Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Əli Əhmədov: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı radikal müxalifəti həddindən artıq narahat edir

07 Fevral 2020, 16:37 (GMT +4)

Bakı, 7 fevral, SalamNews. “Fevral ayının 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının artırılması ilə əlaqədar sərəncam imzaladı. Sərəncama əsasən yanvar ayının 1-dən etibarən bütün əmək pensiyalarının 16,6 faiz artırılması nəzərdə tutulur. Etiraf etmək lazımdır ki, pensiyaların ciddi şəkildə, qeyd edildiyi kimi 16,6 faiz artırılması əhalinin böyük bir kateqoriyasının, təxminən 1,2 milyon insanın ailə büdcəsinə əhəmiyyətli əlavədir. Cəmi bir neçə ay bundan əvvəl pensiyaların minimum həddinin 70 faizdən çox artırılmasını da nəzərə alsaq pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına Prezident İlham Əliyevin birbaşa göstərişi ilə dövlət tərəfindən göstərilən diqqətin və dəstəyin miqyasını təsəvvür etmək mümkündür”.

SalamNews xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün facebook səhifəsində paylaşdığı “Pensiyaçılara böyük hədiyyə” sərlövhəli məqaləsində qeyd edib.

Əli Əhmədov bildirib ki, pensiyaların nəzərəçarpan dərəcədə artırılması ilə əlaqədar sərəncam hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi “siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır” prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. İnsana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsini təşkil edir və məhz elə bu səbəbdən də xalqla hakimiyyətin qırılmaz vəhdəti deyilən fenomen meydana çıxmışdır.

Baş nazirin müavini vurğulayıb ki, Prezidentin sərəncamı ilə pensiyaların əhəmiyyətli dərəcədə artırılması xüsusunda qeyd olunmalı digər vacib cəhət ondan ibarətdir ki, sözügedən təşəbbüs mahiyyət etibari ilə ölkədə həyata keçirilən iqtisadi və sosial islahatların həm nəticəsi, həm də mühüm komponentidir. Əhalinin rifahının yaxşılaşdırılmasının ölkədə həyata keçirilən islahatların əsas məqsədi olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Lakin haqqında söhbət açdığımız 6 fevral sərəncamının ölkədə həyata keçirilən islahatların birbaşa nəticəsi olduğu ayrıca vurğulanmalıdır. Artıq bəyan edildiyi kimi, pensiyaların 16.6 faiz artırılması il ərzində 500 milyon manatdan çox vəsait tələb edir və bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Sosial Müdafiə Fondu Xidmətinin imkanları hesabına qarşılanacaq. Ayrıca qeyd etmək istədiyimiz də məhz elə bundan ibarətdir. Ölkədə uğurla həyata keçirilən islahatlar yeni iş yerlərinin açılması, əmək haqlarının hiss olunan miqyaslarda artması, qeyri-formal məşğulluğun aradan qaldırılması, bütün sahələrdə əmək və maliyyə intizamının gücləndirilməsi ilə müşaiyət olunur. Qeyd olunan pozitiv proseslərin hər biri isə öz növbəsində dövlətin maliyyə imkanlarını artırmaqla əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmiş siyasətin reallaşmasını mümkünləşdirir. Başqa sözlə deyilsə, əhalinin rifahının yaxşılaşdırılması öz təcəssümünü Azərbaycan hökumətinin yalnız bəyanatlarında deyil, real fəaliyyətində və onun nəticəsində tapır. Pensiyaların 16.6 faiz artırılması Prezident İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasının uğurla həyata keçirildiyini təsdiq edən ən tutarlı dəlil kimi qiymətləndirilməlidir. Xalq bir neçə il əvvəl elan edilmiş və bu gün də davam etdirilən genişmiqyaslı islahatların bəhrələrini artıq görür və inanır ki, islahatların getdikcə daha inamla həyata keçirilməsi əhalinin rihafını bundan da artıq yaxşılaşdırmaq imkanı yaradacaq.

