Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

“Judo Club 2012”nin karateçisi Avropa çempionu olub

11 Fevral 2020, 13:03 (GMT +4)

Bakı, 11 fevral, SalamNews.Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa birinciliyində Azərbaycan komandası böyük nailiyyətlərə imza ataraq 8 medal qazanıb.

Avropa birinciliyində “Judo Club 2012”nin yetirməsi Fərid Ağayev (76 kq) də uğurla çıxış edib. Klubun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, qitə birinciliyində mübarizə aparan klubun təcrübəli karateçisi F.Ağayev Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülüb. Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyevin böyük əməyi var.

Karateçilərlə yanaşı, klubun cüdoçuları da uğurlu çıxışlarını davam etdirirlər. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində təşkil olunan U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyində “Judo Club 2012”nin komandası geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları Bakı birinciliyində uğurla çıxış edərək 3 qızıl və 2 bürünc medala sahib çıxıblar. Komandanın aktivinə qızıl medalları Sadiq Cəlalov (55 kq), Nihat Ələsgərli (66 kq) və Rahidə Cavadova (70 kq) yazdırıb. Nicat Məmmədli (60 kq) və Məhərrəm Eyvazov (66 kq) isə bürünc medallara layiq görülüblər.

Klubun digər üzvlərindən Kənan Əhmədov (100 kiloqramdan yuxarı) beşinci, İslam İslamov (81 kq), Mirəli Hüseynli (90 kq) və Əli Mahmudov (100 kiloqramdan yuxarı) isə yeddinci yerlə kifayətlənib.

Bakı birinciliyində fərqlənən idmançılar Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin diplom və medalları ilə təltif olunublar.

Beləliklə, Bakı birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin gənc cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutub. Klubun oğlanlardan ibarət komandası isə birinci pillədə qərarlaşıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Judo Club 2012” ilin son yarışını 12 medalla başa vurub (FOTOLAR)

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar (FOTOLAR)

“Judo Club 2012”nin karateçiləri Avropa çempionatında uğurla yarışıblar

“Judo Club 2012”nin yeniyetmə karateçiləri Avropa çempionatına yollanırlar

31 Mart 2020, 13:31 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

31 Mart 2020, 13:13 (GMT +4)
Almaniyada gün ərzində təxminən 130 nəfər koronavirusdan ölüb

31 Mart 2020, 13:13 (GMT +4)
Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir (VİDEO)

31 Mart 2020, 12:53 (GMT +4)
Ayətullah Xameneinin nümayəndəsi koronavirusdan vəfat edib

31 Mart 2020, 12:30 (GMT +4)
İrandan Türkiyəyə qaz nəql edən boru kəmərində partlayış  baş verib

31 Mart 2020, 12:26 (GMT +4)
Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb

31 Mart 2020, 12:09 (GMT +4)
HƏMAS Qəzzada İsrail cəsuslarını ələ keçirdiyini bildirib

31 Mart 2020, 12:08 (GMT +4)
Bakı Limanı tərəfindən yaşlı insanlara humanitar yardım göstərilib (FOTO)

31 Mart 2020, 12:01 (GMT +4)
ADRA koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyasını həyata keçirir

31 Mart 2020, 11:51 (GMT +4)
Müdafiə Nazirliyi müddətli hərbi qulluqçuların nə vaxt tərxis olunacağını açıqlayıb

31 Mart 2020, 11:47 (GMT +4)
“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

31 Mart 2020, 11:46 (GMT +4)
Türkiyə işğal altında olan Dağlıq Qarabağdakı qondama seçkiləri tanımır - XİN

31 Mart 2020, 11:39 (GMT +4)
Qubada oğurluq edən şəxslər tutulub

31 Mart 2020, 11:33 (GMT +4)
“Azersun ” hər kəsi başlatdığı sosial aksiyaya qoşulmağa dəvət edir (VİDEO)

31 Mart 2020, 11:30 (GMT +4)
COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstəririk - Ərdoğan

31 Mart 2020, 11:25 (GMT +4)
Sepah koronavirusa görə ABŞ-a yardım edib

31 Mart 2020, 11:23 (GMT +4)
XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

31 Mart 2020, 11:10 (GMT +4)
Çex Respublikasında koronavirusa yoluxmuşların sayı 3 mini ötüb

31 Mart 2020, 10:52 (GMT +4)
Operativ Qərargah vətəndaşları elektron ticarətdən istifadəyə çağırıb

31 Mart 2020, 10:47 (GMT +4)
Çində meşə yanğınlarının söndürülməsi zamanı 19 yanğınsöndürən həyatını itirib

31 Mart 2020, 10:36 (GMT +4)
DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır

31 Mart 2020, 10:33 (GMT +4)
Səudiyyənin Yəmən paytaxtına aviazərbələrində 70-dən çox at tələf olub (FOTO)

31 Mart 2020, 10:22 (GMT +4)
Rusiya ABŞ-a bir təyyarə tibbi avadanlıq göndərib 

31 Mart 2020, 10:06 (GMT +4)
Heydər Əliyev Beynəlxalq Aeroportu koronavirusa görə tədbirlərini genişləndirir

31 Mart 2020, 09:51 (GMT +4)
ABŞ ilk dəfə olaraq İraqda havadan müdafiə sistemləri yerləşdirib

31 Mart 2020, 09:43 (GMT +4)
Tramp kiber təhlükə ilə bağlı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

31 Mart 2020, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

31 Mart 2020, 09:15 (GMT +4)
ABŞ payızda koronavirusun "yeni dalğasının" ola biləcəyini istisna etmir

31 Mart 2020, 08:58 (GMT +4)
İran Dağlıq Qarabağda keçirilən qondarma seçkilərə münasibət bildirib

31 Mart 2020, 00:00 (GMT +4)
Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66