Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nazirlikdə Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüş olub

11 Fevral 2020, 16:48 (GMT +4)

Bakı, 11 fevral, SalamNews. Təhsil nazirinin müavini Firudin Qurbanov Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Görüş zamanı nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət tendensiyaları barədə qonaqlara məlumat verib. Firudin Qurbanov son 15 ildə ölkəmizdə 3300-ə yaxın ümumi təhsil müəssisəsinin tikildiyini və ya əsaslı şəkildə təmir edildiyini, müəssisələrin maddi-texniki bazasının yeniləndiyini vurğulayıb.

Görüş zamanı ölkəmizdə təhsil siyasətinin prioritetlərindən birinin də peşə təhsilinin olduğu bildirilib. Qeyd olunub ki, məhz peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət göstərən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirən aparıcı təhsil pilləsidir. Bu sistemin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədilə son illərdə peşə təhsili şəbəkəsi oplimallaşdırılıb, 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılıb, mühəndis- pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılıb və onların əməkhaqqı artırılıb. Eyni zamanda Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində Peşə Təhsili Mərkəzinin tikintisi başa çatdırılıb, burada ən müasir infrastruktur yaradılıb.

Bununla yanaşı, Avropa İttifaqının dəstəyi ilə 4 layihənin icrasına başlanılıb. Regionlarda peşə təhsili müəssisələrində infrastrukturun müasirləşdirilməsi, yeni məzmunun hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.

Firudin Qurbanov həmçinin Azərbaycanla Ukrayna arasında tələbə mübadiləsi istiqamətində geniş əməkdaşlığın mövcudluğunu vurğulayıb, Ukraynada 7000-ə yaxın azərbaycanlı tələbənin, ölkəmizdə isə Ukrayna vətəndaşlarının təhsil aldığını qeyd edib. Ümumilikdə ali təhsilin qarşısında duran mühüm vəzifələrdən danışan nazir müavini cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanması kontekstində “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini xüsusi vurğulayıb.

Ukrayna Ali Radasının nümayəndə heyəti adından çıxış edən Ukrayna Ali Radasının Təhsil, Elm və İnnovasiyalar üzrə Komitəsinin sədri Valeriy Kolyux iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib və bu əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ukraynada koronavirusa yoluxanların sayı 311-ə çatıb

Ukraynada koronavirusa görə hərbi xidmətə çağırış dayandırılıb

Bakıdan Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edilib

Ukrayna hökuməti koronavirus səbəbiylə ölkə daxilində karantin elan edib

Əli Əsədov Ukraynanın yeni baş nazirini təbrik edib

Ukraynada yeni baş nazir təyin edilib

Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

Tramp Rusiya ilə Ukraynanın barışmasını istəyir

İran Ukrayna təyyarəsinin qara qutusunu xarici dövlətlərə verməyəcəyini bildirib

Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb

Zelenski Sorosun Ukraynaya təsirini inkar edir

Ukrayna XİN Moskvaya səfir göndərilməsi ehtimalına münasibət bildirib

Lavrov Ukrayna səfirinin Moskvaya qayıtmasının mümkünlüyünü şərh edib

Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır - Ərdoğan

Ərdoğan Ukraynaya rəsmi səfərə gedib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

Zelenski ABŞ-ı suverenliyin qorunmasında Ukraynanın əsas müttəfiqi adlandırıb

İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

30 Mart 2020, 14:00 (GMT +4)
FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır (FOTO)

30 Mart 2020, 13:35 (GMT +4)
Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66