Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Ermənistan XİN-ə cavab verib

04 Fevral 2020, 14:27 (GMT +4)

Bakı, 4 fevral, SalamNews."Bu günlərdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar baş tutdu. Görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Nağdalyan sülh prosesinə “Artsax xalqının seçilmiş nümayəndələrinin” cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə, danışıqlara kölgə salmağa cəhd etdi".

SalamNews xəbər verir ki, bunu "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın rəhbəri Tural Gəncəliyev Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasını şərh edərkən bildirib.

"Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan tərəfi aparılan danışıqların həssas məqamlarında bu cür təxribatçı metodlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsinə həmişə əngəllər yaradır. “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının tərkib hissəsidir və Azərbaycan vətəndaşlarıdır.

Heç bir əsası olmayan “Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir.

Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, Dağlıq Qarabağın əhalisi var". Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk qrupunun həmsədrlərinin keçən il verdikləri bəyanatlarında və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya son səfəri zamanı etdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Bu məsələ 1992-ci ilin 24 mart tarixli ATƏT (o vaxtkı ATƏM) Helsinki Nazirlər Şurasının sənədində də təsbit olunub.

Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik", - icma rəhbəri vurğulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri bəyanat yayıb

Dağlıq Qarabağın Azərbaycanlı İcması Xocavəndin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması Qubadlının işğalının ildönümü ilə bağlı bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icmasından daha bir yenilik edib

XİN: Həmsədrlərin Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü onların mandatına uyğundur

Hikmət Hacıyev: Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir

Türkiyə media nümayəndələri Dağlıq Qarabağın Azərbaycanlı İcmasında olub

05 Aprel 2020, 14:30 (GMT +4)
“Ailə TV” karantinlə bağlı əhaliyə növbəti güzəştlər edib

04 Aprel 2020, 22:54 (GMT +4)
Taksi sürücülərinin fəaliyyətinə hansı halda icazə veriləcəyi məlum olub

04 Aprel 2020, 22:30 (GMT +4)
İndiyədək Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib

04 Aprel 2020, 18:48 (GMT +4)
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye

04 Aprel 2020, 17:30 (GMT +4)
SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı yeni rolik hazırlanıb

04 Aprel 2020, 17:10 (GMT +4)
İsmət Səttarov MTRŞ-yə üzv təyin edilib

04 Aprel 2020, 17:04 (GMT +4)
KİVDF-yə yeni İcraçı direktor təyin edilib

04 Aprel 2020, 17:00 (GMT +4)
DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

04 Aprel 2020, 16:59 (GMT +4)
Vüqar Səfərli vəzifəsindən azad edilib

04 Aprel 2020, 16:57 (GMT +4)
Şotlandiyada COVID-19-a yoluxmadan qocalar evində 13 nəfər ölüb

04 Aprel 2020, 16:45 (GMT +4)
Bölgələr üzrə avtobuslarda sərnişin sıxlığının azaldığı və artdığı ərazilər açıqlanıb

04 Aprel 2020, 16:27 (GMT +4)
Küveytdə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

04 Aprel 2020, 16:22 (GMT +4)
İraqda hökuməti formalaşdıracaq siyasətçi parlamentin taleyüklü qərarını gözləyir

04 Aprel 2020, 16:10 (GMT +4)
Hərbi jurnalist Şəmistan Əlizamanlı ilə Aprel döyüşləri xatırlanacaq

04 Aprel 2020, 15:58 (GMT +4)
Tramp COVID-19 xəstəsi ilə mümkün təmasın onun üçün əhəmiyyətli olmadığını bildirib

04 Aprel 2020, 15:41 (GMT +4)
Nazirlik: Bakı-Sumqayıt yolundan köçürülən ağacların inkişafına nəzarət olunur

04 Aprel 2020, 15:31 (GMT +4)
İspaniyada gün ərzində COVID-19-a 7000 yoluxma hadisəsi qeydə alınıb

04 Aprel 2020, 15:20 (GMT +4)
Səudiyyə Yəmən ərazisinə 15 aviazərbə endirib, bir ailənin 4 üzvü həlak olub

04 Aprel 2020, 15:10 (GMT +4)
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

04 Aprel 2020, 14:58 (GMT +4)
Maduro ölkəni qorumaq üçün artilleriyanı səfərbər etməyi əmr edib

04 Aprel 2020, 14:48 (GMT +4)
Azərbaycanda daha 78 nəfər koronavirusa yoluxub

04 Aprel 2020, 14:30 (GMT +4)
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək

04 Aprel 2020, 14:12 (GMT +4)
İranda koronavirusa yoluxan 55 min xəstədən 19 mini sağalıb

04 Aprel 2020, 14:07 (GMT +4)
Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

04 Aprel 2020, 13:51 (GMT +4)
Maduro koronavirusla mübarizədə Kolumbiyaya kömək edəcəklərini açıqlayıb

04 Aprel 2020, 13:45 (GMT +4)
Astara sakini narkotik vasitə satarkən saxlanılıb

04 Aprel 2020, 13:35 (GMT +4)
Rusiyada son sutka ərzində 582 nəfərdə koronavirusa yoluxma aşkar edilib 

04 Aprel 2020, 13:26 (GMT +4)
İsraildə koronavirusa yoluxanların sayı 7,500-ü keçib

04 Aprel 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

04 Aprel 2020, 12:46 (GMT +4)
ASCO-da evdən idarəetmə ilə fasiləsiz iş rejimi tam təmin olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66