Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun yubiley konserti təşkil olunub

08 Fevral 2020, 12:43 (GMT +4)

Bakı, 8 fevral, SalamNews. Heydər Əliyev Sarayında Xalq artisti, müğənni-bəstəkar, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley konserti təşkil olunub.

SalamNews xəbər verir ki, tədbirdə tanınmış elm, mədəniyyət incəsənət xadimləri, hökumət və dövlət nümayəndələri, habelə ictimaiyyətin üzvləri iştirak ediblər.

Əvvəlcə tamaşaçılar Polad Bülbüloğlunun ifa etdiyi mahnılardan ibarət videoçarxı izləyiblər.

Tədbirin aparıcısı Emin Musəvi yubilyarın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat verib. Bildirilib ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə, Polad Bülbüloğluna ən ali mükafat “Heydər Əliyev” ordenini təqdim edib.

Qeyd edilib ki, onun musiqi mədəniyyətimizə bəxş etdiyi “Gəl ey səhər”, “Zəng et”, “Ay Dilbər”, “Dolalay”, o cümlədən kinofilmlərə yazdığı digər mahnıları, simfonik orkestr əsərləri bu gün də dünyanın ən sevilən musiqiləri sırasındadır.

Xalq artistinin ictimai xadim kimi fəaliyyəti haqqında danışan aparıcı söyləyib ki, o, həm Mədəniyyət naziri kimi, həm də səfir kimi Azərbaycanın mədəniyyətinin inkişafı və inteqrasiyasında çox böyük xidmətlər göstərib.

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Polad Bülbüloğlunun yaradıcılığının özəlliyindən söz açan M.Şvıdkoy, onun hələ gənc yaşlarından qeyri-adi istedada malik olduğunu bildirib. O söyləyib ki, Polad Bülbüloğlunun ifasında səslənən bütün mahnılar sevilə-sevilə dinlənilib və bu gün də dinlənilir.

Polad Bülbüloğlunu 75 illiyi münasibətilə bir çox dövlət başçıları və digər yüksəkvəzifəli şəxslərin təbrik etdiyini deyən M.Şvıdkoy, onu bu konsertə Xalq artistinin Rusiyadan olan çoxmilyonlu dinləyici və pərəstişkarının göndərdiyini bildirib. O, Rusiya Prezidenti Vladimir Putinin Polad Bülbüloğlunun xalqlarımızın həyatında çox böyük rol oynaması ilə bağlı fikirlərini diqqətə çatdırıb. Vurğulayıb ki, Vladimir Putin Polad Bülbüloğlunun ifaçılığını hər zaman yüksək qiymətləndirib.

Polad Bülbüloğlu tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək deyib: “Xoşbəxtəm ki, fevralın 3-də cənab Prezident İlham Əliyev məni ölkəmizin ən ali mükafatına layiq gördü. Bu mükafat mənim üçün gözlənilməz oldu. Dövlətimizin başçısı mənə çox xoş sözlər dedi. Fürsətdən istifadə edərək dövlətimizin başçısına bir daha təşəkkürümü bildirirəm. Eyni zamanda, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva da məni təbrik edərək xoş arzularını bildirdi. Ona da dərin təşəkkürümü bildirirəm”.

Sonra konsert proqramı təqdim olunub. Konsert çərçivəsində Polad Bülbüloğlu 60-70-ci illərdə səsləndirdiyi mahnılara yenidən müraciət edib. Bir-birindən parlaq ifalar yubiley gecəsinə rəngarənglik qatıb, anşlaqla keçən konsert proqramı maraqla qarşılanıb.

Konserti Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin bədii rəhbərliyi ilə estrada ansamblı müşayiət edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Rusiya Prezidenti Polad Bülbüloğlunu Fəxri fərmanla təltif edib

Polad Bülbüloğlu: Şah əsərim Qarabağ haqqında yazacağım Qələbə marşı olacaq

Rusiyanın Baş naziri Polad Bülbüloğlunu təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Polad Bülbüloğlunu təbrik edib

Prezident İlham Əliyev Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib

Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyadakı səfiri ilə görüşüb

Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

Xalq artisti Polad Bülbüloğlu 74 yaşını qeyd edir

Polad Bülbüloğlu: Biz Dağlıq Qarabağla bağlı vəziyyətdə Moskvanın köməyinə ümid edirik

