"ABAD"ın sayca dördüncü "food hall"-u açılıb (FOTOLAR)12 Fevral 2020, 17:10 (GMT +4) Bakı, 12 fevral, SalamNews. Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Kürdəmirdə “ASAN Həyat” kompleksinin və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.
Kürdəmir “ABAD Food Hall” sayca dördüncü sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.
Qeyd edək ki, ilk “ABAD Food Hall” 2018-ci il 22 oktyabr tarixində İmişli rayonunda “ASAN Həyat” kompleksi, ikinci “food hall” isə 2019-cu ildə dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində fəaliyyətə başlayıb.
|