“Bu yerdə Azərbaycana, onun uğurlu siyasətinə qara yaxmağa çalışan, yalan və manipuliyasiyalarla insanların fikirlərini dəyişdirməyə can atan məkrli xarici qüvvələri və nüfuzdan düşmüş radikal müxalifətin anti-Azərbaycan təbliğatını xatırlamağa dəyər. Daha doğrusu, onlara xatırlatmaq lazımdır ki, təxminən son yarım il ərzində təkcə pensiyaların artırılması sahəsində iki möhtəşəm sosial layihə həyata keçirilib: ötən il minimum pensiyalar 70 faizdən çox, bu il isə bütün əmək pensiyaları 16.6 faiz artırılmışdır. Lakin biz dünyanın bir çox regionlarında Azərbaycanda pensiyaların və əmək haqlarının əhəmiyyətli şəkildə artırılmasının tam əksini təşkil edən mənzərə ilə rastlaşırıq. Avropanın mərkəzində bir ildən çox davam etməkdə olan məşhur sarı jiletlər hərəkatı pensiya təminatının pisləşməsinə etiraz kimi meydana gəlib və bu günə qədər aktuallığını itirməyib. Avropanın başqa bir ölkəsində bir neçə il əvvəl hökumət pensiyaların azalması kimi qeyri-populyar qərar qəbul etmək zorunda qaldığından dəfələrlə kabinet dəyişikliklərindən yan keçə bilməyib, ciddi iqtisadi və siyasi böhran mərhələsini yaşamağa məhkum olmuşdur.

Nümunələri artırmaq olar. Lakin buna ehtiyac duymuram, çünki məqsədim hansısa ölkələri tənqid etmək deyil. Görünən odur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı radikal müxalifəti həddindən artıq narahat edir, onların siyasi perspektivlərinin üstündən xətt çəkir, əhali arasında nüfuzunu heçə endirir. Bu səbəbdən də onlar sağlam olmayan siyasi ambisiyalarını həyata keçirmək naminə ən çirkin üsullara əl atır, anti-Azərbaycan qüvvələrlə birləşir, onların əlaltısına çevrilir. Bir sözlə, Azərbaycanın yüksəlişə doğru möhtəşəm addımları düşmənlərimizin və radikal müxalifətin yuxusunu qaçırıb.

Heç şübhəsiz, Azərbaycanın uğurları xalqımızın qürur mənbəyidir. Digər tərəfdən, ölkəmiz dünya birliyinin bir parçasıdır və onun inkişafı həm də bütünlükdə dünyanın inkişafı, bəşəri tərəqqiyə layiqli töhfədir. Elə buna görə də, bütün mötəbər reytinqlərdə Azərbaycanın inkişafı özünün layiqli yerini tutur. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin peyğəmbərcəsinə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikirləri artıq reallığa çevrilib. Ölkəmiz dünyanın ən uğurlu dövlətləri sırasında layiqli yerlərdən birini tutur. Buna sevinmək, bununla qürur duymaq lazımdır”-deyə, Əli Əhmədov vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır

Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"

Əli Əhmədov Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyasının namizədləri sırasında çoxlu gənclər var"

Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

Əli Əhmədov: YAP-ın tarixi kimi bu günü də parlaq və qürurvericidir

Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

Əli Əhmədov: Azərbaycanla ABŞ arasında çox yaxşı münasibətlər var

Əli Əhmədov Misirin naziri və BMT Baş katibinin müşaviri ilə görüşüb

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Baş Nazirin müavini Əli Əhmədov ABŞ-a səfərə gedib

Baş nazirin müavini Əli Əhmədov maaşının yarısını Ordu üçün ayırıb

Əli Əhmədov: Azərbaycanı daha firavan gələcək, vətəndaşı daha yüksək rifah gözləyir

Əli Əhmədov: Hökumət sosial sahədə islahatları vacib sayır və bu istiqamətdə yeniliklər tətbiq edir

Əli Əhmədov: Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz

Əli Əhmədov: Bir neçə ilə Azərbaycanın əmək bazarına 120 minədək işçi qüvvəsi daxil olacaq

Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalının nümayəndə heyəti ilə görüşüb

