunub (FOTOLAR)

Bakıda Xalq Artisti Rafiq Hüseynovla vida mərasimi keçirilir (FOTOLAR)

Xalq Artisti Rafiq Hüseynov vəfat edib

Güləşçilərimiz Rafiq Hüseynov və Orxan Nuriyev finala yüksəliblər

Güləşçi Rafiq Hüseynov adını finala yazdırıb

31 Mart 2020, 14:55 (GMT +4)
AB Azərbaycanın işğal olunmuş ərazilərindəki "seçki"ləri tanımır

31 Mart 2020, 14:46 (GMT +4)
XİN: Azərbaycanın işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi heç bir hüquqi qüvvəyə malik deyil

31 Mart 2020, 14:35 (GMT +4)
"Azərkosmos” xüsusi gücləndirilmiş iş rejimində keçib

31 Mart 2020, 14:26 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 44 mini keçib, 2898 ölü var

31 Mart 2020, 14:18 (GMT +4)
Tramp İtaliyaya 100 milyon dollarlıq tibbi yardım göndərəcəyinə söz verib

31 Mart 2020, 13:48 (GMT +4)
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

31 Mart 2020, 13:44 (GMT +4)
Pentaqon ABŞ ordusunda koronavirusdan ilk hadisəsinin qeydə alındığı açıqlayıb

31 Mart 2020, 13:38 (GMT +4)
İran koronavirus görə fövqəladə vəziyyət və sosial təcrid rejimini aprelin 10-a qədər uzadıb

31 Mart 2020, 13:31 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 Mart 2020, 13:13 (GMT +4)
Almaniyada gün ərzində təxminən 130 nəfər koronavirusdan ölüb

31 Mart 2020, 13:13 (GMT +4)
Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir (VİDEO)

31 Mart 2020, 12:53 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi koronavirusdan vəfat edib

31 Mart 2020, 12:30 (GMT +4)
İrandan Türkiyəyə qaz nəql edən boru kəmərində partlayış baş verib

31 Mart 2020, 12:26 (GMT +4)
Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb

31 Mart 2020, 12:09 (GMT +4)
HƏMAS Qəzzada İsrail cəsuslarını ələ keçirdiyini bildirib

31 Mart 2020, 12:08 (GMT +4)
Bakı Limanı tərəfindən yaşlı insanlara humanitar yardım göstərilib (FOTO)

31 Mart 2020, 12:01 (GMT +4)
ADRA koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyasını həyata keçirir

31 Mart 2020, 11:51 (GMT +4)
Müdafiə Nazirliyi müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb

31 Mart 2020, 11:47 (GMT +4)
“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

31 Mart 2020, 11:46 (GMT +4)
Türkiyə işğal altında olan Dağlıq Qarabağdakı qondama seçkiləri tanımır - XİN

31 Mart 2020, 11:39 (GMT +4)
Qubada oğurluq edən şəxslər tutulub

31 Mart 2020, 11:33 (GMT +4)
“Azersun ” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir (VİDEO)

31 Mart 2020, 11:30 (GMT +4)
COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstəririk - Ərdoğan

31 Mart 2020, 11:25 (GMT +4)
Sepah koronavirusa görə ABŞ-a yardım edib

31 Mart 2020, 11:23 (GMT +4)
XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

31 Mart 2020, 11:10 (GMT +4)
Çex Respublikasında koronavirusa yoluxmuşların sayı 3 mini ötüb

31 Mart 2020, 10:52 (GMT +4)
Operativ Qərargah vətəndaşları elektron ticarətdən istifadəyə çağırıb

31 Mart 2020, 10:47 (GMT +4)
Çində meşə yanğınlarının söndürülməsi zamanı 19 yanğınsöndürən həyatını itirib

31 Mart 2020, 10:36 (GMT +4)
DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

31 Mart 2020, 10:33 (GMT +4)
Səudiyyənin Yəmən paytaxtına aviazərbələrində 70-dən çox at tələf olub (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66