Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA koronavirus epidemiyası ilə bağlı sahibkarlara müraciət edib

06 Fevral 2020, 10:43 (GMT +4)

Bakı, 6 fevral, SalamNews. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə əlaqədar sahibkarlara müraciət edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SalamNews-a verilən məlumata görə, müraciətdə bildirilir ki, dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla AQTA-nın regional bölmələri, həmçinin Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçiblər. Həmçinin koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur.

Bütün bunları nəzərə alaraq, agentlik ölkəmizə heyvan və heyvan mənşəli məhsulların idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara bildirir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl AQTA və ya onun regional bölmələri vasitəsilə həmin məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə isə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.

Sahibkarların nəzərinə çatdırılır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.

Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

AQTA: Normadan artıq şəkər istehlakı immun sistemini zəiflədir

AQTA Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edib

Ötən ay AQTA-ya 2376 müraciət daxil olub

AQTA və OIE-nin birgə regional seminarı öz işinə başlayıb

AQTA yoluxucu xəstəliklərdən qorunmaq üçün zəruri tövsiyələri açıqlayıb

AQTA-da növbəti "Açıq qapı"-laboratoriyaların qapıları vətəndaşların üzünə açılıb

AQTA Qax məktəbliləri ilə görüş keçirib

AQTA heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi ilə bağlı yenilikləri açıqlayıb

AQTA sədri: "Quş qripi" ilə bağlı 12 ölkədən gətirilən məhsullara qadağa qoyulub

AQTA il ərzində məhv edilən qida məhsullarının həcmini açıqlayıb

AQTA koronavurusa qarşı mübarizə tədbirlərini gücləndirib

AQTA və ETSN birgə məlumat yayıb

AQTA “Könüllü Qida Nəzarətçi”lərinin təlimlərinə başlayıb

AQTA ölkəyə quşçuluq məhsulları idxalı edən sahibkarlara müraciət edib

AQTA koronavirusla bağlı nəzarət tədbirlərini gücləndirib

AQTA sahibkarlara müraciət edib

AQTA növbəti reyd keçirib

Ötən il AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 19 944 müraciət daxil olub

AQTA 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinq keçirib

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov əfv edilib

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

06 Aprel 2020, 16:23 (GMT +4)
Putin və Paşinyan koronavirusla mübarizə barədə danışıq aparıb 

06 Aprel 2020, 16:10 (GMT +4)
Azərbaycan Prezidenti xalqa müraciət edib

06 Aprel 2020, 15:56 (GMT +4)
Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

06 Aprel 2020, 15:53 (GMT +4)
Yaponiya 7 apreldən fövqəladə rejim elan edəcək

06 Aprel 2020, 15:51 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların sayı 640-ı keçib

06 Aprel 2020, 15:46 (GMT +4)
Operativ Qərargah: Karantində 4 369 nəfər var

06 Aprel 2020, 15:37 (GMT +4)
İran krornavirusa görə ABŞ-a xahiş etməyəcəyini bildirib

06 Aprel 2020, 15:35 (GMT +4)
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub

06 Aprel 2020, 15:20 (GMT +4)
Apple tibb işçiləri üçün yeni çalışma hazırlayıb

06 Aprel 2020, 15:07 (GMT +4)
Koronavirusa görə vətəndaşlara psixoloji yardım göstərilməsinə başlanıb

06 Aprel 2020, 14:44 (GMT +4)
Maykl Ceksonun ağ əlcəyi hərracda 104 min dollara satılıb

06 Aprel 2020, 14:35 (GMT +4)
Sumqayıtda ağacları köçürüb yerində mobil səyyar hospital quraşdırılır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66