Əli Əhmədov: Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir

Əli Əhmədov BMT-nin İqtisadi və Sosial Şurasının sədri ilə görüşüb

Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb

06 Aprel 2020, 13:47 (GMT +4)
Azərbaycanda bəzi tələbələrin təhsil xərclərinin ödənilməsi üçün layihə hazırlanır

06 Aprel 2020, 13:26 (GMT +4)
ARDNF-ə bu il 2,2 mlrd. dollardan çox vəsait daxil olub

06 Aprel 2020, 13:25 (GMT +4)
Ukraynadan Azərbaycana qanunsuz şəkildə dezinfeksiyaedici vasitələr gətirməyə çalışanlar saxlanılıb

06 Aprel 2020, 13:21 (GMT +4)
İraqda ABŞ şirkətinin işlətdiyi neft buruğuna 5 raket atılıb

06 Aprel 2020, 13:19 (GMT +4)
Sabah Azərbaycanda yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir

06 Aprel 2020, 12:50 (GMT +4)
Rusiyada dollar və avro bahalaşıb

06 Aprel 2020, 12:35 (GMT +4)
Gənclər “Tələbə baharı”na dəvət olunur

06 Aprel 2020, 12:30 (GMT +4)
Səudiyyə koalisiyası Yəmənə onlarla aviazərbə endirib, ölənlər var

06 Aprel 2020, 12:23 (GMT +4)
DİN: Karantin rejimini pozan 6 nəfər həbs edilib

06 Aprel 2020, 12:16 (GMT +4)
Azərbaycanın Gülüş Liqası “Evdə qal, Pozitiv ol!” klipini təqdim edib

06 Aprel 2020, 12:14 (GMT +4)
Rusiyada 954 koronavirusa yeni yoluxma halı qeydə alınıb

06 Aprel 2020, 11:55 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 2,463-a çatıb

06 Aprel 2020, 11:42 (GMT +4)
Energetika Nazirliyi I rübdə inzibati xətalarla bağlı statistikanı açıqlayıb

06 Aprel 2020, 11:40 (GMT +4)
Tramp koronavirusla bağlı vəziyyətdə "tunelin sonunda işıq" gördüyünü bildirib

06 Aprel 2020, 11:24 (GMT +4)
SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama verilib

06 Aprel 2020, 11:23 (GMT +4)
Çində güclü zəlzələ baş verib

06 Aprel 2020, 11:17 (GMT +4)
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb

06 Aprel 2020, 11:13 (GMT +4)
Elmir Vəlizadə:" Ölkənin internetə artan tələbatını təmin edəcəyik"

06 Aprel 2020, 11:08 (GMT +4)
Liviyanın sabiq baş naziri koronavirusdan ölüb

06 Aprel 2020, 10:59 (GMT +4)
Karantin rejimini pozan 1 369 sürücü və sərnişin cərimələnib

06 Aprel 2020, 10:48 (GMT +4)
Almaniyada koronavirusa yoluxanların sayı 95 mini keçib

06 Aprel 2020, 10:30 (GMT +4)
İraq Parlamentinin öncül cinahları yeni siyasətçini baş nazirlik kürsüsünə təklif ediblər

06 Aprel 2020, 10:18 (GMT +4)
Tramp Consonun koronavirusun öhdəsindən gələcəyinə inanır 

06 Aprel 2020, 10:15 (GMT +4)
Hacı Əbdül vəfat edib

06 Aprel 2020, 09:53 (GMT +4)
Çində son sutka ərzində koronavirusdan bir nəfər ölüb

06 Aprel 2020, 09:41 (GMT +4)
Mərakeşdə koronavirusla mübarizə fonunda 5,654 məhbus əfv edilib

06 Aprel 2020, 09:32 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

06 Aprel 2020, 09:20 (GMT +4)
İngiltərə Baş naziri koronavirusa görə xəstəxanaya yerləşdirilib

06 Aprel 2020, 09:08 (GMT +4)
Tramp neftin ucuzlaşmasına görə müttəfiqi Səudiyyəyə yenidən xəbərdarlıq edib

05 Aprel 2020, 22:12 (GMT +4)
Qeyri-ciddi SMS-lər göndərənlər barədə ciddi məsuliyyət tədbirləri görüləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66