Bir milyona yaxın suriyalı Türkiyə sərhədinə doğru irəliləyir - Ərdoğan04 Fevral 2020, 09:44 (GMT +4) Bakı, 4 fevral, SalamNews. Bir milyona yaxın suriyalı İdlib əyalətini tərk edərək Türkiyə sərhədinə doğru irəliləyir.
SalamNews-un "TASS" a istinadən verdiyi xəbərə görə, bunu Kiyevdəki mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
"İdlibdə 3-4 milyon insan var. Artıq bir milyona yaxın suriyalı buranı tərk edib, sərhədimizə tərəf irəliləyir. Türkiyənin artıq qaçqın qəbul etməsi çətin olacaq", Ərdoğan deyib.
|