Moskvada Polad Bülbüloğlunun təşəbbüsü ilə Zurab Seretelinin yubiley gecəsi təşkil edilib

Polad Bülbüloğlu yenidən MDB DHƏF İdarə Heyətinin sədri seçilib

Polad Bülbüloğlu: "Rus dili postsovet məkanını birləşdirən sementdir "

Polad Bülbüloğlu “Rus ifaçılıq sənəti” Fondunun medalına layiq görülüb

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini geri götürüb

Rusiya Polad Bülbüloğlunun UNESCO baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyir

Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir - Polad Bülbüloğlu

Rusiya Polad Bülbüloğlunun YUNESKO baş katibliyinə namizədliyini tam dəstəkləyir - Qriqori Karasin

Polad Bülbüloğlunun namizədliyi YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq irəli sürülüb - Hikmət Hacıyev

Polad Bülbüloğlunun YUNESKO-nun baş direktor vəzifəsinə namizədliyi təqdim edilib 

Səfir Polad Bülbüloğlu Mehriban Əliyevanı təbrik edib

31 Mart 2020, 00:00 (GMT +4)
Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

30 Mart 2020, 23:39 (GMT +4)
Azərbaycan Texniki Universiteti onlayn dərslərə start verib

30 Mart 2020, 20:48 (GMT +4)
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib

30 Mart 2020, 20:39 (GMT +4)
Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

30 Mart 2020, 20:30 (GMT +4)
Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olunub

30 Mart 2020, 17:56 (GMT +4)
Üç şəhər və rayonda əlillərə reabilitasiya vasitələri evlərinə aparılacaq

30 Mart 2020, 17:50 (GMT +4)
Maduro: Kolumbiya və ABŞ Venesuela siyasətçilərinə qarşı addım atsa peşman olacaq

30 Mart 2020, 17:45 (GMT +4)
“Dərs vaxtı” proqramının sabaha nəzərdə tutulan cədvəli açıqlanıb

30 Mart 2020, 17:31 (GMT +4)
Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

30 Mart 2020, 17:23 (GMT +4)
İndoneziya paytaxtında koronavirusun yayılması səbəbiylə karantin tətbiq ediləcək

30 Mart 2020, 17:15 (GMT +4)
Netanyahu və onun bir neçə naziri koronavirusa görə karantində qalacaqlar

30 Mart 2020, 17:15 (GMT +4)
Deputat: Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir

30 Mart 2020, 17:06 (GMT +4)
Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

30 Mart 2020, 17:02 (GMT +4)
Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 30 illik yubileyidir

30 Mart 2020, 16:55 (GMT +4)
Azərbaycan "Quru limanları haqqında" Hökumətlərarası Sazişə qoşulub

30 Mart 2020, 16:43 (GMT +4)
Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:42 (GMT +4)
Yaponiya bir neçə ölkə vətəndaşının gəlişinə qadağa qoyub

30 Mart 2020, 16:34 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 273-ə çatıb

30 Mart 2020, 16:25 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

30 Mart 2020, 16:12 (GMT +4)
Tramp ABŞ-da COVID-19-dan bərpanın iyunun 1-dən başlayacağına ümid edir

30 Mart 2020, 16:04 (GMT +4)
Səudiyyə təyyarələri Yəmən paytaxtına şiddətli aviazərbələr endirib, ölənlər var

30 Mart 2020, 15:53 (GMT +4)
DİM onlayn sınaq imtahanlarını ödənişsiz edib

30 Mart 2020, 15:41 (GMT +4)
Moskvada daha bir koronavirus xəstəsi ölüb

30 Mart 2020, 15:30 (GMT +4)
Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

30 Mart 2020, 15:10 (GMT +4)
BŞİH: Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

30 Mart 2020, 15:07 (GMT +4)
ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

30 Mart 2020, 14:52 (GMT +4)
Rusiyada son sutka ərzində 302 koronavirusa yoluxma halı qeydə alınıb

30 Mart 2020, 14:40 (GMT +4)
DİM vətəndaşlara müraciət edib

30 Mart 2020, 14:20 (GMT +4)
AB Rusiyanı pandemiya fonunda "yalan məlumatlar yaymaqda" ittiham edir

30 Mart 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxanların sayı 40 mini keçib, 2757 ölü var

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66