Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj Muzeyi ilə əməkdaşlıq memorandumu imzalayıb (FOTO)

08 Fevral 2020, 16:40 (GMT +4)

Bakı, 8 fevral, SalamNews. Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Ermitajı arasında anlaşma və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə hər iki muzeyin rəhbərləri – Mixail Piotrovski və Şirin Məlikova iştirak etdilər.

SalamNews Azərbaycan Milli Xalça Muzeyinə istinadla xəbər verir ki, sənəddə tərəflərin Rusiya və Azərbaycan xalqlarının tarixi, mədəniyyəti, adət-ənənələri haqqında biliklərin yayılması sahəsində ikitərəfli münasibətlərin və mədəni əməkdaşlığın inkişafı və genişləndirilməsi niyyətləri öz əksini tapıb. Tərəflər birgə elmi-tədqiqat işini, informasiya və muzey işi sahəsində təcrübə mübadiləsini; birgə sərgi layihələrini, muzey əşyalarının qorunması və bərpası sahəsində bilik mübadiləsinin keçirilməsini planlaşdırır.

Memorandumda bununla yanaşı, Ermitajda saxlanılan Azərbaycan xalçalarının kataloqlaşdırması, etiketaj və annotasiyaların Azərbaycanın istehsal yeri kimi göstərilməsi baxımından dəqiqləşdirilməsi, habelə 2020-ci ilin noyabr ayında IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində iki muzeyin birgə sərgisinin təşkili nəzərdə tutulub.

Əməkdaşlığın istiqamətləri arasında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün mədəni sərvətlərin əlçatan olması işinin yaxşılaşdırılması şərtləri önəmli yer tutacaq. Həmin proqramlardan biri mərasimdə təqdim olunan iki muzeyin bu sahədəki təcrübəsini birləşdirən “Pazırık xalçası” inklüziv layihəsidir. Görmə qabiliyyəti məhdud olan insanların qədim sənətkarların texnika müxtəlifliyini hiss edəcəyi, ornamenti duya biləcəkləri Ermitaj kolleksiyasından Pazırık xalçalarının fraqmentlərinin replikalarının yaradılması nəzərdə tutulur.

Layihənin əsasını Azərbaycan Milli Xalça Muzeyində işlənib hazırlanmış, özündə xovlu və xovsuz texnikalarını birləşdirən, ornamentin formasını və strukturunu taktil müəyyən etmək imkanı verən xüsusi toxuculuq metodu təşkil edir. Hər bir nümunə eksponat haqqında məlumat daşıyan Brayl şrifti ilə yazılmış mətn və tiflo şərh ilə müşayiət olunacaq. Taktil modellər xalçaya toxunmaq, onun strukturunu, texniki xüsusiyyətlərini hiss etmək istəyən muzeyin çoxsaylı ziyarətçilər üçün maraqlı olacaq.

Layihənin həm Ermitajda, həm də Azərbaycan Milli Xalça Muzeyində həyata keçirilməsi planlaşdırılıb. İki muzey arasındakı ilk layihənin koordinatorları Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkieldir.

Bu muzeylər arasında artıq ikinci birgə layihədir. 2019-cu ilin noyabrında İqor Malkiel Azərbaycan Milli Xalça Muzeyinin dəvəti ilə Bakıda zərgərlik kolleksiyasının eksponatlarının konservasiyasına həsr edilmiş təlimlər keçirmişdir. Burada həmçinin inklüziv proqramların tətbiqi məsələləri də müzakirə olunmuşdur.

Azərbaycan Milli Xalça Muzeyi Ermitaj ilə əməkdaşlıq memorandumu imzalayan ölkəmizdəki ilk muzey oldu. Bu, Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.
Azərbaycan Milli Xalça Muzeyi yalnız maddi mədəni dəyərlərin saxlancı deyil, həm də mədəni-maarifləndirici mərkəz rolunda çıxış edərək ölkəmizdə xalça sənətinin və Azərbaycanın mədəni irsi siyasətinin xaricdə təbliğı ilə məşğul olur. Beynəlxalq muzey məkanında onun fəaliyyətinin ən əhəmiyyətli istiqamətlərindən biri dünyanın aparıcı muzeyləri ilə əlaqələrin qurulması və onlarla birgə layihələrin həyata keçirilməsidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azercell Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq Memorandumu imzalayıb

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

Şahdağ Turizm Mərkəzi ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

“USE” MMC və "AİRA" arasında əməkdaşlıq memorandumu imzalanıb

Paralimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında memorandum imzalanıb

Yeni Peşə Təhsil Mərkəzi və “Sumqayıt Texnologiya Data Mərkəzi” arasında memorandumu imzalanıb

Ərdoğan Türkiyə ilə Liviya arasındakı memorandumu təsdiqləyib

Liviya hökuməti Türkiyə ilə imzalanmış memorandumu təsdiqləyib

“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

Liviya ilə memorandum Ankaranın Aralıq dənizində atdığı vacib addımdır - TBMM sədri

“Azercell” və “Ericsson” arasında memorandum imzalanıb

"ASAN Xidmət"lə BMT-nin Uşaq Fondu arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan ilə Türkiyə arasında gömrük dəhlizi haqqında Memorandum imzalanıb

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

MBNP və "Visa" arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

İdmançı hüquqları müdafiəsinin gücləndirilməsi məqsədilə memorandum imzalanıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66