Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Azərbaycan karateçiləri Avropa çempionatında 8 medal qazanıb

10 Fevral 2020, 11:41 (GMT +4)

Bakı, 10 fevral, SalamNews.Azərbaycan karateçiləri Macarıstanda Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatını 8 medalla başa vurublar.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibinin SalamNews-a verdiyi məlumata görə, mötəbər yarışın son günü daha 2 bürünc mükafata sahib olan milli komanda ötən illərki statistik göstəricilərini yeniləyərək rekord nəticə qazanıb. 18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

Xatırladaq ki, çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, həmçinin bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) birinci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub.

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən Azərbaycan karateçiləri 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib.

52 ölkədən 1155 idmançı qatıldığı Yeniyetmə və Gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatını idarə edən hakimlər arasında beynəlxalq referilər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov fərqlənən idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq karate mütəxəssisləri və EKF rəsmiləri Azərbaycan karateçilərinin çıxışlarını yüksək dəyərləndiriblər. Yeniyetmə və gənclərin növbəti Avropa çempionatı Polşada keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Milli Karate Federasiyası bu ilə yekun vurub

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

24 Oktyabr 2020, 12:25 (GMT +4)
Prezidentin köməkçisi işğal altındakı ərazilərdə yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırıb

24 Oktyabr 2020, 12:24 (GMT +4)
Berlində COVID-19-un yayılmasına qarşı sərt tədbirlər qüvvəyə minir

24 Oktyabr 2020, 12:20 (GMT +4)
İqtisadiyyat Nazirliyi: Daha 72 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib

24 Oktyabr 2020, 12:13 (GMT +4)
Azərbaycanda sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 12:00 (GMT +4)
DMX əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 11:54 (GMT +4)
Fransada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

24 Oktyabr 2020, 11:34 (GMT +4)
MN: Ermənistan ordusu Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur

24 Oktyabr 2020, 11:33 (GMT +4)
MN: Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 11:25 (GMT +4)
Ermənistan ordusunun Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə vəfat edib

24 Oktyabr 2020, 11:17 (GMT +4)
Hikmət Hacıyev: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində yeniyetmə həlak olub

24 Oktyabr 2020, 11:14 (GMT +4)
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

24 Oktyabr 2020, 11:12 (GMT +4)
Prezident Qarabağla bağlı gələcək planından danışıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66