BMT Təhlükəsizlik Şurası Liviyada atəşkəsin bərpası haqda qətnamə qəbul edib13 Fevral 2020, 09:19 (GMT +4) Bakı, 13 fevral, SalamNews, B.Samid. BMT Təhlükəsizlik Şurası ötən gün keçirdiyi toplantı çərçivəsində Liviyada atəşkəsin bərpası haqda qətnamə qəbul edib.
SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurası “Berlin Konfransı”nın müddəaları əsasında Liviyada atəşkəsin bərpası barədə qətnamə çıxarıb.
Qətnaməyə əsasən bu ölkəyə silahın idxalı və qaçaqmalçılığı qadağan edilib, eləcə də bu addımları atanların cəzalandırılması nəzərdə tutulub.
Qətnaməyə 14 dövlət müsbət rəy verib və Rusiya tərəfi səs vermək hüququndan imtina edib.
Qeyd edək ki, ötən ilin aprelindən başlayaraq Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan general Xəlifə Haftarın başçılıq etdiyi "Milli Ordu" ilə paytaxt və ətraf bölgələri nəzarətdə saxlayan "Milli Razılıq Hökuməti" qüvvələri arasında döyüşlər baş qaldırmışdı.
|